Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:03

Koronavirusa qarşı ilk həbb dərmanı təsdiqini gözləyir


Molnupiravir adlı dərman yüngül və orta simptomlu xəstələrlə aparılmış sınaqlarda hospitalizasiya və ya xəstəxanaya düşmə riskini 50 faiz azaltma qabiliyyəti nümayiş etdirib

Merck & Co Inc şirkəti oktyabrın 11-də onun istehsalı olan antikoronavirus həblərindən təcili istifadəyə icazə verilməsi üçün ABŞ hakimiyyət orqanlarına müraciət edib.

Bu həblərin COVID-19 xəstəliyini yüngül və orta ağırlıqlı simptomlarla keçirən pasientlərə verilməsi nəzərdə tutulub.

Əgər şirkət istədiyi icazəni alarsa, avtomatik olaraq COVID-19-a qarşı ilk həbbin istehsalçısı sayılacaq.

Reuters agentliyi yazır ki, ABŞ Qida və Dərman Administrasiyasının icazəsi xəstəliyin klinik müalicəsini əhəmiyyətli dərəcədə asanlaşdırardı, çünki bu həbləri ev şəraitində də qəbul etmək mümkün olacaq.

Molnupiravir adlı dərman yüngül və orta simptomlu xəstələrlə aparılmış sınaqlarda hospitalizasiya və ya xəstəxanaya düşmə riskini 50 faiz azaltma qabiliyyəti nümayiş etdirib.

Bahalı dərman

Bu da xəbər verilir ki, Ridgeback Biotherapeutics şirkəti ilə birlikdə istehsal olunan dərman preparatı bazarda COVID-19-a qarşı vaksin səhmlərini ciddi təsirləndirib.

Malayziya, Cənubi Koreya və Sinqapur da daxil bir sıra ölkələr Merck şirkəti ilə təchizat kontraktları imzalamağa tələsirlər.

Merck artıq ABŞ hökuməti ilə bir kursu 700 dollardan 1.7 milyon kurs üçün təchizat müqaviləsi imzalayıb. Şirkət bu ilin sonunadək 10 milyon kurs həbb istehsal etməyi planlaşdırır.

Şirkət habelə bu dərmanın istehsalı üçün Hindistanın əczaçılıq zavodlarına lisenziyalar vermək niyyətindədir.

Ümumilikdə isə dərmanla 100-dən çox aşağı və orta gəlirli ölkəni təchiz etmək planlaşdırılıb.

Gilead Sciences Inc şirkətinin hazırda istifadədə olan antivirus remdesvir preparatı yalnız xəstəxanaya gətirilən pasientlərə bir dəfə iynə ilə vurulur.

Başqa şirkətlərin də iynə ilə vurulan preparatlarından hələki məhdud istifadə olunur.

XS
SM
MD
LG