Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:30

Putin və Əliyev sərhəd məsələsini müzakirə ediblər


Vladimir Putin (solda) və İlham Əliyev (Arxiv fotosu)
Vladimir Putin (solda) və İlham Əliyev (Arxiv fotosu)

Mayın 19-da Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinİlham Əliyev arasında telefon danışığı olub.

Bu barədə məlumat Kremlin rəsmi saytında dərc edilib.

Məlumatda bildirilir ki, söhbət zamanı Dağlıq Qarabağda və onun ətrafındakı vəziyyət müzakirə olunub.

Müzakirədə əsas diqqət 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam uyğun olaraq regionda təhlükəsizlik və sabitliyin təminatı üçün praktik məsələlərə yönəldilib.

Xəbər deyilir ki, söhbət zamanı son günlərdə Azərbaycan və Ermənistan sərhədində baş verən insidentə də toxunulub.

Müzakirə zamanı belə bir ümumi fikir ifadə olunub ki, bu məsələ müstəsna olaraq siyasi-diplomatik vasitələrlə həll olunmalıdır.

Rusiya tərəfi habelə bildirib ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesinə başlanması məqsədilə özünün vasitəçilik səylərini və məsləhət dəstəyini davam etdirəcək.

İlham Əliyev və Vladimir Putin ikitərəfli münasibətlərin gündəlikdə olan başqa aspektlərini də müzakirə ediblər.

Azərbaycan tərəfi Rusiyaya koronavirusa qarşı vaksinin göndərilməsi üçün təşəkkürünü bildirib.

İki prezident ölkələri arasında əməkdaşlığın bütün sahələr üzrə inkişaf etdirilməsinə tərəfdar olduqlarını bildirib.

Moskva sərhəd məsələsində vasitəçilik təklif edir

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskvanın Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsində vasitəçiliyə hazır olduğunu bildirib. O bunu mayın 19-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin Düşənbədə keçirilən toplantısında deyib:

“Tərəflərlə əldə edilmiş ilkin razılaşmaya əsasən Rusiya Federasiyası sərhədlərin müəyyən edilməsinə yardım təklif edib. Bu məqsədlə Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılmasını təklif etmişik ki, Rusiya burda məsləhətçi və ya vasitəçi kimi iştirak edə bilər”.

Azərbaycanla Ermənistanın sərhədində xəritə mübahisəsi - hər iki ölkədə ekspertlərin izahı
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

Dünəndən müzakirələr başlayıb

Lavrov həmçinin qeyd edib ki, təşkilata daxil olan ölkələrin xarici işlər nazirləri mayın 18-dən Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətin müzakirəsinə başlayıblar.

KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Yerevan Azərbaycan hərbçilərinin mayın 12-də azı 3 istiqamətdə bir neçə kilometrlik Ermənistan ərazisinə daxil olduqlarını və orda möhkəmləndiklərini iddia edir.

Ermənistan yaranmış vəziyyətə görə KTMT-dən və Rusiya prezidenti Vladimir Putindən yardım istəyib.

Rəsmi Bakı isə deyir ki, Azərbaycan ordusu 2020-ci il noyabrın 10-da imzalanmış atəşkəs razılaşmasından sonra sadəcə sərhəd bölgəsindəki mövqelərini bərpa edir.

Hazırda Azərbaycanın işğaldan azad etdiyi Laçın rayonu ilə Ermənistan sərhədində yerləşən Qaragöl ərazisində tərəflər arasında mübahisə yaranıb. Azərbaycan hərbçiləri irəliləyərək gölün Azərbaycana aid hissəsində mövqe tutublar. Ermənistan tərəfi həmin ərazini özününkü hesab edir.

Azərbaycanlı alim Ermənistanla xəritə mübahisəsinə aydınlıq gətirir
Gözlə

No media source currently available

0:00 0:05:39 0:00

30 faizi Azərbaycanın ərazisindədir

Keçmiş Sovet İttifaqı dövründə – 1963-cü ilin xəritəsinə əsasən gölün 30 faizi Azərbaycana, qalan hissəsi isə Ermənistan tərəfə düşür.

Azərbaycan tərəfi deyir ki, sərhədlərin təyin edilməsində həmin xəritə əsas götürülməlidir.

Hazırda Azərbaycan və Ermənistanın nümayəndə heyətləri Rusiya sülhməramlılarının vasitəçiliyi ilə bu məsələni müzakirə edirlər. Bundan əvvəl aparılmış danışıqlarda elə bir konkret nəticə əldə olunmayıb.

Daha öncə Ermənistanın Sünik bölgəsi ilə sərhəddə də eyni problem yaranmışdı. Ermənistanın bu bölgəsi Azərbaycanın Qubadlı və Zəngilan rayonları ilə həmsərhəddir.

Artıq Süniklə sərhəddə Azərbaycan ordusunun hərbi məntəqələri qurulub və bəzi yerlərdə bu mövqelərlə erməni kəndlərini bir neçə metrlik yol ayırır.

Bəzi yerlərdə isə Ermənistanın Görus və Qafan şəhərlərini birləşdirən magistral yolun bir hissəsi Azərbaycan ərazilərindən keçir. Ermənistan tərəfi problemi həll etmək üçün Azərbaycan ərazilərindən yan keçən alternativ yol çəkir.

Hazırda yolun problemli nöqtələrində təhlükəsizliyi Rusiya sərhədçiləri təmin edir.

Azərbaycan 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibədən sonra Şuşa şəhəri və Hadrud qəsəbəsi də daxil olmaqla 30 ilə yaxın Ermənistanın işğalında olan bütün ərazilərini geri qaytardı.
Həmin il noyabrın 10-da imzalanmış 3 tərəfli atəşkəs razılaşmasından sonra Qarabağda erməni icmasının yaşadığı Azərbaycan əraziləri ilə Azərbaycan ordusu arasında isə Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib.

XS
SM
MD
LG