Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:42

İrana keçmək istəyən əfqan: Əgər siz bizim xalqın aclıq və səfalətdən necə əziyyət çəkdiyini görsəydiniz...


İran-Əfqanıstan sərhəddi, 2 dekabr 2003
İran-Əfqanıstan sərhəddi, 2 dekabr 2003

Taliban hakimiyyəti ələ keçirəndən sonra İran sərhədini keçmək istəyən əfqanların sayı xeyli artıb. AFP-nin yazdığına görə, bunu bir rəsmi şəxs deyib.

Məlumata görə, Taliban avqustun 15 -də hakimiyyətə gəlməzdən əvvəl, İranın cənub - qərbindəki Nimroz əyalətindəki Zaranj sərhəd məntəqəsindən hər ay təxminən 1000-2000 adam keçirmiş.

Nimroz əyalətinin sərhəd komandanı Məhəmməd Haşim Hanzalehin AFP -yə dediyinə görə, o vaxtdan bu yana İran sərhəddini keçmək istəyənlərin sayı hər gün 3-4 min arasında artıb.

Bu artımın əsas səbəblərindən birinin Əfqanıstandakı iqtisadi və humanitar böhranla bağlı olduğu bildirilir. Beləki BMT Əfqanıstan əhalisinin üçdə birinin aclıq təhlükəsi ilə üzləşdiyi ilə bağlı xəbərdarlıq edib.

Ancaq Hanzaleh sərhəddi keçmək istəyən çox az adamın müvafiq sənədləri olduğunu deyir. Onun sözlərinə görə, tacirlərin, yaşayış vizası olanların və müalicə almaq üçün vizası olanların qarşısının alınmır. Sərhəd komandanının deyinə görə, hər gün təxminən 500-600 əfqana İran sərhəddini keçməyə icazə verilir.

Hanzaleh həmçinin vurğulayıb ki, sənədləri olmayanların sərhəddi keçmək cəhddi onlara ağır başa gələ bilir.

Dəsmalla qolunu sarımış Hayatullah adlı əfqan sarğının üzərinə qanı çıxmış yaralı qolunu göstərərək iranlı əsgərlərin pullarını aldığını iddia edir.

Qolunun da həmin vaxt yaralandığını bildirir. Məhəmməd Nasim adlı başqa bir əfqan sərhəddi keçmək cəhdinin üç dəfə əngəlləndiyini deyir. Onun dediyinə görə, iki gün əvvəl, gecə sərhəddi keçmək istəyən iki dostu sərhədçilər tərəfindən güllələnərək öldürülüb. Bu növbəti gün gecə onun sərhəddi keçmək cəhdinin qarşısını almayıb. O sərhədçilər tərəfindən tutulandan sonra "sənədsiz sərhəddi niyə keçməyə cəhd etmisən" sualına:

"Əgər siz bizim xalqın yoxsulluq, aclıq və səfalətdən necə əziyyət çəkdiyini görsəydiniz, siz də sərhəddin o biri tərəfinə keçərdiniz. Bizim başqa bir həll yolumuz yoxdur." " deyə cavab verdiyini söyləyib.

Taliban silahlıları 20 illik fasilədən sonra 2021-ci il avqustun 15-də Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirib.

XS
SM
MD
LG