Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:58

Britaniya qadağaları yüngülləşdirir, Almaniya isə...


Britaniyada koronavirus qadağalarına etiraz
Britaniyada koronavirus qadağalarına etiraz

Kosovo COVID-19-a qarşı ilk vaksin dozalarını əldə edib və Avropada peyvəndləməyə başlayan sonuncu ölkə olub

Martın 29-dan İngiltərə koronavirus qadağalarını ikinci mərhələdə yüngülləşdirilməyə başlayır. Amma Baş nazir Boris Conson ehtiyatlı davranmağa çağırır, Avropanın digər yerlərində virusun yeni ştammlarının səbəb olduğu yoluxma dalğasını əsas gətirib.

İngiltərədə altı nəfərədək şəxsin, yaxud iki evin sakinlərinin açıq havada bir araya gəlməsinə icazə veriləcək. Həvəskar komanda yarışları, tennis, qolf, basketbol və üzgüçülük oyunları da bərpa olunacaq.

Conson ümidini bildirib ki, yeni vəziyyət “Böyük Britaniyanın idman yayına start verəcək, bütün yaş qruplarından olanlar sevdikləri fəaliyyəti bərpa edə biləcəklər”.

30 milyona nəfərə birinci doza vurulub

Amma onu da deyib ki, ölkə “ehtiyatını əldən verməməlidir”, çünki Avropada yoluxmalar artır, yeni ştammlar Britaniyada vaksinasiyaya təhdid yaradır.

Baş nazirin sözlərinə görə, iqtisadiyyatın açılması və normal həyata qayıtmağın “əsas fərqi” vaksinasiyanın sürət almasıdır.

Martın 28-də ölkədə vaksinin birinci dozası vurulmuş yetkin yaşlıların sayı 30 milyonu keçib. Ölkədə AstraZeneca şirkətinin Oksford Universiteti ilə birlikdə hazırladığı və Pfizer/BioNTech şirkətinin vaksinlərindən istifadə olunur.

Almaniyanın Kansleri Angela Merkel isə martın 28-də televiziya ilə çıxışında vilayətləri virusun yayılmasına qarşı fəaliyyəti gücləndirməyə çağırıb.

Kansler bəzi vilayətlərin iqtisadiyyatın təcridi açılımını dayandırmamasından narazılıq bildirib. Ölkədə daha yoluxucu ştammlar sürətlə yayılmaqdadır.

“Biz təəssüf ki, fövqəladə fasilə verməliyik, amma buna hər yerdə əməl olunmur. Ümid edirəm, bu barədə düşünəcəklər”, – Merkel ARD televiziyasına bildirib.


Əhalinin 10 faizinə vaksin vurulub

Merkelin administrasiya rəhbəri daha öncə xəbərdarlıq etmişdi ki, ölkə pandemiyanın ən təhlükəli fazasına girib, ya virusu indi cilovlamalıdır, ya da vaksinlərə davamlı daha təhlükəli mutasiyalar yarana bilər.

Martın 28-dək Almaniya əhalisinin 10.3 faizinə azı bir doza vurulub. Bu isə İsrail, Birləşmiş Ştatlar və Britaniyada xeyli geri qalmaq deməkdir.

Avstraliya martın 29-dan Brisben şəhərində üçgünlük lokdaun elan edib. Şəhərdə yeni yoluxma klastrları aşkarlanıb.

Kosovo COVID-19-a qarşı ilk vaksin dozalarını əldə edib və Avropada peyvəndləməyə başlayan sonuncu ölkə olub.

Martın 28-də COVAX ianə proqramı çərçivəsində ölkəyə 24 min doza AstraZeneca vaksini çatdırılıb. Ölkə proqram çərçivəsində cəmi 100 min 800 doza vaksin alacaq.

XS
SM
MD
LG