Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:34

Azərbaycanda vaksinasiya yanvarın 18-dən başlayacaq


Koronavirus əleyhinə peyvənd vurulması, arxiv foto
Koronavirus əleyhinə peyvənd vurulması, arxiv foto

Yanvarın 18-dən Azərbaycanda vaksinasiya prosesinə başlanılacaq.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvarın 16-da keçirilən brifinqdə bildirlib.
Qeyd edilib ki, peyvəndlər ilk növbədə risk qrupuna aid şəxslərə vurulacaq.
Brifinqdə deyilənə görə, söhbət birinci mərhələdə səhiyyə işçilərindən, 65 yaşdan yaşdan yuxarı şəxslərdən, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətdən gedir.
İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupunda olanlara, (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar) 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslərə, təhsil, sosial sektor, ASAN Xidmət, DOST mərkəzlərində və ictimai xidmətdə çalışanlara üstünlük tanınmalıdır.
Fefralın 1- dən isə vaksinasiyanın ikinci mərhələsi başlamalıdır.

Azərbaycan rəsmilər bundan əvvəl də bildirmişdilər ki, ölkəyə Çində istehsal edilən vaksin gətiriləcək və bu pulsuz olacaq.

“CoronaVac” vaksini

“Hazırda dünyada 7 vaksin 3-cü fazanı keçib”.
Bunu isə Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib.
T. Musayev deyib ki, vaksinlər adətən, iki mərhələdə vurulur: “Azərbaycan “Sinovac” şirkətinin (Çin) 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. “Sinovac” şirkətinin “CoronaVac” vaksini 91.25 faiz effektivdir. Bu vaksin qoruyucudur”.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb. İndiyədək Azərbaycanda isə 226549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2983 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG