Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:59

‘Zəngəzur’ sözü dəhliz məsələsində problem yaradır?


Zəngəzur dəhlizində nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

İlham Əliyev Zəngəzur dəhlizində irəliləyiş olduğunu, Nikol Paşinyan belə dəhliz olmadığını deyir- nə baş verir?

Prezident İlham Əliyev deyir ki, Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə yaxşı nəticələr var. O bu haqda dünən, mayın 30-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O, bildirib ki, Ermənistan ilk mərhələdə bunu etirazla qarşılasa da indi 3 tərəfli müzakirələr gedir:

“İkinci Qarabağ savaşından sonra biz yeni bir dəhliz üzərində çalışırıq - Zəngəzur dəhlizi. Beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur dəhlizi kimi təsbit edildi. Bu da Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək. Bildiyiniz kimi, müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdi. Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu dəhlizin qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir. Bildiyiniz kimi, indi üçtərəfli çərçivədə müzakirələr aparılır. Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var”.

İlham Əliyev bildirib ki, işğaldan azad edilmiş torpaqlarda, Horadizdən Ermənistan sərhədinə qədər ərazidə başlanan dəmir yolu çəkilişləri, təxminən iki ilə yekunlaşacaq. O əlavə edib ki, Naxçıvan dəmir yolunun böyük hissəsi fəaliyyətdədir və çatışmayan hissə də inşa ediləcək:

“Ermənistan ərazisində Zəngəzur dəhlizinin önəmli hissəsi inşa edilməlidir. Beləliklə, yeni bir dəhliz açılacaq və Türkiyə-Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaqdır”.

Bakı ilə Yerevandan ziddiyyətli bəyanat: Zəngəzur dəhlizində nə yenilik var?
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

Mübahisə “dəhlizin” adına görədir?

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, Ermənistan rəsmiləri İlham Əliyevin dedikləri ilə bağlı hər hansı açıqlama verməyiblər.

Amma mayın 29-da Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ ümumiyyətlə müzakirə olunmur, olunmayıb və olunmayacaq da. Nikol Paşinyan AzadlıqRadiosunun Erməni xidmətinə bildirib ki, nə 10 noyabr, nə də 11 yanvar bəyanatlarında Zəngəzur dəhlizinin adı keçmir.

Azərbaycan, Ermənistan və Rusiyanın dövlət başçıları adından imzalanan bəyanatın 9-cü bəndində bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulur:

“Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

Prezident İlham Əliyev bir neçə ay öncə bildirmişdi ki, Naxçıvana dəhliz sovet döründən olan dəmir yolu xətləri bərpa edilməklə və ya yeni bir yol çəkməklə salına bilər. Həmin ərazilər Azərbaycanda Zəngəzur kimi tanınan Ermənistanın Syunik vilayətinin ərazisinə düşür.

Paşinyanın sərhədlə bağlı təklifini Azərbaycan və ABŞ-da ekspertləri dəyərləndirir
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

Paşinyan hansı şərtlərdən danışır?

Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan dünən mayın 30-da öz tərəfdarları ilə görüşündə bildirb ki, sovet dövründə fəalliyyət göstərən dəmir yolu xətlərinin bərpası nəzərdə tutulur. Amma o bildirib ki, bunun üçün həm Azərbaycan, həm də Ermənistan Beynəlxalq Nəqliyyat və Yükdaşımaları Təşkilatı qarşısında bir-birinə qarşı qoyduqları şərtləri geri çəkməlidilər:

“11 yanvar birgə bəyanatında bərpa prosesinin gedişatı qeyd olunub. İşlər Beynəlxalq Nəqliyyat və Yükdaşıma qaydalarına uyğun olmalıdır. Amma burada bir məsələ var. Azərbaycan və Ermənistan bu təşkilat qarşısında kommunikasiya əlaqələri ilə bağlı qoyduqları şərtləri geri çəkməlidirlər ki, yükdaşımalar beynəlxalq qanunlara uyğun aparılsın”.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, Nikol Paşinyanın konkret olaraq, hansı təşkilat qarşısında, hansı şərtlərdən söz açdığını aydın olmur. Amma o ehtimal edir ki, söhbət Azərbaycanın beynəxalq təşkilatlar qarşısında işğal edilmiş torpaqlardan yüklərin daşınmasına qadağa qoyulması ilə bağlı şərtlərindən gedə bilər.

Qarabağda noyabrın 10-da imzalanan atəşkəsdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri Azərbaycanla Ermənistan arasında nəqliyat dəhlizlərinin açılmasına da razılaşıblar. Yanvarın 11-də imzalanmış bəyanatla isə Cənubi Qafqazda bütün nəqliyyat və kommunikasiya xətlərinin region ölkələrinin məhdudiyyətsiz istifadəsinə verilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG