Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:18

Qlobal ÜDM-də 5.6% artım gözlənir


Ukraynada taxıl zəmisi
Ukraynada taxıl zəmisi

Bu il qlobal ÜDM-də 5.6% artım gözlənir ki, bu da dekabrdakı proqnozdan 1.4 faiz çoxdur. 2022-ci ilə artımın 4% olacağı proqnozlaşdırılır

"Bir sıra sektorlarda fəaliyyət artıb və pandemiya qadağalarına qismən uyğunlaşdırılıb. Vaksinlərin paylanması, rəvan getməsə də, vüsət alır. Özəlliklə Birləşmiş Ştatlarda hökumətin yardımının iqtisadi fəaliyyəti yüksəldəcəyi gözlənir". Martın 9-da iqtisadi proqnozlar üzrə aralıq hesabatını açıqlayan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələr və sektorlar üzrə davamlı artım perspektivlərində böyük fərqi də qeyd edir. Dünya üzrə daha sürətli və effektiv vaksinasiyanın vacibliyi vurğulanır.

Birləşmiş Ştatların dünyaya təsiri

Bu il qlobal ÜDM-də 5.6% artım gözlənir ki, bu da dekabrdakı proqnozdan 1.4 faiz çoxdur. 2022-ci ilə artımın 4% olacağı proqnozlaşdırılır.

Dünya üzrə hasilatın bu ilin ortasına pandemiyadan öncəki səviyyəyə çatacağı gözlənir, ancaq vaksinlər arası yarışmadan, virusun yeni yaranan ştammlarından çox şey asılıdır.

Hesabatda deyilir ki, Birləşmiş Ştatların nəhəng stimul paketi, eləcə də sürətli vaksinasiya bu ölkədə artımı 3 faizdən də çox yüksəldə bilər və bu da öz növbəsində əsas ticarət tərəfdaşlarına təsir göstərər.

ABŞ iqtisadiyyatının bu il 6.5%, gələn il 4% artacağı proqnozlaşdırılır. Dekabrdakı proqnozlar uyğun olaraq 3.2 və 3.5 faiz idi.

Hazırda Birləşmiş Ştatlar Konqresi 1.9 trilyon dollarlıq iqtisadi yardım paketini nəzərdən keçirir. OECD bu paketin qlobal artımda bir faizdən çox fərq yaradacağını bildirir.

Vaksinasiyanın sürəti

Ancaq eyni zamanda böyük risklərin də qaldığı vurğulanır. Qurumun mövqeyincə, bütün ölkələrdə daha sürətli vaksinasiya qadağaların sürətlə qaldırılmasına, inamın və xərclərin möhkəmlənməsinə səbəb olar. Daha ləng vaksinasiya, yeni virus mutasiyalarının peyda olması isə dirçəlişi zəiflədə, daha böyük iş yerlərinin itirilməsinə, bizneslərin iflasına yol açar.

Rusiyada bu il 2.7%, Türkiyədə 5.9% artım proqnozlaşdırılır.

Hal-hazırda yalnız Çin, Hindistan və Türkiyədə hasilat pandemiyadan öncəki səviyyəni keçib, OECD bildirir.

Vaksinasiyasının roluna gəlincə, Britaniyada vaksinlərin daha tez vurulması artımı 0.9 faiz yüksəldərək 5.1 faizə çatdırıb. Bu, Britaniyanın öz proqnozundan yuxarıdır.

Peyvəndləmənin ləng getdiyi avrozona üzrə proqnoz isə cəmi 0.3 faiz artımla 3.9 faiz olub.

XS
SM
MD
LG