Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:33

'Rusiya belə bir sənədin imzalanmasında maraqlı deyil'


Rusiya sülhyaratma qüvvələri Azərbaycanın Qarabağ bölgəsində, 2020
Rusiya sülhyaratma qüvvələri Azərbaycanın Qarabağ bölgəsində, 2020


Yanvarın 15-də Şuşa şəhərinə səfər zamanı Prezident İlham Əliyev
dedi ki, Dağlıq Qarabağda özünü "siyasətçi" adlandıran bəziləri yenə də baş qaldırmağa çalışırlar:

"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın...".

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə bu günlər Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanmalı olduğunu bildirib. Mevlüt Çavuşoğlu ayrıca olaraq Laçın dəhlizi ilə bağlı bəzi məqamlara toxunub:

“Bunun icazəsi Azərbaycandan alınmalıdır...”

“Əsas məsələ rusların Laçın dəhlizində gediş-gəlişə icazə verilməsindəki roludur. Bunun icazəsi Azərbaycandan alınmalıdır...”

“Əsas məsələ rusların Laçın dəhlizində gediş-gəlişə icazə verilməsindəki roludur. Bunun icazəsi Azərbaycandan alınmalıdır...”

Bəs bütün bu açıqlamalar Azərbaycanda necə dəyərləndirilir və münasibətlər yenidən gərginləşə bilərmi?

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Turan” İnformasiya Agentliyinə bildirib ki, ölkə başçısı Şuşaya səfəri zamanı olduqca ciddi, vacib və Azərbaycan hədəflərini özündə ehtiva edən fikirlər səsləndirib:

«Səfər çərçivəsində cənab Prezidentinin ortaya qoyduğu fikirlərində bir daha qətiyyət, Azərbaycan dövlətinin işğal edilmiş torpaqların azad olunması ilə bağlı birmənalı mövqeyi ifadə olundu. Həm daxili auditoriyaya ciddi mesajlar verildi, həm də Ermənistan üçün son dərəcə onları sarsıda biləcək fikirlər önə çəkildi».

Deputat qeyd edib ki, hazırda da onlar revanşist mövqey tutublar:

«Bu gün də qondarma respublikanın qondarma başçısı Arayik Arutyunyan və digərləri revanşist mövqeydə dayanırlar, səngər qazmağa cəhd göstərirlər...”

“Düşünürəm ki, onlar bundan nəticə çıxaracaqlar”

Deputatın fikrincə, Prezident onlara lazımı xəbərdarlığı edib. F.Ağamalı hesab edir ki, xəbərdarlıq öz təsirini göstərəcək:

Hər halda mənə elə gəlir ki, onlar özündə cəsarət tapıb yenidən müharibə başlamaq və ya Azərbaycana qarşı terror törətmək fikrində olmazlar.”

«Düşünürəm ki, onlar bundan nəticə çıxaracaqlar. Hər halda mənə elə gəlir ki, onlar özündə cəsarət tapıb yenidən müharibə başlamaq və ya Azərbaycana qarşı terror törətmək fikrində olmazlar.”

“Prezidentin hər sözünün arxasında onun iradəsi və imzası dayanır»

Fəzail Ağamalı, 13 mart 2013
Fəzail Ağamalı, 13 mart 2013

Deputatın deməsinə görə, əks halda lazımı cavabı alcaqlar.Fəzail Ağamalının fikrincə, əgər A. Arutyunyan öz əməllərindən əl çəkməsə, onda Azərbaycanın ordusu antiterror əməliyyatları aparacaq:

“Hər birimiz bilirik ki, cənab Prezidentin hər sözünün arxasında onun iradəsi və imzası dayanır».

“Hər birimiz bilirik ki, cənab Prezidentin hər sözünün arxasında onun iradəsi və imzası dayanır».

Politoloq Şahin Cəfərli də AzadlıqRadiosuna bildirib ki, münaqişənin yenidən alovlanmasını gözləmir:

«Çünki əvvəla Ermənistanın buna hər hansı bir potensialı yoxdur. 44 günlük müharibənin nəticəsində Ermənistan tərəfi çox ağır zərbələr alıb...”

Politoloq bununla belə qeyd edir ki, silahlı dəstələr yenə qalır, amma onların hansısa bir hücum əməliyyatları həyata keçirə biləcəyinə inanmır.

«Rusiya sülhməramlıları imkan verməzlər ki,...”

Şahin Cəfərli, arxiv foto
Şahin Cəfərli, arxiv foto

Ekspert qeyd edib ki, bölgədə olan Rusiya sülhməramlıları qüvvələri də münaqişənin alovlanmasına imkan verməyəcəklər:

«Rusiya sülhməramlıları imkan verməzlər ki, vəziyyət yenidən gərginləşsin və nəzarət altından çıxsın. Hər halda bu, Rusiyanın maraqlarına uyğun deyil».

«Rusiya sülhməramlıları imkan verməzlər ki, vəziyyət yenidən gərginləşsin və nəzarət altından çıxsın. Hər halda bu, Rusiyanın maraqlarına uyğun deyil».

Prezident İlham Əliyevin Şuşa səfəri zamanı dediyi sözlərə gəldikdə isə, o bunları söyləyib: « Ermənistan rəhbərliyinə daxil olan şəxslər Qarabağa səfərlər həyata keçirir. Bu tipli qeyri qanuni fəaliyyətlər davam etdiyi üçün Azərbaycan Prezidenti məncə məhz bu məqamlardan öz narahatlığını ifadə edib»

“Məncə Çavuşoğlunun sözləri həm də Azərbaycanın mövqeyidir”

Mövlud Çavuşoğlu, 2016
Mövlud Çavuşoğlu, 2016


Nazir Mövlud Çavuşoğlunun Rusiya sülhməramlıları ilə bağlı açıqlamasına gəldikdə isə politoloq hesab edir ki, Türkiyə tərəfi həm də Azərbaycan tərəfinin narahatlığını dilə gətirib:

«Bizim rəhbərlik yəqin ki, Rusiya ilə münasibətlərdə hansısa problemin yaranmaması üçün öz narahatlıqlarını çox açıq bildirməməyə üstünlük verir. Məncə Çavuşoğlunun sülhməramlıların statusunun müəyyən olunmasının zəruri olduğu ilə bağlı sözləri həm də Azərbaycanın mövqeyidir. Yəni, Azərbaycan rəhbərliyi də düşünürəm ki, Rusiya sülhməramlıların ordakı fəaliyyətindən narahatdır. Bu yaxınlarda Prezidentin özü də bunu dilə gətirmişdi ki, sülhməramlılar onların mandatına daxil olmayan bəzi fəaliyyətlərlə məşğuldular, amma biz hələ ki, buna göz yumuruq».

Ekspert hesab edir ki, Azərbaycan da Rusiya sülhməramlılarının konkret səlahiyyətlər çərçivəsinin müəyyənləşdirilməsinin tərəfdarıdır:

Faktiki olaraq Rusiya sülhməramlılarının Dağlıq Qarabağa daxil olandan bəri həyata keçirdiyi fəaliyyətlərin bir çoxu qeyri-qanunidir. Bu hər hansı bir sənədlə, sazişlə tənzimlənmir ».

«Çünki onlar orada qeyri-məhdud funksiyaları yerinə yetirə bilməz. Tutaq ki, 10 noyabr bəyanatında sülhməramlı kontingentə aid orada humanitar fəaliyyətlə, idarəçiliklə bağlı heç bir müddəa yoxdur. Faktiki olaraq Rusiya sülhməramlılarının Dağlıq Qarabağa daxil olandan bəri həyata keçirdiyi fəaliyyətlərin bir çoxu qeyri-qanunidir. Bu hər hansı bir sənədlə, sazişlə tənzimlənmir ».

Güllələnmiş heykəllər: Onları pambığın puluyla xilas ediblərmiş
Gözlə

No media source currently available

0:00 0:04:12 0:00

Politoloq bildirir ki, Rusiya sülhməramlıların fəaliyyətini tənzimləyəcək sənədinin olub-olmaması Azərbaycan və Rusiyanın mövqeyindən asılıdır: «Azərbaycan rəsmi şəkildə bu məsələni qaldıra bilər, amma əlbəttə ki, burada Rusiyanın mövqeyi önəmli olacaq. Düşünürəm ki, Rusiya belə bir sənədin imzalanmasında maraqlı deyil».

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.
10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat da imzalayıblar.Onların dörd saatdan çox çəkən görüşlərinin nəticəsində imzalanmış bəyanat, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Azərbaycanın prezidenti İlham Əliyev (soldan), Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan, Moskva, 11 yanvar 2021
Azərbaycanın prezidenti İlham Əliyev (soldan), Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan, Moskva, 11 yanvar 2021

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG