Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:37

'Digərləri bu ölkənin vətəndaşları deyilmi?'


"Gəlib çıxmadılar... Sonra da qızdırma içində öldü"
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

"Gəlib çıxmadılar... Sonra da qızdırma içində öldü"

Zaman-zaman mediada koronavirus infeksiyasına yoluxmuş bəzi tanınmış şəxslərin müalicəsini ölkə rəhbərliyinin öz nəzarəti altına götürdüyü bildirilir. Bu prosesin fonunda isə digər vətəndaşların bəzilərinin koronavirusdan müalicəyə çoxlu vəsait xərclədikləri, bir qisminin isə maddi çətinlik üzündən çıxılmaz duruma düşdükləri barədə sosial şəbəkələrdə yazılara tez-tez rast gəlmək olur.

Pandemiyanın pik vaxtlarında vətəndaşlar dərman qıtlığından, yüksək qiymətlərdən və hətta koronavirusla mübarizə aparan bəzi xəstəxanalara xəstələrin yerləşdirilməsi üçün pul tələb olunduğundan şikayət edirdi.

M.Hüseynov
M.Hüseynov

"Demokratiyanı Öyrənmə" İctimai Birliyinin rəhbəri Mirəli Hüseynov da AzadlıqRadiosuna bildirib ki, koronavirusa yoluxmuş şəxslərin yaxınları doğmalarını sağaltmaq üçün saysız-hesabsız borclara girməli olur.

"Mafiyanın təsiri altında olan..."

O, son bir ayda koronavirusdan atasını və bacısını itirdiyini deyir: "İnsanlar qırılır, dəridən-qabıqdan çıxır, sağ qalmaq üçün olub-qalanını mafiyanın təsiri altında olan tibbi xidmətə yem edir. Puldan da söhbət getmir, heç olmasa, nəticəsi olmuş olaydı. Olmur, can da gedir, cib də gedir, az qala bütün nəsil borca-xərcə düşür, amma nəticə yox. Son bir ayda atamla bərabər bacımı da koronadan itirdim".

"Yalnız bir bacıma 30 min manat xərc çəksək də..."

M.Hüseynov sonra da deyib: "İki bacım düz bir aydır reanimasiyada ölüm-qalım mübarizəsi aparırlar. Yalnız bir bacıma 30 min manata yaxın xərc çəksək də, həyatda qalmasına ümid çox azdır. 30 min manat deyəndə, bu, yalnız dərman xərcləridir. Son beş günə biz bacıma 15 min manatlıq iynə vurdurduq. Ondan başqa da gündə digər müxtəlif məsələlərə 300-500 manat pulumuz çıxır".

COVID-19 testi - nə qiyməti, nə də nəticəsi vətəndaşı razı salır....
Gözlə

No media source currently available

0:00 0:05:42 0:00

O qeyd edib ki, bacısının xəstəliyinin ilk günlərində onun modul tipli xəstəxanaların birinə yerləşdirilməsi üçün 3-4 min manat lazım olduğunu bildiriblər: "Bu səbəbdən də biz onu münasib bildiyimiz özəl tibbi xəstəxanaya yerləşdirməli olduq. Nəticə isə göz qabağında".

O, xəstəxananın adını çəkmir.

"Azərbaycan səhiyyəsinə etibar etmirsiz?"

M.Hüseynov daha sonra bir sira suallar səsləndirib: "Nədən? Azərbaycan səhiyyəsinə etibar etmədiyinizdən bəzilərini himayənizə alırsınız? Digərləri bu ölkənin vətəndaşları deyilmi? Mən yaltaqlığı sevmirəm və bacarmıram. Amma bu ölkənin vətəndaşıyam, vətənini hər şeydən artıq sevən sadə bir vətəndaşı. Həqiqətən belə səxavətlisinizsə və səmimisinizsə, onu bizə də göstərin".

"...Hüquq-mühafizə orqanlarına müraciət etsinlər"

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə "Turan"a bildirilib ki, koronavirusa yoluxmuş şəxslərin müalicəsi yalnız dövlət xəstəxanalarında aparılır. Qurumdan belə xəstələrin müalicəsinin dövlət hesabına aparıldığı vurğulanıb: "Əgər xəstəxanada pasientdən və ya onun yaxınlarından pul tələb edirlərsə, hüquq-mühafizə orqanlarına müraciət etsinlər".

Koronavirus xəstələri hansı hallarda müalicəni özləri ödəməlidir?
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

Əslində bu günlər Baş Prokurorluğun da açıqlamalarına nəzər yetirilərsə, koronavirus xəstələrinin yerləşdirilməsi, müalicəsi zamanı rüşvət almaları iddiası ilə bəzi tibbi müəssisə rəhbərləri və həkimlərin məsuliyyətə cəlb edilmələri ilə bağlı məlumatlara rast gəlmək mümkündür.

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl da AzadlıqRadiosuna bildirib ki, koronavirusun müalicəsinə çoxlu vəsait tələb olunur: "Bir qrup insan koronavirusa yoluxduğu zaman ya bunu açıqlamaq istəmir, ya dövlət qurumlarına etimad göstərmir. Bəziləri isə koronavirusa yoluxduğunu inkar etməsi səbəbindən müxtəlif özəl imkanlarla müalicəni təmin etməyə çalışırlar".

"Koronavirusun müalicəsi kifayət qədər bahalıdır"

Ekspertin sözlərinə görə, bunun üçün özəl xəstəxanalardan istifadə etmirlər: "Çünki özəl xəstəxanalarda koronavirus şübhəsi olan insanların yatırması qəti qadağandır. Amma özəl həkimlər onlara evdə qulluq edir və həqiqətən də koronavirusun müalicəsi kifayət qədər bahalıdır".

Gizli koronavirus: 'İnsanlar işlərini itirəcəklərindən qorxurlar'
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

V.İsmayıl deyir ki, xəstəxanalarda müalicə dövlət hesabınadır və modul xəstəxanaya yatırılmış bir insanın ən ucuz müalicəsi 700-800 manatdır: "Amma böyük əksəriyyətdə bu, 2-3 min manat arası dəyişir, bəzi insanlarda 7-8 min manat da ola bilər. Hazırda reanimasiyalarda elə adamlar var ki, dövlət onlara 200-300 min manat xərc çəkir. Ev şəraitində müalicə alan insanların 2-3 min manatı xərcləməsi mümkündür".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 331 min 40 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 814-nün vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG