Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:34

Kreml Koçaryanın Putin və Rusiyanın 'böyük dostu' olduğunu deyir


Robert Koçaryan(solda) və Vladimir Putin (2007-ci il)
Robert Koçaryan(solda) və Vladimir Putin (2007-ci il)

Ermənistanın ikinci prezidenti Robert Koçaryan martın 4-də Yerevanda Rusiya media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında parlament seçkisində iştirak etmək niyyətini bildirib.

Rusiyanın RBK agentliyinin verdiyi məlumata görə Koçaryan bu seçkidə qalib gələcəyinə şübhə etmədiyini deyib.

O bildirib ki, mümkün seçkidə qalib gəlmək üçün kifayət qədər təcrübəyə malikdir.

Koçaryan habelə Ermənistandakı siyasi böhrandan və Qarabağ müharibəsindən söz açıb.

O deyib ki, onun fikrincə, müharibənin gizli sövdələşmələr nəticəsində uduzulduğunu düşünməyə əsaslar var.

Keçmiş prezident hökumətin buraxdığı səhvlərdən geniş bəhs edib.

O bildirib ki, səfərbərliyin dayandırılması və ordu rəhbərliyinə “köhnə” zabitlərin – Birinci Qarabağ Müharibəsi iştirakçılarının buraxılmaması məğlubiyyətlə nəticələnib.

Koçaryan iddia edib ki, Qarabağda hərbi əməliyyatlara başlanmasının dördüncü günündə Ermənistan silahlı qüvvələrinin baş qərargahı Paşinyana bu müharibənin uduzulacağına dair yazılı xəbərdarlıq verib.

RBK yazır ki, Koçaryanın Ermənistan seçkisində iştirakı ilə bağlı niyyətini şərh edərkən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Putinlə Koçaryan arasında dost münasibətlərin olduğunu deyib:

“Robert Sedrakoviç əlbəttə Rusiyanın böyük dostudur. O Ermənistan üçün faydanın, habelə Rusiya ilə qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi və dərinləşdirilməsinin qızğın tərəfdarıdır”.

“Müharibə planlı şəkildə uduzulub”

Robert Koçaryan və Serj Sarkisyanın son 20 ildə ordunu belə bir müharibəyə hazırlamadıqlarına dair RBK-nın sualına cavab verən ikinci prezident deyib:

“Əslində bütün 20 il ərzində Ermənistan silahhlı qüvvələri bütün ekspert qiymətləndirmələrinə görə Cənubi Qafqazın ən döyüş qabiliyyətli ordusu hesab olunub”.

Koçaryan iddia edib ki, onun hakimiyyəti illərində Ermənistan ordusu Azərbaycan ordusundan daha yaxşı təchiz edilib və silahlandırılıb.

Ermənistan müxalifətinin vahid namizədinə qarşı ittiham irəli sürüldü
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

O bunu da iddia edib ki, ordu son üç il ərzində, Nikol Paşinyanın baş nazirliyi dövründə indiki acınacaqlı vəziyyətinə salınıb.

RBK qeyd edir ki, keçmiş prezident Serj Sarksiyan da məğlubiyyətə görə Nikol Paşinyanı ittiham edir.

Koçaryan bunu da deyib ki, Ermənistan ordusunun bərpa edilməsi üçün 3 milyard dollara ehtiyac var.

O habelə qeyd edib ki, ordu yalnız Rusiya ilə inteqrasiyanın gücləndirilməsi şəraitində bərpa oluna bilər.

Hərbi çevrilişə çağırış?

Koçaryan habelə Nikol Paşinyanla Ermənistan silahlı qüvvələrinin baş qərargahı arasında davam edən qarşıdurma barədə də danışıb.

O bildirib ki, Paşinyan İskander raketləri barədə səhvə yol verdikdən sonra ləyaqətli birisi kimi general Tiran Xaçaturyandan, baş qərargahdan üzr istəməli idi.

RBK xatırladır ki, fevralın 25-də Ermənistan silahlı qüvvələri baş qərargahının bəyanatından sonra ölkədə siyasi vəziyyət gərginləşib.

Baş qərargah Ermənistan baş naziri Nikol Paşinyanın “hazırki taleyüklü dövrdə artıq adekvat qərarlar qəbul etmək iqtidarında olmadığını” bildirərək onun istefasını tələb etmişdi.

Öz növbəsində Paşinyan bu bəyanatı "hərbi çevriliş cəhdi" adlandırmış və baş qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı əmr vermişdi.

Koçaryan mətbuat konfransında “hərbi çevriliş” ifadəsindən qorxmamağa çağırıb:

“Düşünmürəm ki, bu sözdən belə qorxmaq lazımdır. Əgər hərbi elita ölkənin gələcəyi üçün məsuliyyət hiss edirsə, onun taleyüklü olacaq addımlar atacağı istisna olunmamalıdır. Bu mənim şəxsi nöqteyi-nəzərimdir, çağırış deyil”.

Baş nazir Nikol Paşinyan ona qarşı çıxan baş qərargah rəisi Onik Qasparyanın keçmiş prezident Serj Sarkisyan tərəfindən öyrədildiyini iddia etmişdi.

XS
SM
MD
LG