Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:49

Avropaya səyahət qaydaları belə olacaq


İllüstrativ foto
İllüstrativ foto

Azərbaycan da daxil bəzi ölkələrdə Rusiya və Çin istehsalı olan, Qərbin hələlik tanımadığı vaksinlər istifadə olunur. Üzv ölkələr təkid edirlər ki, bu cür ölkələr üçün “qapı açıq saxlanılsın”

Avropa Birliyi (AB) həm özünün blok daxilində səyahət edən vətəndaşları, həm də üçüncü ölkədən gələnlər üçün vahid qaydalar təqdim etməyə çalışır.

Birliyin “rəqəmsal yaşıl sertifikat” adı verilmiş vaksin pasportu üzərində iş ləng olsa da gedir. Bu həftənin sonuna isə üzv ölkələrin səfirləri AB-ni üçüncü ölkələrin üzünə açmaq təklifini nəzərdən keçirəcəklər.

Avropa Komissiyası təklif edir ki, birlik tərəfindən təsdiqlənmiş dörd COVID-19 vaksininin – AstraZeneca, BioNTech/Pfizer, Johnson&Johnson və Moderna vaksinlərindən sonuncu dozanı varidolmadan azı 14 gün öncə vurdurmuş şəxslərin girişinə icazə verilsin.

Təkliflər

AB vətəndaşlarının səyahəti məsələsində həllini gözləyən məsələlər az deyil. Məsələn, Avropa Parlamenti peyvənd vurdurmamış, yaxud vurdurmaq istəməyən şəxslər üçün pulsuz testlər təklif edir. Yaxud parlament üzvləri təkid edirlər ki, sertifikatı olanlara səyahət zamanı əlavə məhdudiyyətlər, daha bir test, yaxud potensial karantin tətbiq olunmasın. Əks halda, onların fikrincə, vaksin sertifikatı adi bir “kağız parçası”na çevriləcək.

AB-nin xarici sərhədlərinin açılmasına gəlincə, bu üzv ölkələrin nə qədər turist istəməyindən asılıdır. Bəziləri Çin, Birləşmiş Ştatlar, Britaniya ilə münasibətdə qarşılıqlı addımlar tələb edə bilərlər.

Azərbaycan da daxil bəzi ölkələrdə Rusiya və Çin istehsalı olan, Qərbin hələlik tanımadığı vaksinlər istifadə olunur. Üzv ölkələr təkid edirlər ki, bu cür ölkələr üçün “qapı açıq saxlanılsın”. Bu, özəlliklə hər iki ölkədən vaksin almış Macarıstana aiddir. Avropa Parlamenti bu halda geriyə addım ata bilər, çünki AB Şurasının vaxtı çox deyil, yay tətilindən öncə sertifikat məsələsinin təsdiqlənməsində təkid edə bilər.

Ümid etmək

AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Rikard Jozviak yazır ki, Komissiyanın üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması tövsiyəsində isə belə əlaçıqlıq nəzərdə tutulmayıb. Vaksin ya Avropanın Dərman Agentliyi tərəfindən təsdiqlənmiş olmalıdır, ya da Dünya Səhiyyə Təşkilatının təcili istifadə prosesindən keçməlidir.

Çinin Sinopharm vaksini hələ də yekun dəyərləndirməni gözləyir. Rusiyanın Sputnik vaksini artıq mərhələli ekspertiza prosesindədir, final mərhələyə çatmayıb.

Görünür, üçüncü ölkə vətəndaşlarının AB-yə səfər edə bilməsi üçün onlar ya vurdurduqları vaksinin təsdiqlənməsini gözləməlidirlər, ya da ümid etməlidirlər ki, ölkələrində epidemioloji vəziyyət düzələcək, pozitiv trayektoriya üzrə gedəcək.

Daha bir variant isə üzv ölkələrin pərdəarxası saziş imzalamasıdır. Məsələn, Yunanıstan bu yaxınlarda Rusiyadan bir qisim turistin girişinə icazə verib.

Dünyada koronavirusa 153 milyondan çox yoluxma, 3 milyon 200 mindən artıq ölüm aşkarlanıb.

XS
SM
MD
LG