Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:48

Bir günə 300 min yoluxma  


Dehlidə karantin elan olunandan sonra miqrant fəhlələr kəndlərinə belə qayıdıblar
Dehlidə karantin elan olunandan sonra miqrant fəhlələr kəndlərinə belə qayıdıblar

İlin əvvəlində Hindistan karantinlə virusun qarşısını əsasən ala bilmişdi. Amma martdan yoluxmalar sürətlə çoxaldı

Hindistanda koronavirusa gündəlik rekord yoluxma və ölüm qeydə alınıb. 1.3 milyard əhalisi olan ölkədə yoluxmaların ikinci dalğası yaşanır.

Xəstəxanaların oksigen ehtiyatı tükənir, pasiyentlər geri qaytarılır. Yerli media tibbi ləvazimat oğurluğundan, ailələrin ölmüş pasiyentlərdən oksigen silindrlərini çıxararaq öz yaxınlarına taxmasından yazır.

Daha çox ölən var

Ölkədə bir günə 300 mindən çox yoluxma və 2 min ölüm qeydə alınsa da real mənzərənin daha böyük olduğu bildirilir.

Böyük şəhərlərdə COVID-19-dan rəsmi ölü sayından daha çox şəxsin kremasiya və dəfn olunması xəbərləri gəlir.

Dehlidə COVID-19 testi verən hər 3 nəfərdən birində nəticə müsbət çıxır. Ölkə boyunca pozitivlik göstəricisi 20 faizdən aşağıdır.

Hazırda paytaxt Nyu Dehlidə sərt karantin hökm sürür, digər şəhər və vilayətlər də oxşar tədbirlərə əl atırlar.

Vaksin vurulur, bəs hökumət təsirini ölçürmü?
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Serum istehsalı artıra bilmir

COVID-19-a qarşı AstraZeneca vaksinini hazırlayan Hindistan Serum İnstitutu bildirib ki, iyuladək gündəlik istehsalı indiki 60-70 milyondan 100 milyon dozaya qaldıra bilməyəcək.

Bu yubanma isə ölkədə vaksinasiyanı ləngidə bilər. İndiyədək cəmi 130 milyon dozaya yaxın vaksin vurulub.

Daha yoxsul, eləcə də bəzi zəngin ölkələr Serum-dan AstraZeneca vaksini gözləyir. Amma ötən aydan Hindistan ixracı məhdudlaşdırıb.

İlin əvvəlində Hindistan karantinlə virusun qarşısını əsasən ala bilmişdi. Amma martdan yoluxmalar sürətlə çoxaldı. Çünki əhali ehtiyatı əldən verməyə, kütləvi toplantılar, dini festivallar, siyasi yürüşlər, toylar keçirməyə başladılar.

Hindistanda aşkarlanmış yeni “ikiqat mutasiya”nın daha yoluxucu və daha ölümcül olduğu güman edilir.

Fransa, Britaniya və Birləşmiş Ştatlar daxil olmaqla bir sıra ölkələr Hindistana gediş-gəlişlə bağlı məhdudiyyətlər tətbiq ediblər.

XS
SM
MD
LG