Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:53

Koronavirusdan ölü sayı 2 milyona yaxınlaşır


Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana da dünən peyvənd vurulub
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana da dünən peyvənd vurulub

Los Anceles kimi sıx məskunlaşmış yerlərdə vaksinasiyada problemlər yaşanır. Səhiyyə rəsmiləri tibb işçilərinin hamısına vurmağa yetərincə doza verilməməsindən şikayətlənirlər

Dünyada COVID-19-dan ölü sayı 2 milyona çatır, ümumi yoluxmalar isə 93 milyonu keçib. Milyonlarla insan karantində yaşayır, eyni zamanda vaksinasiya proqramları sürətlənir.

Yanvarın 14-nə olan məlumata görə, Almaniyada son 24 saat ərzində 22 mindən çox yoluxma aşkarlanıb və ümumi yoluxma sayı 2 milyonu keçib. Ölkədə virusdan 45 minə yaxın insan vəfat edib.

Meksikada son bir həftə pandemiyanın ən pis dönəmi kimi yadda qalıb, ölü sayı günə ortalama minə yaxın olub. 128 milyon nəfərin yaşadığı Meksikada indiyədək 1.6 milyon yoluxma təsdiqlənib, 138 minə yaxın ölüm qeydə alınıb.

Ölkədə dekabrın 24-də kütləvi peyvəndləmə başlanıb, Pfizer-BioNTech peyvəndindən istifadə olunur, ancaq təchizat məhduddur.

Avropada peyvəndləmə üzrə Danimarka öndə gedir. Dekabrın 27-də kampaniya başlayandan ölkənin 5.8 milyonluq əhalisinin 2 faizə qədəri peyvənd olunub.

ABŞ-da vaksin çatışmır

Birləşmiş Ştatlarda son iki həftədə 36 minə yaxın insan koronavirusdan vəfat edib. Artıq hər iki dozayla peyvənd olunmuş amerikalıların sayı 11 milyonu keçib ki, bu da ümumi əhalinin 3 faizə qədəri deməkdir.

COVİD 19-la mübarizəyə toplanan pullar hara xərclənir?
Gözlə

No media source currently available

0:00 0:09:52 0:00

Kütləvi immunitetin əldə olunmasından ötrü əhalinin azı 70 faizinə peyvənd vurulmalıdır.

Los Anceles kimi sıx məskunlaşmış yerlərdə vaksinasiyada problemlər yaşanır. Səhiyyə rəsmiləri tibb işçilərinin hamısına vurmağa yetərincə doza verilməməsindən şikayətlənirlər.

Yaşlıları əhatələməyə daha çox vaksin tələb olunur. Cənubi Karolina kimi ştatlarda xəstəxanalar vaksin qrafiki tətbiq etsələr də bir neçə saat içində dozalar qurtarıb.

İndiyədək ABŞ-da əsasən tibb işçiləri və qocalar evləri sakinlərinə üstünlük verilib. Artıq bəzi ştatlarda yaşlı sakinlərə də növbə çatdığı bildirilir.

Çində əhatələdiyi sakin sayına görə dünyada ən böyük karantin rejimlərindən biri yaşanır. Hebey vilayətində və ölkənin şimal-şərqində daha bir vilayətdə milyonlarla insan qapanma rejiminə keçib.

Çin Yeni ili ərəfəsi miqrant fəhlələr evlərinə qayıtdıqca pandemiyanın yayılması sürətlənə bilər deyə hakimiyyət bu riski azaltmağa çalışır.

XS
SM
MD
LG