Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:59

ABŞ gəmisi İran katerlərinə xəbərdarlıq atəşi açıb


ABŞ hərbi gəmiləri Fars körfəzində (Arxiv fotosu)
ABŞ hərbi gəmiləri Fars körfəzində (Arxiv fotosu)

ABŞ-ın sahil keşiyi gəmisi İran İslam Keşikçiləri Korpusunun ona yaxınlaşan 13 katerinə 30 xəbərdarlıq atəşi açıb.

Pentaqon bildirir ki, hadisə mayın 10-da Hörmüz boğazında baş verib.

Xəbər verilir ki, son bir ay ərzində ABŞ hərbi gəmiləri regiondakı İran gəmilərinin təhlükəli manevrləri ilə bağlı iki dəfə xəbərdarlıq atəşləri açmalı olub.

Ötən il belə insidentlərin baş verməsi nisbətən azalmışdı.

Pentaqonun sözçüsü Con Kerbi deyib ki, Maui sahil keşiyi gəmisi xəbərdarlıq atəşlərini pulemyotlardan açıb.

O bildirib ki, İran gəmiləri son vaxtlarda baş vermiş insidentlərdən fərqli olaraq bu dəfə daha aqressiv hərəkət edirdilər.

Ötən ay ABŞ-ın bir hərbi gəmisi üç İran gəmisinin ona və ABŞ-ın daha bir keşikçi katerinə yaxınlaşdıqdan sonra xəbərdarlıq atəşləri açılmışdı.

Çox böyük sürətlə yaxınlaşırdılar

Pentaqon bildirir ki, İranın 13 çevik hücum kateri yaxınlaşanda ABŞ donanmasının altı gəmisi USS Georgia sualtı qayığını müşayiət edirdi.

Kerbi deyib ki, İran katerləri çox böyük sürətlə yaxınlaşırdılar. Xəbərdarlıq atəşləri açılanda onlar ABŞ gəmilərinin 130 metrlyində idilər.

Pentaqonun məlumatında deyilir ki, ABŞ gəmisi xəbərdarlıq atəşi açmazdan əvvəl İran gəmiləri ilə radio vasitəsilə kommunikasiya yaratmağa çalışıb.

Ötən ay İranın sürət katerləri Amerika hərbi gəmilərinin 60 metrliyinə yaxınlaşmışdılar.

Kerbi bildirib ki, İran İslam Keşikçiləri Korpusunun ABŞ hərbi gəmilərini qısnaması “yeni bir fenomen” deyil.

Lakin sözçü əlavə edib ki, Hörmüz boğazı kimi dar dəniz yolllarında bu sayaq manevrlər “təhlükəli, qeyri-peşəkar və məsuliyyətsiz” hərəkətlərdir.

Pentaqon nümayəndəsinin dediyinə görə, belə situasiyalarda buraxılmış kiçik bir səhv təhlükəli nəticələrə gətirib çıxara bilər.

XS
SM
MD
LG