Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:30

DST ekspertləri Vuhanda karantindən çıxıblar


Honq Konq
Honq Konq

BioNTech-lə birlikdə vaksin hazırlamış Pfizer bu il üçün istehsal hədəfini 1.3 milyarddan 2 milyarda qaldırıb

Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri Çinin Vuhan şəhərində karantindən çıxıblar. Onlar COVID-19 pandemiyasına səbəb olmuş virusun mənşəyi ilə bağlı fakt araşdırıcı missiyaya başlayırlar.

Çində 14 gün karantində qalmış tədqiqatçılar yanvarın 28-də oteldən çıxaraq avtobusa miniblər. Onların haraya yollandığı açıqlanmayıb.

Ekspertlər Vuhanda təxminən bir ay qalacaqlar. Koronavirus ilk dəfə 2019-cu ilin sonunda bu şəhərdə aşkarlanıb.

Əngəllər

Missiya yubadılıb, hadisələrlə bağlı informasiyaya, insanlara çıxışın necə təmin olunacağı sarından narahatlıq yaranıb.

Pekin indiyədək virusun mənşəyinin araşdırılması üzrə beynəlxalq cəhdlərə qoşulmayıb. Dünyada koronavirusdan 2.1 milyondan çox insan vəfat edib.

Çin ekspertlər üçün şərtlər qoyub. Üstəlik, Çin hökuməti virusun başqa yerdə peyda olması nəzəriyyəsini irəli sürür. Beynəlxalq tədqiqatçılar isə bu iddiaları rədd edirlər.

Vuhanda ölənlərin qohumları deyirlər ki, hakimiyyət onların sosial mediadakı qrupunu ləğv edib, sakit olmalarından ötrü təzyiq göstərir.

Birləşmiş Ştatlar “sağlam və aydın” beynəlxalq araşdırma tələb edir.

“Pandemiyanın Çində yayıldığı ilk günlərə gedib çıxmalıyıq”, –Ağ evin sözçüsü Cen Psaki yanvarın 27-də deyib. O, Birləşmiş Ştatların beynəlxalq araşdırmanı dəstəklədiyini sözlərinə əlavə edib.

AstraZeneca-dan vaksin tələb edirlər

Artıq dünyada aşkarlanan yoluxmalar 100 milyonu keçib. Vaksin təchizatında problemlər yaranır. Avropa Birliyi ilə Britaniya arasında AstraZeneca şirkətinin vaksin təchizatıyla bağlı mübahisə edir.

Birlik şirkətdən tələb edir ki, Britaniyadakı fabriklərindən dozalar hesabına təchizatdakı yubanmanı aradan qaldırsın.

Britaniya da şirkətdən vaksin təchizatıyla bağlı öhdəliyinə əməl etməyi tələb edir. AstraZeneca isə yetərincə vaksin olmadığını bildirir.

AstraZeneca-nın Oksford Universiteti ilə hazırladığı vaksinin azı 90 milyon dozası Yaponiyada istehsal olunacaq. Bunu hökumətin sözçüsü Katsunobu Kato yanvarın 28-də deyib. Yerli media isə bu vaksinlərin mayadək paylanmayacağını yazıb.

Pfizer istehsalı gücləndirir

BioNTech-lə birlikdə vaksin hazırlamış Pfizer bu il üçün istehsal hədəfini 1.3 milyarddan 2 milyarda qaldırıb.

Vaksinlər COVID-19-a qarşı mübarizədə vacib sayılır, çünki hətta nəzarət altına alındığı bildirilən ölkələrdə belə yenidən baş qaldırır.

Yanvarın 28-də Yeni Zelandiyada Cənubi Afrikada aşkarlanmış daha yoluxucu varianta iki yoluxma təsdiqlənib. İki aydı bu ölkədə heç bir yoluxma aşkarlanmırdı və Yeni Zelandiya pandemiya ilə mübarizə üzrə örnək sayılan ölkələrin başında gəlir.

Yanvarın 28-də Avstraliyanın Loui İnstitutu 100 ölkə üzrə dəyərləndirməsini yayıb. Braziliya 98-ci yerdədir. Meksika, Kolumbiya, İran, Birləşmiş Ştatlar da siyahının dibinə yaxın yerləri tutublar.

İlk onluğa düşmüş Vyetnamda da yanvarın 28-də iki aylıq fasilədən sonra ilk yoluxma aşkarlanıb.

XS
SM
MD
LG