Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:34

Ermənistan Müdafiə Nazirliyi təkzib edir...


Ermənsitanın Müdafiə Nazirliyi
Ermənsitanın Müdafiə Nazirliyi

Ermənistanın Müdafiə Nazirliyi martın 7 və 8-də bir sıra təkziblərlə çıxış edib.

Nazirlik martın 8-də İcevan və Şəmşədin həmsərhəd rayonlarının yaxınlığında “Azərbaycan və Türkiyənin ağır hərbi texnikasının cəmləşdirilməsinə” dair informasiyanı təkzib edib.

Bu barədə xəbəri AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun verib.

Bəyənatda deyilir ki, bundan əvvəl buna bənzər xəbərlər sosial mediada və Telegram-kanallarda yayılmışdı:

“Sosial şəbəkələrdə və müxtəlif medialarda Ermənistanın sərhədləri boyunca gərginliyin artmasına, atəş açılmasına və guya düşmənin böyük silahlı birləşmələrinin cəmləşdirilməsinə dair dezinformasiyalar yayılmaqda davam edir. Məsələn, belə xəbərlər yayılır ki, “guya cəbhənin İcevan və Şəmşəddin yaxınlığındakı hissəsində ağır Türkiyə-Azərbaycan hərbi texnikası cəmləşdirilir və guya Tavuşdakı 3-cü ordu korpusunda həyəcan elan edilib”. Bu cür xəbərlər həqiqəti əks etdirmir”.

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Ermənistanın Sünik vilayətindən keçən Azərbaycan hərbçiləri tərəfindən avtomobildən çəkildiyi deyilən qalmaqallı video barədə şərh verib:

“Bu videoçəkiliş Azərbaycan hərbçiləri tərəfindən yolun Syunik və Çakaten (Qafan icması) kəndləri arasındakı sektorda çəkilib. Onlar hələ bir ay əvvəl Rusiya sülhməramlılarının müşayiəi və əvvəlcədən razılaşdırılmlış marşrut üzrə sərhədçilərin üçtərəfli işçi görüşündə iştirak etmək üçün oradan keçirdilər”.

"Qalmaqallı video"

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun yazdığına görə, MTX bunu da bildirib ki, yolun bu, eləcə də başqa sahələrində “müvafiq işlər” aparılır və hər bir ayrıca hal haqqında dərc edilən məqalələr və qeyri-rəsmi təhlillər cəmiyyətdə gərginlik ab-havasının yaradılmasına yönəlib və buna görə də yersiz və yolverilməzdir”.

MTX-nin bəyanatında bu da qeyd olunur ki, dislokasiya yerlərindəki Ermənistan və Azərbaycan sərhədçiləri rusiyalı həmkarlarının əməkdaşlığı ilə hazırda Ermənistanın Syunik vilayhətindəki Şurnux-David Bek sahəsində sərhəd naryadlarının müəyyənləşdirilməsi üçün iş aparırlar.

Bəyanatda deyilir ki, Ermənistan MTX-nin sərhəd qoşunları adları çəkilən ərazilərdə vəziyyətə tam nəzarət edir.

"Keçmiş" Barxudarlı kəndi?

Azatutuyun xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi habelə Rusiya sülhməramlılarının və azərbaycanlıların Tavuş rayonunun kəndlərində yerölçmə işləri apardıqlarına dair informasiya da yalandır:

“Artıq iki gündür ki, 500-dək sülhmərmlının və azərbaycanlıların Tavuş vilyətinin bir neçə kəndinin ərazisində sərhəd boyunca yerölçmə işləri apardıqlarına dair sosial mediada və müxtəlif KİV-lərdə yayılan məlumatlar tam bir uydurmadır və həqiqətə uyğun deyil”.

Azatutyun xatırladır ki, Ermənistanın keçmiş baş naziri Qrant Baqramyan “azərbaycanlı hərbçilərin və “sülhməramlıların” Tavuş vilayətinin Azatamut icmasında, “keçmiş” Barxudarlı (Azərbaycanın Qazax rayonun işğal altında olan kəndidir – red) kəndinin yaxınlığında yerölçmə işləri aparırlar.

Son vaxtlar Azərbaycanın Qazax rayonunun işğal altında olan 7 kəndi bir neçə dəfə gündəmə gəlib.

Qazax rayonunun işğal olunmuş 7 kəndi

1992-ci ildə Azərbaycanın Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal olunub.

Bu kəndlərdən üçü - Sofulu, Barxudarlı və Yuxarı Əskipara Azərbaycanın Ermənistan ərazisindəki anklavlarıdır.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat da imzalayıblar.

Onların dörd saatdan çox çəkən görüşlərinin nəticəsində imzalanmış bəyanat, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG