Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:02

'İcazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını torpağımıza göndərə bilməz'


İ.Əliyev
İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibə verib.

Jurnalist ona bir neçə gün öncə Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 11 saat danışıqlar apararaq oktyabrın 10-u saat 12-dən etibarən atəşkəs ilə bağlı razılıq əldə etmələrinə dair sual da verib.

"Siz bu görüş davam edərkən açıqlama verdiniz, bir şərtiniz var idi, bizə bir təqvim versinlər. Yəni, Ermənistanın Qarabağdan çəkilməsi üçün bir təqvim verilsin. Moskvadakı görüşdə bir təqvim, ya da Qarabağın gələcəyinə dair Moskvanın ortaya qoyduğu bir layihə, bir plan oldumu", - deyə jurnalist soruşub.

Azərbaycan prezidenti isə deyib ki, "xeyr, təqvim verilmədi, biz də çox israr etmədik": "Çünki Moskva anlaşmasında, açıqlamasında bizi qane edən, bizim maraqlarımıza cavab verən maddələr bizi təmin etdi. Onu da bildirməliyəm ki, Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, bizim üçün məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi. Bizim bundan xəbərimiz yox idi. Bizim xarici işlər nazirimiz Moskvaya gələndə və artıq müzakirə masasına əyləşəndə hər iki nazirə təkliflər verildi. Təbii ki, mənimlə əlaqə saxlanıldı və biz müntəzəm olaraq əlaqədə idik. Mən bizim şərtlərimizi demişdim və o şərtlərdən kənarda hər hansı bir razılaşma mümkün deyildi".

"Təqvimlə əlaqədar mövqeyimizi bir qədər yumşaltdıq"

Prezidentin sözlərinə görə, ona görə onlar vəziyyəti nəzərə alaraq təqvimlə əlaqədar mövqelərini bir qədər yumşaldıblar: "Ancaq bu, o demək deyil ki, bu təqvim olmayacaq, bu, olacaq. Ancaq nə zaman? Artıq müzakirə prosesi çərçivəsində. O açıqlamada göstərildi ki, müzakirələr baza prinsipləri, yəni "Madrid prinsipləri" əsasında bərpa edilir ki, o da işğal altındakı torpaqlarımızın Azərbaycana qaytarılmasını təsbit edir…".

Prezidentə "…Rusiya bu prosesdə Qarabağa sülhməramlılar göndərmək istəyərsə, Sizin buna münasibətiniz necə olar" sualı da ünvanlanıb. İ.Əliyev deyib ki, sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin - Ermənistanın və Azərbaycanın razılığı əsasında olmalıdır: "Həmçinin sülhməramlıların göndərilməsi və sülhməramlıların tərkibi. Yəni, orada kim olacaq, hansı ölkələr olacaq? Əgər hər hansı bir ölkə veto qoyarsa, təbii ki, bu, olmayacaq. İkinci məsələ ondan ibarətdir ki, hər kəs anlamalıdır - bu gün sülhməramlıların göndərilməsi deyəndə, Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. Bizim icazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını bizim torpağımıza göndərə bilməz… Bu, beynəlxalq hüquqa ziddir. Bu, qəbuledilməzdir".

Prezident əlavə edib ki, müzakirə mövzusu olan baza prinsiplərində sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulur.

Prezident : "…Açarıq sandığı, tökərik pambığı"

"Tovuz bölgəsində toqquşma dayandıqdan bir gün sonra, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı....".

AZƏRTAC-ın xəbərinə görə, bunu da prezident İlham Əliyev Türkiyənin "Haber Türk" telekanalına müsahibəsində bildirib.

Ermənistana silah verilməsinin davam etdiyini vurğulayan dövlət başçısı daha sonra deyib: "...Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir. Azərbaycan sərhədində Türkiyə sərhədçiləri var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz, necə deyərlər, açarıq sandığı, tökərik pambığı, belə bir atalar sözü var".

Prezident : "…Açarıq sandığı, tökərik pambığı"

"Tovuz bölgəsində toqquşma dayandıqdan bir gün sonra, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı....".

AZƏRTAC-ın xəbərinə görə, bunu da prezident İ.Əliyev Türkiyənin "Haber Türk" telekanalına müsahibəsində bildirib.

Ermənistana silah verilməsinin davam etdiyini vurğulayan dövlət başçısı daha sonra deyib: "...Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir. Azərbaycan sərhədində Türkiyə sərhədçiləri var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz, necə deyərlər, açarıq sandığı, tökərik pambığı, belə bir atalar sözü var".

Xatırlatma

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-u və 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə yeni sənəd imzalamışdılar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12-dən cəbhədə tərəflər arasında atəşkəs əldə edilməliydi.

Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi açıqlanıb. Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncənin raket zərbələrinə tutulduğu bildirilib. Nəticədə 10 nəfər dinc sakinin həlak olduğu, 30-dan çoxunun isə yaralandığı açıqlanıb.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

XS
SM
MD
LG