Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:22

Pol Qobl: Bakı Qarabağ müharibəsindən sonra Moskva və Tehranı narahat edir


Pol Qobl
Pol Qobl

Qafqaz məsələləri üzrə tanınmış politoloq Pol Qobl Jamestown fondunun saytında dərc edilmiş məqaləsində yazır ki, “Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki qələbəsi” Bakının təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiyadakı çəkisini artırıb:

“Azərbaycan, qismən də Türkiyənin sayəsində Qafqazlarda ə Mərkəzi Asiyada hesablaşılmalı qüvvə olduğunu göstərib”.

Politoloqun fikrincə, Qarabağ müharibəsindən sonra Xəzərin şərq tərəfindəki ölkələr nəzərlərini Qərbə yönəldiblər və iqtisadi-siyasi planlaşırmalarında Azərbaycan faktorunu nəzərə alırlar.

Qoblun fikrincə, hadisələrin bu sayaq inkişafı onlardan yan keçən dəhlizlərdən məmnun olmayan Tehran və Moskvanın narahatlığına səbəb olub.

Qarabağ müharibəsindən dərhal sonra

Məqalədə deyilir ki, Türkmənistanın Azərbaycanla mübahisəli dəniz yatağı barədə razılaşmaya gəlməsi təsadüfən baş verməyib.

Vaxtilə iki ölkənin “Kəpəz” və “Sərdar” adlandırdıqları yatağa indi “Dostluq” adını verməsi rəmzi məna daşıyır.

Qobl qeyd edir ki, bu razılaşma təkcə Türkmənistan və Azərbaycan arasında ixtilafı çözmür, həm də Azərbaycanla Mərkəzi Asiyanın başqa ölkələri arasında daha geniş əməkdaşlığa yol açır.

Politoloq xatırladır ki, bu yaxınlarda Bakı, Kabul və Aşqabad “Lazurit yolu” kimi tanınan ticarət dəhlizinin inkişaf etdirilməsinə dair anlaşma əldə ediblər.

Qobl vurğulayır ki, bu hadisə də Qarabağ müharibəsindən dərhal sonra baş verib.

Məqalədə deyilir ki, bu arada Qazaxıstan rəsmiləri də Aktau dəniz limanının tutumun artırılmasından söz açırlar.

Qazaxıstan bu liman üzərindən Azərbaycan vasitəsilə Türkiyə və Avropaya yük daşımalarının həcmini artırmağı planlaşdırır.

İran və Rusiyanın birgə dəniz təlimləri

Qobl yazır ki, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında Xəzər üzərindən ticarətin artması Moskva və Tehranı narahat etməyə bilməz.

Onun fikirncə, bu ticarət bağları bir tərəfdən Rusiya və İranı kənarda qoyur, digər tərəfdən isə region ölkələrinə daha böyük hərəkət sərbəstliyi verir.

Məqalədə deyilir ki, Moskva və Tehran hələ Qarabağda atəşkəs əldə olunanadək Xəzərdə birgə hərbi dəniz təlimi keçiriblər.

Son iki həftədə Rusiya və İranın Oman körfəzində və Hind okeanında daha bir müştərək hərbi təlimi olub.

Pol Qoblun fikirincə bu, əlbəttə İran və Rusiyanın Xəzər üzərindən Qərb-Şərq ticarətini dərhal bloklamağa hazırlaşdıqları anlamına gəlmir, amma həm də ona işarədir ki, Tehran və Moskva bu perspektivlər üçün gələcəkdə ciddi əngəl yarada bilərlər.

Qobl yazır ki, təhlilçilərin fikrincə Azərbaycanın müharibədəki uğuru İranda əhalinin böyük hissəsini təşkil edən etnik azərbaycanlıları da təsirləndirib.

Bəzi başqa ekspertlər isə Qarabağ müharibəsinin keçmiş sovet respublikalarında dondurulmuş münaqişələri necə təsirləndirəcəyi barədə düşünürlər.

XS
SM
MD
LG