Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:30

Bayden COVID-19-dan ‘müstəqilliyin’ artmasını alqışlayır


Co Bayden və ailəsi 4 iyul bayramında
Co Bayden və ailəsi 4 iyul bayramında

ABŞ-da artıq 180 milyon dozadan çox peyvənd vurulduğu bildirilir, ölkədə böyüklərin 67 faizindən çoxuna azı bir doza vurulub

ABŞ Prezidenti Co Bayden deyir ki, koronavirus daha amerikalıların həyatına nəzarət etmir, amma “fəth də olunmayıb”. O, amerikalıları COVID-19-a qarşı peyvənd olunmaqla vətənpərvərlik göstərməyə çağırıb.

“Bu gün biz ölümcül virusdan müstəqilliyimizi elan etməyə həmişəkindən daha yaxınıq”, – Bayden deyib. O, iyulun 4-də Ağ evdə Müstəqillik Günü tədbirlərinə dəvət olunmuş minədək səhiyyə və pandemiya ilə əlaqədar digər ön xətdə çalışmış işçiləri alqışlayıb.

“Biz bu virusa qarşı üstün mövqe əldə etmişik. Amma COVID-19 hələ fəth olunmayıb. Hamımız bilirik ki, delta ştammı kimi güclü variantlar peyda olub”, – o deyib.

180 milyon dozadan çox peyvənd

Prezident fürsətdən istifadə edərək amerikalıları peyvənd olunmağa çağırıb, bunun “edə biləcəyiniz ən vətənpərvər iş” adlandırıb.

ABŞ-da artıq 180 milyon dozadan çox peyvənd vurulduğu bildirilir, ölkədə böyüklərin 67 faizindən çoxuna azı bir doza vurulub. Bayden isə iyulun 4-dək əhalinin 70 faizinə peyvənd vurmağı hədəf qoymuşdu.

O, bir il öncə pandemiya qadağaları səbəbindən dolayı 4 iyul şənliklərinin çoxunun təxirə salındığını da qeyd edib.

İndi isə nənə-babalar nəvələri ilə qucaqlaşır, bizneslər yenidən işçi cəlb edir, iqtisadi artım qayıdır.

Ancaq normal həyata qayıdışla yanaşı amerikalılar daima COVID-19-dan dünyasını dəyişmiş 600 mindən çox insanı da “daim xatırlamalıdır”. Bunu deyən Bayden amerikalıları fikir ayrılıqlarını kənara qoyaraq pandemiyaya qarşı böyük addımları davam etdirməyə çağırıb.

Digər ölkələr

Dünyanın bir çox ölkələri isə koronavirusa yoluxmaları azaltmağa çalışırlar.

İyulun 4-də Rusiyada 25 mindən çox gündəlik yoluxma qeydə alınıb. Bu, yanvardan bəri ən böyük yoluxma sayıdır, iyunun əvvəlindəki gündəlik göstəricidən 2.5 dəfə çoxdur. Yoluxmaların yarıya qədəri Moskva, Sankt Peterburq və Moskvaətrafı regionun payına düşür.

İyulun 4-də açıqlanmış gündəlik ölü sayı isə 663-dür, bir gün öncə 697 ölüm aşkarlanmışdı.

İndoneziyada iyulun 4-də ümumi yoluxma sayı 2.2 milyonu keçib.

İyulun 5-dən xaricdən gələnlərə qarşı daha sərt yoxlama tətbiq olunacaq. Yoluxmaların ikinci dalğası ölkə səhiyyəsinə təzyiqi artırıb. Yava və Bali adalarında iyulun 20-dək qismən lokdaun elan olunub.

XS
SM
MD
LG