Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:12

Çin ilk dəfə kosmik aparatı Marsa endirib


"Tianwen-1" aparatının Marsdan çəkdiyi foto
"Tianwen-1" aparatının Marsdan çəkdiyi foto

Çinin Milli Kosmik İdarəsi ölkənin başqa bir planetə bir kosmik aparatın ilk uğurlu eniş etdiyini elan edib.

Xəbər verilir ki, "Tianwen-1" kosmik gəmisinin enmə modulu mayın 15-də gecə Marsın şimal yarımkürəsindəki Utopiya düzünün cənub hissəsində avtomatik olaraq enib.

Məlumatda həmçinin vurğulanır ki, modulun göyərtəsində Çinin Marsda ilk özü yeriyən "Zhurong" aparatı da var. 240 kiloqram ağırlığında, altı təkərli bu özüyeriyən qurğunun 92 gün Marsda işləyəcəyi vurğulanır.

Marsa endirilən aparat iki optik və bir multispektral kamera, meteoroloji stansiya, torpaq analizatoru, georadar və maqnitometrlə təchiz olunub. Günəş batareyalarının köməyi ilə özünü elektrik enerjisi ilə təmin etməli və təxminən üç ilini orbitdə keçirməsi lazım olan bir orbital zond vasitəsilə Yerlə əlaqə qurmalıdır. Bununla Çin başqa bir planetin səthinə çıxan dünyada üçüncü ölkə oldu.

1970-ci ildə Sovet İttifaqı ilk olaraq Venera-7 kosmik gəmisi ilə yumşaq eniş etməyi bacarıb. ABŞ-ın ilk uğurlu enişi 1976-cı ildə, Viking-1 kosmik gəmisi ilə Marsda olub.

Hazırda Marsda Amerikanın Perseverance aparatı işləməkdədir. Bu kosmik aparatın Marsda uğurlu eniş etməsin 2021-ci ilin fevralında açıqlanıb.

Hələlik Rusiyanın başqa planetə uğurlu missiyası baş tutmayıb. Sonuncu də uğurlu eniş sovet dövründə, 1985-ci ildə olub. Həmin vaxt iki modul aparat "Veqa 1" və "Veqa 2" dörd günlük fərqlə Veneraya eniş edib.

XS
SM
MD
LG