Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:26

Türkiyənin BƏƏ ilə yaxınlaşmasının pərdəarxası – Qərb mediası


İstanbul, 24 noyabr, 2021-ci il
İstanbul, 24 noyabr, 2021-ci il

Əbu Dabi ilə münasibətlərini canlandırmaq, neftlə zəngin BƏƏ-dən sərmayə cəlb etmək Ərdoğana hava-su kimi vacibdir

Avropa Birliyi (AB) ilə hüququn aliliyi üzrə açıq dialoqdan yayınmağa çalışan Türkiyə blokla əməkdaşlıq sahələrini seçməyə çalışır. Ancaq blok aydın şəkildə bildirməlidir ki, Ankaranın ölkəiçi siyasi rahatlığından ötrü AB-Türkiyə münasibətlərini hissələrə parçalamaq qəbuledilməzidir. Bunu Karnegi fondunun saytında təhlilçi Mark Pierini yazır.

Avropa Komissiyasının bu il oktyabrın 21-də yaydığı proqres hesabatında Türkiyədə insan haqlarının təzyiq altında olması məsələsi geniş şəkildə sənədləşdirilib.

AB-yə çağırış

Müəllif Prezident Receb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Türkiyədə məhkəmədən tutmuş mediaya, vətəndaş cəmiyyəti və qadın hüquqlarına qədər bütün sahələrdə hüququn aliliyinin əməlli deqradasiyaya uğradığını yazır. Bu tənəzzül isə Türkiyənin beynəlxalq öhdəliklərinə də təsir göstərib. Məsələn, Ankara qadınlara qarşı zorakılıqla mübarizə üzrə İstanbul Konvensiyasından çıxıb.

Yazıda Türkiyənin AB ilə əməkdaşlığa can atdığı, birliyin bir sıra proqramlarına qoşulduğu qeyd edilir. Amma Ankara selektiv gündəm irəli sürür, “terrorçuluqla mübarizə”ni prioritet elan edərək AB ilə hüququn aliliyi üzrə açıq dialoq getmir.

Müəllif Ankaranın bu şərtini qəbul edən AB-nin özünün təməl dəyər və prinsiplərinə zərb vurduğunu qeyd edir. Bu səbəbdən, onun fikrincə, AB hüququn aliliyinin daxili və xarici siyasətin ayrılmaz hissəsi olduğunu sərt şəkildə bildirməlidir.

Mark Pierini AB-nin Türkiyədə həbsdə olan hüquq müdafiəçisi, xeyriyyəçi və iş adamı Osman Kavala işində prinsipial mövqe göstərməyə, Türkiyədən AİHM-in 2019-cu il dekabr qərarının icrasını tələb etməyə çağırır.

Türkiyə ilə Qərb arasında qalmaqala səbəb olan Osman Kavala kimdir ?
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

BƏƏ ilə yaxınlaşma

CNN isə noyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Vəliəhd Şahzadəsi Şeyx Məhəmməd bin Zayidin Ankaraya səfərindən söz açır. Şahzadənin gəlişindən bir neçə saat sonra BƏƏ Türkiyə iqtisadiyyatına 10 milyard dollarlıq sərmayə fondu elan edib. Bu addımın iqtisadi təsirinin ilk işartısı kimi lirə bir neçə günlük düşüşdən sonra azacıq möhkəmləndi.

BƏƏ ilə Türkiyənin rəqabəti son on ildə regionda bir sıra döyüş meydanlarında özünü büruzə verib, Yaxın Şərqdə dəyişiklik yaradıb. İndi münasibətlərdə yumşalma da oxşar transformasiyaya səbəb ola bilər, CNN qeyd edir.

Ərəb şahzadəsi Ankaraya gəldi,lirə bir az qalxdı
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Reportajda deyilir ki, Əbu Dabi ilə münasibətlərini canlandırmaq, neftlə zəngin BƏƏ-dən sərmayə cəlb etmək Ərdoğana hava-su kimi vacibdir.

“Ərdoğan iqtisadiyyat sayəsində hakimiyyətdə qalıb. Buna görə də 2023-cü il seçkisi öncəsi iqtisadiyyatın zəifləməsini o, dəqiq istəmir. Əmirliklərin isə Türkiyə iqtisadiyyatına gücləndirici doza vurmağa pulu var”, – türkiyəli təhlilçi Yusif Erim CNN-ə deyib.

Əvəzində isə Əbu Dabi Liviya kimi qaynar regional nöqtələrdə güzəşt istəyə bilər.

Lirə ucuzlaşdıqca Ərdoğanın hakim partiyasının da nüfuzu düşür
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

ABŞ faktoru

Təhlilçilərin fikrincə, bu yaxınlaşmanın kökündə dayanan daha bir faktor Amerikanın Yaxın Şərqdə öhdəliklərinə dair skeptisizmdir.

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin ötən şənbə Bəhreyndə illik təhlükəsizlik konfransında deyirdi ki, müttəfiqlərdə ABŞ-ın regiona tam diqqət ayırmaması ilə bağlı narahatlıq görür.

“Biz regionda öhdəliklərimizə sadiqik. Regionda hələ də onminlərlə əsgərimiz var”, – Ostin deyib.

Ancaq konfrans iştirakçılarından biri soruşub ki, ötən ay Suriyanın əl-Tanf şəhərində ABŞ bazasında partlayışa niyə cavab verilməyib. ABŞ rəsmisi bəzən reaksiyanın gizli göstərildiyini söyləyib.

“İndi bu ölkələrin çoxu siyasətlərinə yenidən baxır, ABŞ-ın regiona diqqətinin azalmasına hazırlaşırlar. Onlar qonşuları ilə daha fəal rol oynamalı olduqlarını anlayırlar”, – türkiyəli təhlilçi Erim deyib.

XS
SM
MD
LG