Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:57

Korrupsiya ilə mübarizədə nə var nə yox?


BMT - Cinayətin qarşısının alınması və korrupsiyaya qarşı mübarizə
BMT - Cinayətin qarşısının alınması və korrupsiyaya qarşı mübarizə

Azərbaycanın Baş prokuroru Kamran Əliyev 2021-ci ildə keçirdiyi əməliyyat müşavirəsində keçən il korrupsiya ilə mübarizənin diqqət mərkəzində saxlanıldığını bildirib. Baş prokuror korrupsiya hüquqpozmasına yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqının tamamlanaraq baxılması üçün məhkəmələrə göndərildiyini xatırladıb.
Bəs ölkədə korrupsiya ilə mübarizəni yetərli saymaq olarmı və bu il apaılacaq mübarizə necə proqnozlaşdırılır?
İqtisadçı-alim, iş adamı Nazim Bəydəmirli son dövrlər həbs edilən bir neçə icra başçısı və bu günlər eyni aqibətlə üzləşən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli ilə “Azərxalça” ASC İdarə heyətinin sədri Vidadi Muradov-u xatırladıb. O deyib ki, cəmiyyətdə bu cür hadisələri hər hansı bir məmurun vurulması kimi qəbul edirlər:

“Əgər korrupsiyayla ciddi və sistemli mübarizə aparılsaydı,...”

Nazim Bəydəmili
Nazim Bəydəmili

“Yəni həbsləri korrupsiyaya qarşı sistemli mübarizənin görüntüsü kimi qəbul etmirlər. Çünki hər hansı bələdiyyə sədrinin, məktəb direktorunun, gömrük məmurunun 100 dollar rüşvət aldığı zaman həbsi piar sayılır. Yaxud hansısa quruma yeni rəhbər gəldikdə, əvvəlki rəhbərliyin adamlarının cəzalandırılması kimi qiymətləndirilir. Əgər korrupsiyayla ciddi və sistemli mübarizə aparılsaydı, məmurların gəlir deklarasiyası ictimailəşərdi. İkinci, yaxın qohumların bir yerdə işləməsinə icazə verilməzdi”.

Azərbaycanda 'Tekfen'ə qapıları açan kimdir?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Nazim Bəydəmirli Baş Prokuror Kamran Əliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi olduğu zaman ona qarşılaşdığı korrupsiya faktları haqqında 3 dəfə müraciət etdiyini bildirib. Keçmiş deputat vurğulyıb ki, onlardan biri ona 1 milyon manat zərər vurulması ilə bağlı olub:

“Poçt işləyir, amma nəticə yoxdur”

“ Bu barədə sübutları da müraciətə əlavə etmişdim. Yalnız cavab məktubu almışam ki, rayon prokuroruna məni qəbul etməyi tapşırıblar. Eyni zamanda, sahibi olduğum klinikaya icra hakimiyyətinin təzyiqləri barədə müraciətim olub, amma Nizami rayon Prokurorluğunda bu məsələnin araşdırıldığı deyilsə də, heç bir nəticə yoxdur. Demək istəyirəm ki, korrupsiya faktları ilə bağlı şikayətlərimə məktub şəklində reaksiya verilirdi. Bu, o deməkdir ki, poçt işləyir, amma nəticə yoxdur”

Keçmiş deputat Nazim Bəydəmirli habelə hesab edir ki, bu istiqamətdə aparılan mübarizə korrupsiyanı doğuran səbəbləri aradan qaldırmalıdır.

Zahid Oruc
Zahid Oruc

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc isə deyir ki, korrupsiyaya qarşı tədbirlər sırasında 2019-cu ildən hakimiyyətin bütün qollarının yenidən formalaşdırılması, daha dəqiqi yeni hakimiyyət quruculuğu önəmli rol oynayıb:

“Azərbaycan dövlətinin bu məsələyə qarşı çox ciddi siyasi iradəsi mövcuddur”

“Həbs olunan şəxslərin ranqı, titulu yetərincə böyükdür. Deməli, Azərbaycan dövlətinin bu məsələyə qarşı çox ciddi siyasi iradəsi mövcuddur, kiminsə korrupsiya cinayətlərində xüsusi indulgensiyası (günaha görə müvəqqəti cəzalardan azad olunma) yoxdur, toxunulmaz kastanın üzvü deyil və mütləq cəzalanacaqdır fikri gerçəklikdə özünün əksini tapır. Digər tərəfdən, ötən illərdə büdcə xərclənmələri zamanı qeyri-şəffaf tədbirlər, əsasən də təyinatından yayındırma, xüsusən tender layihələrinin düzgün olmayan qaydada həyata keçirilməsi müqabilində bu istiqamətdə müxtəlif qanun pozuntularının şahidi olduq”

Azərbaycanla korrupsiya sövdələşməsinə görə AŞPA-nın keçmiş deputatı 4 il həbs cəzası aldı
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Deputatın vurğulamasına görə, indi isə artıq tender proseslərinə, həmçinin dövlət satınalmalarına münasibətdə dəqiq hüquqi çərçivələr müəyyən olunub:

“Bu yöndə işlərin həyata keçirilməsində ciddi dönüş var. Buna görə də korrupsiya cinayətlərində müəyyən qədər özünün miqyası, maliyyə tutumu baxımından nisbətən dəyişikliklər mövcuddur. O biri tərəfdən məsuliyyətin gücləndirilməsi, hüquq-mühafizə orqanlarının daha sistemli işlər apardığı mövcuddur”.

Kamran Əliyev,2017
Kamran Əliyev,2017

Baş prokurorun statistikasına fərqli reaksiyaların bəlli olduğunu xatırladan Zahid Oruc əlavə edir ki, Kamran Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi olub:

“Şəffaflığın və məsuliyyətin olması vacib bir məsələ kimi qarşıda dayanır”

“Onun istər bu məsələ ətrafında praktiki məlumatları, həm də onların geniş təhlili imkanları var. Xüsusən Qarabağın işğaldan azad olunması fonunda hər bir manatın, kreditlərin xərclənməsi ilə bağlı şəffaflığın və məsuliyyətin olması vacib bir məsələ kimi qarşıda dayanır. Şübhəsiz ki, korrupsiyaya qarşı mübarizə ümumxalq tədbiridir. Ona görə müxtəlif qüvvələrin korrupsiya cinayətlərinə getməsinin latent tərəflərinin aşkarlanması üçün parlamentdən, mediadan, ictimai institutlardan daha sistemli tədbirlər tələb olunur. Razılaşaq ki, hansısa nazirliyin, icra hakimiyyəti orqanının sistemli korrupsiya cinayəti törətməsi faktlarının mediada tirajlanması əvvəlki intensivliyindən qat-qat azdır”

Hökumət bir qoyunu 311 dollara alacaq? İşğaldan azad olunan ərazilərin bərpa planında korrupsiya ittihamı
Gözlə

No media source currently available

0:00 0:10:00 0:00

Deputatın gəldiyi nəticəyə görə, əlbəttə, bu elə nəticə çıxarmağa imkan vermir ki, bu sahədə son tədbirlərə nail olunub:

“ İqtidarlı-müxalifətli, media strukturları, ictimai qurumlar bu prosesdə önəmli rol oynamalıdırlar. Nə müxalifət korrupsiya layihələrinin içində olmalıdır, nə xaricdən alınan vəsaitlərin uzantıları media məkanına daxil olmalıdır. Belə olacağı təqdirdə, Rəqabət Məcəlləsinin qəbulu, satınalmalar, xüsusilə hökumət strukturları yanında tikinti fəaliyyətinin həyata keçirilməsi zamanı baş verən pozuntuların aradan qaldırılması üçün sistemli tədbirlər həyata keçirilməlidir”

Şəffaflıq, Rəşid Şerifin karikaturası
Şəffaflıq, Rəşid Şerifin karikaturası

Z.Orucun fikrincə, o zaman hökumət üzərində maliyyə şəffalığı etibar qazanacaq:

“ Həmçinin icra hakimiyyətləri sistemində mövcud olan insanların etibarsızlığı, məhkəmə orqanlarına münasibətdə insanların etimad əmsalının aşağı olması bunların korrupsiya cinayətləri ilə bu və ya digər formada bağlıdır. Ümidvarıq ki, anti-korrupsiya tərkibinin də yenidən formalaşması bundan sonrakı dövrdə Azərbaycanın vətən müharibəsindəki qələbəsinin ( Ötən il 44 günlük İkinci Qarabağ mühribəsi nəzərdə tutulur) nəticəsi olaraq idarəetmə sisteminin bu tələblərə uyğunlaşması, xalq qarşısında hesabatlılığın daha da gücləndirilməsinə imkan açmış olacaq”.

Son günlər həbs edilən və yazıda adıçəkilən şəxslərdən onlara ittihamlara, habelə müsahiblərin dəyərləndirmələrinə münasibət almaq mümkün olmayıb.Amma həmin şəxslər həbslərindən öncə onlara qarşı tənqid və ittihamları əsassız sayıblar.

XS
SM
MD
LG