Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:55

Pandemiya erkən nikahlara yol açır


Erkən nikah, arxiv fotosu
Erkən nikah, arxiv fotosu

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib ki, aprelin əvvəlinəcən Avropa Birliyinə daha çox vaksinin gətiriləcəyini gözləyir

Koronavirus böhranının səbəb olduğu çətinliklər növbəti on il ərzində 10 milyon əlavə erkən nikahla nəticələnə bilər. Bunu BMT-nin Uşaq Fondu (UNICEF) bildirir.

Qurum martın 8-də dərc etdiyi araşdırmada bildirir ki, “pandemiya nəticəsində məktəblərin bağlanması, iqtisadi stress, xidmətdə pozuntular, hamiləlik, valideynlərin ölümü ən zəif qızlara erkən nikah riskini artırır”.

25 faizdən 20 faizəcən irəliləyiş

Beynəlxalq Qadınlar Günündə dərc olunan hesabatın başlığı belədir: “COVID-19: erkən nikahlara qarşı proqresə təhdid”. Qurum bildirir ki, bu tendensiya təsdiqlənsə, son illər erkən nikahlara qarşı kampaniyada əldə olunmuş proqresi ciddi şəkildə geri atar.

Son 10 ildə uşaq ikən ərə verilən qızların sayı 25 faizdən 20 faizə düşüb. İndi bu proqresə “təhdid yaranıb”, hesabatda deyilir.

UNICEF rəhbəri Henrietta Forenin sözlərinə görə, “qapalı məktəblər, dostlardan və dəstək şəbəkələrindən təcrid, yoxsulluğun artması dünyanın onsuz da söndürməyə çalışdığı yanğını daha da alovlandırıb”.

Pandemiyadan dolayı səyahət qadağaları, fiziki məsafə qızların “tibbi qayğı, sosial xidmətə və icmanın dəstəyinə çıxışını çətinləşdirib. Bütün bu vasitələr onları erkən nikahdan, arzuolunmaz hamiləlikdən, gender əsaslı zorakılıqdan qoruyardı”, – araşdırmada vurğulanır.

Bundan başqa, iqtisadi çətinliklərlə üzləşən ailələr maliyyə yükünü yüngülləşdirmək üçün qızlarını ərə verə bilərlər.

Vaksinasiya necə gedir

Bu arada Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib ki, aprelin əvvəlinəcən Avropa Birliyinə daha çox vaksinin gətiriləcəyini gözləyir.

“İstehsalçıların planlarına uyğun olaraq apreldən miqdar iki dəfə arta bilər, çünki yeni vaksinlər də təsdiqlənmək üzrədir”, – o, Almaniyanın “Stuttgarter Zeitung” və “Stuttgarter Nachrichten” qəzetlərinin 8 mart buraxılışına deyib.

Von der Leyen deyir ki, “ikinci rübdə aya əlavə 100 milyon dozayadək, iyunun sonuna cəmi 300 milyon doza” vaksinin çatdırılacağını gözləyir.

Qəzetlər yazır ki, bu, Almaniya üçün aya 20 milyon dozayacan vaksin deməkdir.

Birləşmiş Ştatların koronavirus üzrə aparıcı eksperti Entoni Fauçi deyir ki, payıza qədər ölkənin orta məktəb şagirdlərinə vaksin vurulmalıdır. Aşağı sinif şagirdlərinin 2022-ci ilin əvvəlinəcən peyvənd olunacağı gözlənir.

“Orta məktəb şagirdlərinin payızacan, birinci günü olmasa da, payızın əvvəlinəcən vaksin olunmasını planlaşdırırıq”, – o vurğulayıb.

Hazırda Birləşmiş Ştatlarda günə ortalama 2.1 milyon nəfərə, yaşı 18 və yuxarı olanlara peyvənd vurulduğu bildirilir.

XS
SM
MD
LG