Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:33

Oleq Sentsov 'Kərgədan'dan danışır


Oleq Sentsov
Oleq Sentsov

Ukraynalı kinorejissor Oleq Sentsov 2014-cü ildə Krımda Rusiya qüvvələri tərəfindən həbs edilməsindən bəri Avropa kino ictimaiyyətinin diqqət mərkəzindədir. Sentsov Rusiyanın Krımı ilhaqına qarşı çıxdığı üçün həbs edilmişdi. Rusiya məhkəməsi "terror aktları planlaşdırmaq" ittihamı ilə ona 20 il həbs cəzası kəsmişdi.

Ssenarini həbsdə tamamlayıb

Sentsov Avropa Kino Akademiyası, "Amnesty International", Avropa Parlamenti, habelə Ken Louç, Pedro Almodovar və Aqneşka Holland kimi tanınmış kino xadimlərinin səyləri nəticəsində azad edildi. 2019-cu il sentyabrın 7-də, Sentsovun həbsindən beş il keçmiş o və 20-dək ukraynalı məhbus həbsdən azad olunub.

Sentsov dərhal "Kərgədan" (Rhino) adlı yeni layihəsi üzərində işə başlayıb. Bu, onun üçüncü bədii filmidir. Rejissorun ilk bədii filmi isə ilk nümayişi 2011-ci ildə Rotterdamda olmuş "Qamer" (Gamer) filmidir. Onun ikinci filmi olan "Nömrələr" (Numbers) isə elmi fantastika janrındadır. Filmin ssenarisi Sentsovun özünə məxsusdur. O bu ssenarini hələ həbsdə ikən ukraynalı rejissor Axtem Seytablayevlə birlikdə elektron poçt vasitəsilə tamamlayıb. Filmi Seytablayev çəkib. "Nömrələr"in premyerası ötən il Berlin Film Festivalında baş tutub.

SSRİ-nin dağılmasından sonrakı Ukrayna

Sentsovun hələ həbsindən əvvəl çəkməyi planlaşdırdığı "Kərgədan" filmi kriminal dramdır. Filmin premyerası sentyabrın 10-da Venesiya Kinofestivalının "Üfüqlər" (Horizons) bölməsində baş tutub. Filmin dünyada satış hüquqları "WestEnd Films" şirkətinə məxsusdur.

Sentsov "The Holliwood Reporter" jurnalına müsahibəsində bu filmlə nəyə nail olmaq istəməsindən, həbsdə keçirdiyi vaxtın ona həm insan, həm də sənətkar kimi necə təsir etməsindən danışıb.

"Rhino" filmindən kadr
"Rhino" filmindən kadr

1990-cı illərin əvvəllərində, SSRİ-nin dağılmasından dərhal sonra Ukraynada kriminal qruplar və qanqsterlər ölkəyə nəzarəti ələ keçirib. Sentsov bu vaxtda qədər Ukraynada həmin dövrü əks etdirən filmin çəkilmədiyini deyir. Filmdə o, bütün bunları bir insanın həyatı prizmasından göstərməyə çalışıb.

Real hadisələr

Film real hadisələr əsasında çəkilib. Burada baş verənlər həqiqətən də Sentsovun bir dostunun başına gəlib. "Mən [hekayəyə] əlavə dram qatmamışam. Bu, dəhşətli əməllər törədən real insanın hekayəsidir. Onun peşmanlıqları, etirafı və dəyişərək tamamilə fərqli həyat yaşamaq cəhdi haqqındadır", – o deyir.

Sentsov siyasətçi olmadığını, sadəcə, Rusiyanın Krımı ilhaq etməsinə qarşı çıxdığı üçün həbs edildiyini deyir: "Mən öz xalqımın yanında durdum, çünki Krımın Ukraynanın tərkibində olmasını istəyirəm. Mənim siyasi baxışım bu idi. Bu, hələ də mənim vətəndaş mövqeyimdir. …Mən hələ də müstəqil, güclü və suveren Ukraynanı dəstəkləyirəm".

Sentsov filmləri ilə öz daxili dünyasını göstərməyə, peşəkar fəaliyyəti ilə siyasi və vətəndaş həyatını bir-birindən ayrı tutmağa çalışdığını deyir. O anlayır ki, baş verənlər haqqında siyasi film çəksəydi, onu beynəlxalq səhnədə təbliğ etmək daha asan olardı: "Ancaq mənim məqsədim bu deyil. Mən sənət yaratmağa fokuslanmışam. Mənə maraqlı olan budur".

Ukraynalı rejissor Oleg Sentsovun saxlandığı həbsxana
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

İmkanlar dövrü, yoxsa...

Sentsov filmin baş qəhrəmanının düşdüyü vəziyyəti izah etmək üçün 1990-cı illərin əvvəllərinin ictimai-siyasi reallığını çatdırmağa çalışır. "Sovet İttifaqı dağılanda daha bizim dövlətimiz olmadı. Qanunun idarəçiliyi yox idi. Qısa zamanda güc və sərvət toplamaq üçün güc işlətmək çox asan idi. Bəlkə bizim demokratik sistemli normal institutlarımız olsaydı, Kərgədan kimi oğlan üçün başqa imkanlar olardı. [Məsələn,] o, polis ola bilərdi. Həyatını tamamilə başqa cür qura bilərdi. Ancaq Ukrayna və digər postsovet ölkələrində o imkanlar mövcud deyildi", – o deyir.

Sentsov deyir ki, hazırda 90-cı illəri müəyyən romantik hisslərlə xatırlamaq tendensiyası var. Sanki o zaman imkanlar dövrü idi. Ancaq onun sözlərinə görə, bu, qətiyyən belə deyildi. Onun məqsədi tamaşaçını o dövr haqqında romantikasız düşünməyə dəvət etməkdir.

Rejissor müsahibəsində Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin də bu kriminal dünyadan gəlməsinə diqqət çəkir. O bu filmlə bu tip insanların hələ də ölkənin siyasi sistemində mövcud olmasının səbəblərini göstərməyə çalışdığını deyir.

XS
SM
MD
LG