Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:44

Çexiyada rekord yoluxma, Rusiyada rekord ölüm


Praqada koronavirus qadağalarına etiraz aksiyası, arxiv fotosu
Praqada koronavirus qadağalarına etiraz aksiyası, arxiv fotosu

Soyuq hava virusun yayılmasını sürətləndirir

Çex Respublikası noyabrın 16-da koronavirusa 22 min 479 yoluxma aşkarlandığını bildirib. Bu, pandemiya başlanandan 10.7 milyon əhalisi olan ölkə üçün ən yüksək gündəlik yoluxma sayıdır.

Bu gün – noyabrın 17-də açıqlanmış rəqəmlərdə bir həftə öncəylə müqayisədə 54 faizlik artım var.

Hazırda Avropanın bir sıra ölkələrində, o cümlədən Çex Respublikasının qonşuları Avstriya, Almaniya və Slovakiyada COVID-19-a yoluxmalar artır. Soyuq hava virusun yayılmasını sürətləndirir.

Çex Respublikası vaksinasiyaya görə digər ölkələrdən geri qalır. Əhalinin 57.6 faizinin tam peyvəndləndiyi bildirilir. AB üzrə orta göstərici isə 69 faizə yaxındır.

Ölkədə son yoluxma dalğasına qarşı əvvəlkilərlə müqayisədə daha yüngül qadağalar tətbiq olunur. Hökumət sərtləşdirməyə getmir, məktəblər qapadılmır, lokdaun elan olunmur.

Restoranlara, barlara girişdə mənfi COVID-19 testləri, yaxud vaksinasiya sertifikatı tələb edilir.

Noyabrın 16-da ölkə xəstəxanalarında 4 min 425 koronavirus xəstəsinin olduğu bildirilir. Bu, martdakı rekord göstəricinin yarısından azdır.

Rusiya

Rusiyada koronavirusla bağlı ölümlərin sayı yeni rekord həddinə yüksəlib.

Rusiyanın milli koronavirus işçi qüvvəsi noyabrın 18-də daha 1251 nəfərin COVID-19-dan öldüyünü bildirib.

Rusiyada bir gündə koronavirusa 37 min yeni yoluxma qeydə alınıb.

İşçi qüvvəsi pandemiyanın əvvəlindən bəri Rusiyada 260 min nəfərin koronavirusdan öldüyünü açıqlayıb.

Bu, bütün Avropada ən yüksək rəqəmdir.

Ekspertlər Rusiyada COVID-dən ölüm hallarının yüksəkliyini ölkədə vaksinasiyanın zəif aparılması ilə izah edirlər.

Rusiyanın 146 milyonluq əhalisinin 40 faizi tam peyvənd olunub, halbuki Moskva ilk vaksini dünyada hamıdan əvvəl təsdiq etmişdi.

XS
SM
MD
LG