Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:21

Rusiyalılar COVID-pasportlara qarşıdırlar


Arxiv fotosu
Arxiv fotosu

Başqırdıstan hakimiyyətinin belə bir sənəd vermək təşəbbüsünü respondentlərin yalnız 12 faizi dəstəkləyib

Rusiya hökuməti peyvənd olunmuş rusiyalılara sertifikat verilməsini və onların xaricə gedə bilməsi üçün beynəlxalq miqyasda tanınmasını nəzərdən keçirir. “Currenttime” portalının yazmasına görə, bunu insan haqları üzrə ombudsman Tatyana Moskalkova deyib.

“Vaksin vətəndaşların bəzi məhdudiyyətlərə üstün gəlməsinə şərait yaradacaq, o cümlədən insan haqlarını genişləndirəcək”, – RİA Novosti ombudsmana istinadla bildirib.

Moskalkova həmçinin koronavirus infeksiyasına qarşı peyvənd üçün “COVID- pasportu”nun verilməsini pandemiya ilə mübarizədə “vaxtında” atılan “lazımlı” şərt adlandırıb.

Yanvarın 20-nə olan məlumata görə, Rusiyada 3 milyon 600 mindən çox yoluxma aşkarlanıb, 67 mindən çox xəstə vəfat edib.

***

Rusiyalıların əksəriyyəti koronavirusa yoluxanlara, yaxud peyvənd olunanlara “COVID- pasportu” verilməsinə qarşı çıxırlar. Bu haqda RBK SuperJob portalının keçirdiyi sorğuya istinadla yazır.

Sorğunun nəticələrinə görə, Başqırdıstan hakimiyyətinin belə bir sənəd vermək təşəbbüsünü respondentlərin yalnız 12 faizi dəstəkləyib. 59 faiz respondent bu “pasportlar”ın əleyhinə çıxıb, 29 faiz isə cavab verməkdə çətinlik çəkib.

Hətta artıq COVID-19 peyvəndi vurdurmuş, yaxud ona yoluxmuş şəxslər arasında belə immunitet pasportlarına qarşı çıxanlar çoxdur. Respondentlərin 55 faizi belə düşünür.

Respondentlərin əksəriyyəti “COVID- pasportu”nun verilməsini ayrıseçkilik, anticismlərin mövcudluğu haqda informasiyanı isə tibbi sirr sayır.

Rusiyada yanvarın 2-dən peyvənd olunanlara anticisimin mövcudluğunu təsdiqləyən sertifikat veriləcəyi bildirilir.

Bazar ertəsi Başqırdıstanın basçışı deyib ki, xəstəlikdən sonra bədənində anticism yaranmış, yaxud peyvənd olunmuş sakinlər fevralın 5-dən xüsusi pasportlarını ala biləcəklər.

Daha öncə Saxalin vilayətinin qubernatoru Valeriy Limarenko regionda koronavirusa qarşı peyvənd olunacaq sakinlərə xüsusi kart veriləcəyini açıqlayıb. O daha sonra məsələni dəqiqləşdirib, kart əvəzinə elektron QR kodu veriləcəyini deyib.

“COVID- pasportu” ideyası Avropada da müzakirə olunur. Amma Avropa Birliyi ölkələrinin çoxunda da bu məsələ dəstəklənmir.

XS
SM
MD
LG