Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:59

Rusiya “Açıq səma sazişi”ndən çıxır


Arxiv fotosu
Arxiv fotosu

Birləşmiş Ştatlar noyabrın 22-də silahlara nəzarət sazişindən çıxdı. Vaşinqton dəfələrlə Moskvanın bu sazişi “kobudcasına pozduğunu” deyirdi

Rusiya beynəlxalq “Açıq Səma Sazişi”ndən çıxmaq proseduruna başladığını bildirib. Ötən il Birləşmiş Ştatlar bu sazişdən çıxmışdı. Sözügedən sənəd onlarla iştirakçı ölkənin səmasında silahsız müşahidə uçuşlarına icazə verir.

Xarici İşlər Nazirliyi yanvarın 15-də bildirib ki, Birləşmiş Ştatların çıxmasıyla sənədi “imzalayan ölkələrin balansı ciddi şəkildə pozulub” və Rusiyanın bu sazişi qüvvədə saxlamaq cəhdlərini Vaşinqtonun müttəfiqləri rədd edib.

“Sazişin yeni situasiyada işləməsinə əngəlləri aradan qaldırmaq cəhdlərində proqres olmadığından Rusiyanın Xarici İşlər Nazirliyi ölkənin ‘Açıq səma sazişi’ndən çıxmasına yol açacaq daxili prosedura başladığını elan edir”, – nazirlik bildirib.

1500-dən çox uçuş həyata keçirilib

Birləşmiş Ştatlar noyabrın 22-də silahlara nəzarət sazişindən çıxdı. Vaşinqton dəfələrlə Moskvanın bu sazişi “kobudcasına pozduğunu” deyirdi.

Moskva onda bu qərarı pisləyərək Avropanın, Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə zidd olduğunu açıqlayıb.

ABŞ-ın addımı beynəlxalq silahlara nəzarət sisteminə son zərbə oldu. ABŞ Prezidenti Donald Tramp dəfələrlə gileylənib ki, Vaşinqton ya aldadılıb, ya da hərbi gücü ədalətsizcəsinə məhdudlaşdırılıb.

1992-ci ildə imzalanmış “Açıq səma sazişi” 2002-ci ildə qüvvəyə minib. Sənəd 34 üzv ölkəyə icazə verir ki, qısa müddətə xəbərdarlıq edərək bir-birinin səmasında silahsız müşahidə və nəzarət uçuşları həyata keçirsin, hərbi qüvvələr və fəaliyyətlə bağlı məlumat yığsın.

Saziş çərçivəsində indiyədək 1500-dən artıq uçuş həyata keçirilib.

Saziş tərəfdarlarının mövqeyincə, bu uçuşlar inam yaradır, bir-birinə düşmən qüvvələrin gizlicə qüvvə yerləşdirmədiyini, yaxud hücumlara hazırlaşmadığını göstərir.

XS
SM
MD
LG