Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:15

Vaşinqton Moskvanı ABŞ vaksinlərini gözdən salmaqda ittiham edir


ABŞ vaksinləri
ABŞ vaksinləri

Birləşmiş Ştatar Rusiyanı ABŞ-da hazırlanmış COVID-19 vaksinlərinin gözdən salınması məqsədilə dezinformasiya kampaniyası aparmaqda ittiham edib və bildirib ki, “əlində olan bütün imkanlarla” bu cəhdlərə qarşı mübarizə aparacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays martin 8-də deyib:

"Tamamilə aşkardır ki, Rusiya köhnə fəndlərindən əl çəkmir və bizim bildiyimizə görə hər gün neçə-neçə həyatı xilas edən vaksinlər barədə dezinformasiya yaymaqla insanları potensial baxımdan riskə atır”.

Bu bəyanatdan əvvəl martin 8-də The Wall Street Journal qəzeti Dövlət Departamentinin bir qolu olan Qlobal Əlaqələr Mərkəzinin hesabatına istinadən yazmışdı ki, Rusiya kəşfiyyatı dörd internet platformasında aparılan əlaqələndirilmiş kampaniyanın arxasında dayanır.

The Wall Street Journal yazırdı ki, sözü gedən internet saytları, belə görünür, Rusiyanın istehsalı olan Sputnik V vaksininin nüfuzunu artırmaq məqsədilə ABŞ-da hazırlanmış Pfizer vaksininin risk və fəsadlarından söhbət açırdı.

ABŞ dezinformasiyalara cavab verəcək

Bu da qeyd olunur ki, bu internet saytları ABŞ vaksinləri barədə neqativ rəyləri bu preparatların üstünlükləri barədə materiallarla qarşılaşdırmadan dərc edirdi.

Prays bildirib ki, sözü gedən saytlar ABŞ Qida və Dərman Administrasiyasının təsdiqindən keçmiş iki vaksin barədə dezinformasiya yayıblar.

Ağ Evin mətbuat katibi Cen Psaki deyib ki, ABŞ belə dezinformasiyalara qarşı əlində olan bütün imkanlarla mübarizə aparacaq.

Qərb ölkələrində hazırlanmış vaksinlər bütün lazımi sınaq fazalarının hamısından keçəndən sonra təsdiqləniblər.

Onların 90 faiz effektivliyə malik olduğu bildirilir.

Rusiyanın Sputnik V vaksini isə yalnız iki sınaq fazasını tam keçməməsinə baxmayaraq Moskva tərəfindən təsdiq edilib.

XS
SM
MD
LG