Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:50

Navalnının qardaşı, vəkili də saxlanıb


Oleq Navalnı
Oleq Navalnı

Oleq Navalnı isə yanvarın 27-də qardaşının Moskvadakı mənzilinin qapısını polisə açmayıb və saxlanıb. Polis qapını sındıraraq mənzilə daxil olub

Kremlin tənqidçisi Aleksey Navalnının yaxın qohumu və həmkarı sanitar-epidemioloji qaydaların pozulması ittihamıyla 48 saatlığa saxlanıb. Bu gün – yanvarın 28-də məhkəmə müxalifətçinin öz həbsindən apelyasiya şikayətinə də baxmalıdır.

Siyasətçinin qardaşı Oleq Navalnı və Antikorrupsiya Fondunun (AKF) hüquqşünası Lyubov Sobol məhkəmə onlar barəsində qətimkan tədbiri seçənədək həbsdə qalacaqlar. Bu haqda fondun direktoru İvan Jdanov və Navalnının həmkarı Leonid Volkov yanvarın 27-də axşam məlumat yayıblar.

Sobol necə saxlanıb

Bu gün məhkəmə Navalnının 30 sutkalıq həbsindən şikayətə də baxmalıdır. Fevralın əvvəlində isə başqa bir məhkəmə müxalifətçinin mənimsəmə ittihamı üzrə 3 il yarımlıq şərti cəzasını real cəzaya çevirməyə baxacaq. Bu iş siyasi motivli hesab olunur.

Sobolun mənzilində polis axtarış aparandan sonra onu saxlayıb. Vəkili Vladimir Voronin tvitində yazıb ki, dindirmə zamanı polis ona 30-dan çox adamın adı olan siyahı göstərib, onları tanıyıb-tanımadığını soruşub. Siyahıda Navalnını açıq dəstəkləyən fəalların, aktyorların adları olub.

Sobol suallara cavab verməyib və bundan sonra polis məntəqəsinə aparılıb.

Oleq Navalnı isə yanvarın 27-də qardaşının Moskvadakı mənzilinin qapısını polisə açmayıb və saxlanıb. Polis qapını sındıraraq mənzilə daxil olub.

Yanvarın 27-də “Pussy Riot” etiraz qrupunun aparıcı üzvü Mariya Alyoxina da 48 saatlığa saxlanıb. O da Moskvada kütləvi yürüş zamanı koronavirus qadağalarını pozmaqda ittiham olunur.

Kütləvi aksiyalarla əlaqədar araşdırma aparılır

AKF-nin məlumatlna görə, həmin gün Moskvada Navalnının həmkarları və qohumlarına məxsus azı 15 evdə axtarış aparılıb. Polis bunu ötən həftəsonu Moskvada kütləvi aksiyalar zamanı “sanitar və epidemioloji qaydaların pozulması” üzrə araşdırma aparılması ilə izah edib.

Yanvarın 23-də AKF və digər fəalların təşkil etdiyi aksiyalarda 44 yaşlı siyasətçiyə azadlıq tələb olunub. Nümayişlərin əsasən dinc keçməsinə baxmayaraq 4 minə yaxın etirazçının saxlandığı bildirilir. Polis etirazların qanunsuz keçirildiyini deyir.

Yanvarın 28-də İstintaq Komitəsi Volkova cinayət işi açıb, o, azyaşlıları Navalnıya dəstək yürüşlərinə çağırmaqda suçlanır.

Bir gün öncə isə “Roskomnadzor” media tənzimləyici orqanı bildirib ki, Facebook, Instagram, Twitter, TikTok, VKontakte, Odnoklassniki və YouTube sosial şəbəkələri gəncləri müxalifətin aksiyalarına iştiraka həvəsləndirən postları pozmadıqlarına görə cərimə olunacaqlar.

Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdan kimi həbs olunub. O, ötən avqustda Sibirdə zəhərlənmədən sonra Berlində müalicə olunurdu. Onun Noviçok sinir qazyıla zəhərləndiyi təsdiqlənib. Müxalifətçi zəhərlənməsində birbaşa Prezident Vladimir Putini ittiham edib. Kreml ittihamları rədd edir.

XS
SM
MD
LG