Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:07

Sülh razılaşmasına Qərb mediasının yozumları


Gəncədə Azərbaycan əsgəri, 10 noyabr, 2020-ci il
Gəncədə Azərbaycan əsgəri, 10 noyabr, 2020-ci il

Razılaşmanın detalları “aydın şəkildə göstərir ki, altı həftəlik müharibə Azərbaycanın qələbəsi ilə sonuclandı”, – Avrasiya Qrupunun aparıcı təhlilçisi Zaxari Uitlin yazıb.

Noyabrın 10-da imzalanmış üçtərəfli sazişi Bakı üçün böyük qələbə hesab olunur. Bunu “Financial Times” qəzeti yazır.

Müəllif Henri Foy qeyd edir ki, sənəd Azərbaycanın azad etdiyi ərazilər üzərində nəzarətini möhkəmləndirir, eyni zamanda ermənilərin nəzarətində olan anklavın gələcəyi ilə bağlı suallar yaradır.

Dağlıq Qarabağın “xüsusi statusu”...

Razılaşmanın detalları “aydın şəkildə göstərir ki, altı həftəlik müharibə Azərbaycanın qələbəsi ilə sonuclandı”, – Avrasiya Qrupunun aparıcı təhlilçisi Zaxari Uitlin yazıb. “Razılaşmada Ermənistandan tələb olunur ki, böyük ərazi kapitulyasiyasına getsin, Dağlıq Qarabağın tanınması bir yana, xüsusi statusun müəyyənləşdirilməsindən də əl çəksin”, – o vurğulayıb.

“The New York Times” qəzetində Endru Kramer isə bundan öncə əldə olunmuş üç atəşkəs razılaşmasının iflasa uğradığını yada salır. Onun fikrincə, budəfəki razılaşmanın daha daimi olacağı, Cənubi Qafqazda təhlükəsizlik xəritəsini yenidən cızdığı görünür.

“Əslində, razılaşma bu dağlıq əraziyə əsrin dörddə biri qədər çəkmiş erməni hərbi nəzarətinə son qoyur. İndi sərhədləri Rusiya qoruyacaq. Azərbaycanlılar üçün bu həll azından yüzminlərlə məcburi köçkünün regiona qayıtması perspektivini yaradır... ”, – müəllif yazır.

Məqalədə qeyd olunur ki, bazar ertəsi imzalanmış sazişlə Azərbaycan illərlə danışıqlarda nail olmağa çalışdığının böyük hissəsini alır. Dağlıq Qarabağın mərkəzi Xankəndi hərbi hücumdan xilas edilsə də müdafiəsi Rusiya sülhməramlılarından asılı olacaq.

Xatırlatma

Beş il ərzində regionda qalacaq sülhməramlılar Laçın dəhlizinə də nəzarət edəcək. Həmçinin tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək.

Bakıda şadyanalıq
Gözlə
Embed

No media source currently available

0:00 0:01:22 0:00

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da imzalanmış razılaşmaya görə, dekabrın 1-dək Ermənistan Azərbaycana işğal etdiyi Ağdam, Kəlbəcər və Laçın rayonlarını qaytarmalıdır. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilməlidir.

Hakimiyyət təmsilçiləri bu sənədi "tarixi qələbə" adlandırsalar da, əsas müxalifət partiyalarının mövqeyincə, hakimiyyət ölkə ərazisinə xarici qoşunların yeridilməsini istisna edən Azərbaycan Konstitusiyasını və ölkənin müstəqilliyi barədə Bəyannaməni pozur. Müxalifət Rusiya ordusunun ölkə ərazisində olmasını Azərbaycanın müstəqilliyi üçün təhlükəli amil hesab edir.

XS
SM
MD
LG