Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:42

Azərbaycanı Tokioda təmsil edən idmançıların az qala yarısı legionerdir


Azərbaycanın Olimpiya komandası Tokioda
Azərbaycanın Olimpiya komandası Tokioda

Dünyanın ən böyük idman yarışına 206 ölkəni təmsil edən 11 mindən çox idmançı qatılıb

Yaponiyanın paytaxtı Tokioda keçirilən 32-ci Yay Olimpiya Oyunları davam edir. İyulun 23-də başlanan oyunlar avqustun 8-də başa çatacaq.

Dünyanın ən böyük idman yarışına 206 ölkəni təmsil edən 11 mindən çox idmançı qatılıb. Onlar 339 olimpiya medalı uğrunda yarışacaqlar.

Budəfəki oyunların proqramına toplam 33 idman növü daxildir. Beysbol/softbol, karate, skeytbordinq, qayayadırmanma və sörfinq ilk dəfə olimpiya proqramına salınıb.

32-ci Yay Olimpiya Oyunlarında ən çox - 613 idmançısı qatılan ölkə ABŞ-dır. Yaponiya 2-ci ən çox vəsiqəyə sahib ölkə (552 nəfər) və ev sahibidir. Tokioya ən çox idmançı göndərən üçüncü ölkə Avstraliyadır.

Avstraliyalı idmançılar olimpiya oyunlarına 478 vəsiqə qazanmağı bacarıb. Almaniya (425 nəfər), Çin (406 nəfər), Fransa (398 nəfər), Böyük Britaniya (376 nəfər), İtaliya (372 nəfər), Kanada (370 nəfər) və Rusiya da (328 nəfər) olimpiya oyunlarında ən çox idmançı ilə təmsil olunan ölkələr arasındadır.

Fövqəladə rejimdə və azarkeşsiz keçirilən yarışlar

Normalda hər dörd ildən bir keçirilən idman tədbiri koronavirus pandemiyası ucbatından ötən il ertələnmişdi. Elə bu il də yarışların baş tutması son anadək suallı idi. Çox düşünüb-daşınılandan sonra oyunların tarixdə ilk dəfə azarkeşsiz keçirilməsi qərara alındı.

Bu qərar ölkənin oyunları keçirməyə xərclədiyi vəsaitə də təsirsiz ötüşməyəcək. Son hesablamalara görə, olimpiya oyunları Yaponiyaya təxminən 26 milyard avroya başa gəlib. Halbuki, təşkilat komitəsi başlanğıcda bu rəqəmin 13-15 milyard avro səviyyəsində olacağını ehtimal edirdi. Bu baxımdan, Tokiodakı yarış tarixin ən bahalı idman yarışı sayıla bilər. Daha öncəki olimpiya oyunlarında yarışların keçirildiyi iki həftə boyunca Braziliyanın Rio-De-Jeneyra şəhərini 400 mindən çox xarici turist ziyarət etmişdi.

Ev sahibi ölkə vətəndaşlarının bir bölümü yoluxma sayının artmasına şərait yaradacağı səbəbindən oyunların keçirilməsinə etirazını dilə gətirirdi.

Son dövrlərdə ölkədə virusa yoluxanların sayca artması hökumətin oyunlaröncəsi yeni qadağalarına səbəb oldu. Hətta oyunlar keçirilən günlərdə də Tokioda fövqəladə vəziyyət rejimi qüvvədədir. Elə yarışa qatılan iştirakçılar arasında da yoluxna hallarıana rast gəlinir. İndiyədək təxminən 200 nəfər iştirakçının test nəticələri pozitiv çıxıb.

Azərbaycanla bağlı durum necədir?

Azərbaycan komandası Tokioda keçirilən yarışlarda 44 idmançı ilə təmsil olunur. Bu göstərici 2004-cü ildə Afinada keçirilən yarışlardan bəri ən aşağı nəticədir. Eyni zamanda Tokio Olimpiyadası ilk yarışdır ki, Azərbaycanı təmsil edən idmançıların ayı birəvvəlki olimpiya oyunlarıyla müqayisədə azalıb.

Cədvəl: 1992-2021-ci illərdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının əldə etdiyi vəsiqə

İl

İdmançı sayı

1992 (MDB tərkibində)

5

1996

23

2000

31

2004

36

2008

44

2012

53

2016

56

2021

44

Azərbaycanı yarışlarda təmsil edən 44 idmançı toplam 14 idman növü üzrə vəsiqə qazanıb.

Azərbaycan idmançıları ən çox cüdo yarışlarında vəsiqə alıb. Tokioda 9 Azərbaycan cüdoçusu mübarizə aparacaq.

Cədvəl: İdman növləri üzrə Azərbaycan idmançılarının Tokio Yay Olimpiya Oyunlarına əldə etdiyi vəsiqə sayı

İdman növü

Vəsiqə sayı

Cüdo

9

Güləş

7

Bədii Gimnastika

6

Boks

5

Karate

3

Taekvando

2

Üzgüçülük

2

Atıcılıq

2

Atletika

2

İdman Gimnastikası

2

Badminton

1

Qilıncoynatma

1

Triatlon

1

Şosse Velosipedi

1

Azərbaycanı təmsil edən 44 idmançının 28 nəfəri kişi, 16 nəfəri qadındır. 2004-cü ildə doğulan bədii gimnastlar Ləman ƏlimuradovaNərminə Səmədova, eləcə də üzgüçü Məryəm Şeyxəlizadəxangah komandanın ən gənc üzvləridir. Komandanın ən təcrübəli üzvü isə 1979-cu ildə doğulan atıcı Emin Cəfərovdur.

Olimpiya oyunlarına qatılan Azərbaycan komandasının bir özəlliyi ayrıca diqqət çəkir: komandanın tərkibində çox sayda milliləşdirilmiş idmançı var. Olimpiya oyunlarına vəsiqə qazanan 44 idmançıdan 20-ə yaxını sonradan Azərbaycan vətəndaşlığına keçən legioner idmançılardır.

Yarışların ilk iki günü arxada qalıb. İlk yarış günündə Azərbaycanın 10 idmançısı yarışlara qoşulsa da, nəticələr uğurlu alınmayıb. Doqquz nəfər elə ilk yarış günündə mübarizəni dayandırmalı olub.

Olimpiya oyunlarının ikinci günü daha dörd Azərbaycan idmançısı yarışlara qoşulub. Onların da ikisi həmin gün mübarizəni dayandırıb. Beləliklə, indiyədək Azərbaycanın yarışlara qoşulan 14 idmançısından 3-ü mübarizəni davam etdirir.

XS
SM
MD
LG