Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:48

Türkiyənin Əfqanıstan siyasəti bundan sonra necə olacaq? 


Pakistan-Türkiyə prezidenti Recep Tayyip Erdogan, 14 fevral , 2020
Pakistan-Türkiyə prezidenti Recep Tayyip Erdogan, 14 fevral , 2020

Türkiyə prezidenti Recep Teyyub Erdoğan avqustun 18-də Taliban liderləriylə görüşə biləcəyini, onlarla işbirliyinə hazır olduğunu deyib. 

Al Jazeera telekanalı hələ iki ay qabaq, Taliban hələ Əfqanıstanda hakimiyyəti ələ almamış yazırdı ki, İslam dünyasında lider olmaq iddiasında olan Türkiyə Amerika Əfqanıstanı tərk edəndən sonra orada ən nüfuzlu qüvvəyə çevrilə bilər,

İstanbul EDAM- İqtisadi və Xarici Siyasət Araşdırmaları Mərkəzinin analitiki Oğul Tuna deyir ki, indi Türkiyənin hətta Talibanı tanıyacağını gözləyir.

Onun sözlərinə görə, əlbəttə ki, NATO ölkələri Talibanı tanımazsa, bu addımı atmaq Türkiyə üçün təhlükəli ola bilər, amma Çin və Rusiyanın Talibanla əlaqələri Türkiyənin əlini gücləndirir.

O əlavə edir ki, bu günlərdə Talibanın sözçüsü Suheyl Şahinin Türkiyədə hakimiyyətə yaxın A kanala müsahibə verməsi də təsadüfi deyil:

"Taliban özü də dedi ki, Türkiyədən gələn maddi yardımı da qəbul etməyə hazırıq".

Oğul Tuna deyir ki, Türkiyənin iqtisadiyyatı inşaat şirkətlərindən çox faydalanır, Suriya, Qarabağ, Ukrayna kimi Əfqanıstan da Türkiyə şirkətləri üçün bazar ola bilir. Bundan başqa Türkiyə üçün bölgədə nüfuz həm də geopolitik məsələdir, bundan başqa Əfqanıstandan gələn qaçqın məsələsini də nizamlamaq Ərdoğan üçün vacibdir.

Türkiyə prezidenti Recep Teyyub Erdoğan avqustun 18-də Taliban liderləriylə görüşə biləcəyini, onlarla işbirliyinə hazır olduğunu deyib.

Türkiyə prezidenti Racep Tayyip Erdogan
Türkiyə prezidenti Racep Tayyip Erdogan

Sosial mediada Ərdoğanın fikirləri tənqid ediləndən sonra bu gün - avqustun 19-da xarici işlər naziri Çavuşoğlu məsələyə aydınlıq gətirib, deyib ki, Əfqanıstanda yeni hökumətin qurulacağını gözləyirlər, yalnız bundan sonra Talibanla əməkdaşlıq haqda qərar verəcəklər. Çavuşoğlu deyib ki, hazırda Türkiyə ABŞ, Çin və Rusiya ilə həmfikirdir və beynəlxalq ictimaiyyətlə birlikdə hərəkət edəcək.

Ankaradakı AnkaSAM - Böhran və siyasət araşdırmaları mərkəzinin direktoru Mehmet Seyfeddin Erol bildirir ki, Türkiyə ənənəvi olaraq regiona yaxındır və Taliban da öz mesajlarında yeni bir siyasət həyata keçirəcəyini deyir, Talibana şans verilir.

Türkiyənin Əfqanıstanla yeni əlaqələrində mühüm nöqtə hər ikisinin Pakistanla yaxşı əlaqələridir. Azərbaycan da öz növbəsində həm Pakistan, həm də Türkiyə ilə dostdur.

EDAM-ın şərhçisi Oğul Tuna əlavə edir ki, Azərbaycanın Türkiyə ilə birlikdə Kabil hava limanındakı rolu artıq onun xeyrinə işləməyə başlayıb, belə ki, Azərbaycan hava limanını qoruyan azsaylı qüvvələrdən biridir və bu da onun imicini qaldırır.

Bakıda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi idarə heyətinin sədri Fərid Şəfiyev bu həftə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan, BMT-nin tanıdığı Taliban hakimiyyəti ilə əməkdaşlıq edəcək.

Avqustun 15-də, Taliban silahlıları 20 illik fasilədən sonra Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirib.

XS
SM
MD
LG