Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:53

Avropa Navalnının məhkəməsini gözləyəcək


Müxalifət fəalı Pavel Kriseviçin saxlanması, 24 yanvar, 2021-ci il
Müxalifət fəalı Pavel Kriseviçin saxlanması, 24 yanvar, 2021-ci il

Polşa Prezidenti Andrey Duda da Avropa Birliyini Navalnı ilə davranışına görə Rusiyaya sanksiyaları gücləndirməyə çağıranlar sırasındadır

Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar qoymazdan əvvəl Kremlin qatı tənqidçisi Aleksey Navalnının azadlığa buraxılıb-buraxılmayacağını gözləyəcək.

Almaniyanın xarici işlər naziri Heyko Maas yanvarın 25-də jurnalistlərə deyib ki, “biz 30 gündən sonra Aleksey Navalnının azad olunub-olunmayacağını gözləmək qərarına gəldik”.

Avropa İttifaqının xarici işlər komissarı Yozef Borrell bildirib ki, o Rusiyanı Navalnının və saxlanmış digər müxalifət tərəfdarlarının azad edilməsinə inandırmaq üçün gələn həftə Moskvaya gedəcək.

O bildirib ki, Aİ liderləri Rusiyaya qarşı sanksiyalar məsələsini martin 25-26-a planlaşdırılan sammitdə müzakirə edə bilərlər.

Keçmiş sovet respublikaları - Estonia, Latviya və Litvanın xarici işlər nazirləri Rusiyaya qarşı geniş sanksiyaların qoyulmasına çağırırlar.

***

“Bu həbslər, eləcə də cənab Navalnının saxlanması bizi çox narahat edir”, – AB-nin Xarici siyasət rəhbəri Cozep Borrel yanvarın 25-də iclasdan öncə deyib.

Almaniyanın Xarici işlər naziri Heiko Maas dinc etirazçıları dərhal buraxmağa çağırıb. O bildirib ki, Rusiya konstitusiyası ölkədə “hər kəsə fikrini ifadə etmək, nümayişlərə qatılmaq hüququ verir”.

Litvanın Xarici işlər naziri Qabrielius Landsberqisin sözlərinə görə, 27 üzvü olan blok “bunun qəbuledilməz olmasına dair aydın və qətiyyətli mesaj göndərməlidir”.

Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri də həbslərə görə məsuliyyət daşıyan məmurlara qarşı sanksiyalar tələb edirlər.

Amma avropalı diplomatların sözlərinə görə, AB üzvləri fevralın əvvəlinədək yeni sanksiyalarla bağlı razılığa gəlməyə bilərlər. Gələn ay Navalnının şərti cəzasının real cəzayla əvəzlənməsi məsələsinə baxılmalıdır. Navalnıya mənimsəmə ittihamıyla kəsilmiş 3 il yarımlıq şərti cəzanın müddəti dekabrın 30-da bitib. Müxalifətçi bu işin onu susdurmaq məqsədilə quraşdırıldığını deyir.

“Human Rights Watch” insan haqları təşkilatı yanvarın 23-də Rusiyada etirazçıların saxlanmasını pisləyib. Qurumun Rusiya üzrə tədqiqatçısı Damelya Aitxojina deyib ki, “Rusiya hakimiyyəti zaman-zaman azad sözü və dinc etirazları polis qəddarlığı, zorakılıq və kütləvi etirazlarla boğub, 23 yanvar aksiyası da istisna deyildi”.

***

Yanvarın 25-də Avropa Birliyinin xarici işlər nazirləri Kremlin tənqidçisi Aleksey Navalnının Moskvada saxlanmasını müzakirə edəcəklər. İki gün öncə isə polis müxalifətçiyə dəstək aksiyasına çıxanları dağıdıb.

AB-nin xarici siyasət rəhbəri Cozep Borrel deyib ki, iclasda Rusiyayla bağlı “növbəti addımlar” müzakirə olunacaq. Birliyin bəzi üzvləri Moskvaya qarşı əlavə sanksiyalar tələb edirlər.

Borrel iclasın keçiriləcəyini Rusiyada 23 yanvar etirazlarından sonra açıqlayıb. Yürüşlərdə ölkəboyunca 3 min 700-dən çox nümayişçi saxlanıb. OVD-Info-nun məlumatına görə, 1455 nəfər Moskvada saxlanıb. Polislə toqquşmalarda bir neçə nəfər xəsarət alıb.

Sanksiyalar istəyirlər

Qərb ölkələri nümayişçilərə qarşı “sərt taktika”nı pisləyib.

Fransanın Xarici işlər naziri Jan-İv Le Dryan yanvarın 24-də bildirib ki, etirazçıların kütləvi saxlanması “dözülməz təhqir”, “avtoritarizmə yuvarlanma”dır.

Polşa Prezidenti Andrey Duda da Avropa Birliyini Navalnı ilə davranışına görə Rusiyaya sanksiyaları gücləndirməyə çağıranlar sırasındadır.

“Münaqişədən qaçmağın yeganə yolu beynəlxalq hüququn tətbiqini gücləndirməkdir. Bunu avtomatsız, topsuz, bombasız etməyin yeganə yolu sanksiyalardan keçir”, – Duda “Financial Times” qəzetinin yanvarın 24-də dərc etdiyi məqalədə deyir.

Polşa lideri onu da deyib ki, Navalnı buraxılmasa, Borrel gələn ay Rusiyaya getmək planlarına yenidən baxmalıdır.

Navalnın həbsi ilə bağlı Rusiyada etirazlar, polislə toqquşma
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Kremlin ittihamı

Etirazlardan bir gün sonra Kreml Birləşmiş Ştatları Rusiyanın daxili işlərinə müdaxilədə suçlayıb. Sözçü Dmitri Peskov deyib ki, Prezident Co Bayden administrasiyası dialoqa açıq olarsa, Rusiya Prezidenti Vladimir Putin də şübhəsiz buna qarşılıqlı cavab verər.

Ancaq Birləşmiş Ştatların nümayişlərdə hər hansı rol oynamasının əlaməti yoxdur.

Yanvarın 23-də Moskvada, Sankt Peterburqda onminlərlə etirazçı küçələrə çıxıb.

Navalnı ötən yay Sibirdə zəhərlənəndən sonra Almaniyada müalicə olunurdu, bir həftə öncə Rusiyaya qayıdarkən saxlanıb.

Etirazlardan qabaq ABŞ səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarına etirazla bağlı mümkün təhlükəylə bağlı xəbərdarlıq etmişdi.

Səfirlik bəyanatında ABŞ-ın insanların dinc etiraz hüququnu dəstəklədiyini də bildirmişdi. “Rusiya hakimiyyətinin addımları bu hüquqları məhdudlaşdırır”, – bəyanatda deyilirdi.

Peskov bu bəyanatları “qeyri-münasib” adlandırıb.

XS
SM
MD
LG