Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:50

ABŞ Türkiyədəki 'əl-Qaidə' əməliyyatçılarını qara siyahıya salıb


ABŞ Xəzinədarlığının möhürü
ABŞ Xəzinədarlığının möhürü

Həmin beş nəfər misirli və türkiyəlidirlər, Əl-Qaidənin Türkiyədəki əməliyyatlarına müxtəlif növ yardım göstəriblər

Birləşmiş Ştatlar Əl-Qaidə təşkilatının Türkiyədə yerləşən beş maliyyəçisini və səyahət üzrə işçisini sanksiya siyahısına salıb.

ABŞ Xəzinədarlığının sentyabrın 16-da bildirməsinə görə, həmin beş nəfər misirli və türkiyəlidirlər, Əl-Qaidənin Türkiyədəki əməliyyatlarına müxtəlif növ yardım göstəriblər.

Türkiyə Əl-Qaidənin Suriyadakı əməliyyatları üçün əsas mərkəz rolunu oyanır. Terrorçu qrupun Suriyanın şimal-qərbindəki Həyat Təhrir Əl-Şam üsyançı qanadı ilə əlaqələri var.

Dünyanı dəyişən 11 Sentyabr görüntüləri
Gözlə

No media source currently available

0:00 0:05:27 0:00

Sanksiyaya düşənlər

Xəzinədarlığın məlumatına görə, misirli hüquqşünas Məcdi Səlim və digər Misir vətəndaşı Məhəmməd Nəsr əl-Din əl- Qəzlani Əl-Qaidənin maliyyə kuryerləri kimi fəaliyyət göstərib.

Üç türkiyəli – Cəbrayıl Güzel, Soner Gurleyen Nurettin Müslihan isə Əl-Qaidənin Türkiyə və qonşu Suriyada fəaliyyətini asanlaşdırmaqda ittiham olunurlar.

“Bu hədəfli sanksiyalar Birləşmiş Ştatların Əl-Qaidənin maliyyə dəstəyini kəsmək öhdəliyini göstərir. Türkiyə daxil xarici tərəfdaşlarımızla birlikdə Əl-Qaidənin maliyyə dəstəyi şəbəkələrini üzə çıxararaq dağıtmağa davam edəcəyik”, – Xəzinədarlığın departament direktoru Andre Gaki deyib.

Sanksiyalara görə, həmin şəxslərin ABŞ yurisdiksiyasında istənilən aktivləri dondurulur, onlar ikinci dərəcəli sanksiyalar vasitəsilə qlobal maliyyə sistemindən çıxarılır.

XS
SM
MD
LG