Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:54

ABŞ İranın ‘Xomeyni fonduna’ sanksiyalar elan edir


Ayətüllah Əli Xameneyi və Xomeyninin portreti
Ayətüllah Əli Xameneyi və Xomeyninin portreti

Birləşmiş Ştatlar yanvarın 13-də İranın ali rəhbəri ayətüllah Əli Xameneyinin nəzarətində olan iki fonda və onların filiallarına sanskiyalar elan edib.

ABŞ bildirir ki, bu qurumlar İran elitasına iqtisadiyyatın böyük sahələrinə nəzarət etmək imkanı verən “korrupsiyalı” sistemə daxildirlər.

Sanksiayalar hakimiyyətdən getməkdə olan prezident Donald Trampın administrasiyası tərəfindən qoyulub.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, sanksiyaların hədəfi İmam Xomeyni Fərmanlarının İcrası və Astan Qüds Rəzavi fondları, onların rəhbərləri və filiallarıdır.

Nazirliyin bəyanatında deyilir ki, Xomeyni fondu dini azlıqlar və sürgün edilənlər də daxil rejim opponentlərinin torpaq və başqa mülkiyyətini sistematik müsadirə etməklə dissidentlərin hüquqlarını pozur.

Bayden Ağ Evə gələnədək

ABŞ İran münasibətləri iki il bundan əvvəl prezident Tramp öz ölkəsini birtərəfli qaydada 2015-ci il nüvə sazişindən çıxardıqdan sonra pozulub.

İran və dünyanın 6 gücü arasında imzalanmış bu saziş İranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqacbilində Tehran üzərindəki beynəlxalq sanksiyaları qaldırmalı idi.

ABŞ sazişdən çıxdıqdan sonra Vaşinqtonun Tehran üzərinıə sanskiayları bərpa olunub.

Donald Tramp dəfələrlə elan etmişdi ki, 2015-ci il sazişi qüsurlu razılaşmadır və İranla onun ballistik raket proqramını və regionda dəstəklədiyi qüvvələri də əhatə edən yeni razılaşma imzalanmalıdır.

3 noyabr seçkisində uduzduqdan sonra Tramp hakimiyyəti Co Baydenə verməlidir.

Bayden ABŞ-ın 2015-ci il sazişinə qayıdacağını deyib.

O səlahiyyətlərinin icrasına yanvarın 20-də başlayacaq.

XS
SM
MD
LG