Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:51

Donbasa muxtariyyət vermək üçün Kiyevə təzyiq göstərilə bilər


Ukraynalı qadın hərbçi münaqişə zonası yaxınlığında
Ukraynalı qadın hərbçi münaqişə zonası yaxınlığında

Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba isə "Sky News"a müsahibəsində deyib ki, “Rusiya qarşılıq verərsə” güzəştə getməyə hazırdırlar

“The Associated Press” agentliyi administrasiya rəsmilərinə istinadla yazır ki, ABŞ Ukraynanın şərqinə müəyyən muxtariyyət verilməsi üçün bu ölkəyə təzyiq göstərə bilər. 2014-cü ildən bəri həmin ərazilər Rusiyanın dəstəklədiyi separatçıların nəzarətindədir. 2015-ci ildə Avropanın vasitəçiliyi ilə imzalanmış sülh sazişində Donbas üçün “xüsusi status” nəzərdə tutulsa da, saziş yerinə yetirilməyib.

Agentlik Prezident Co Baydenin Ukraynanın NATO-ya qoşulmaq arzusuna isə ehtiyatlı yanaşmalı olacağını yazır. Axı, onun rusiyalı həmkarı Vladimir Putin ABŞ və NATO-dan Ukraynanın qərb alyansına üzvlüyünün üstündən xətt çəkməsini istəyir, onlar isə tələbi rədd edirlər.

Növbəti on ildə...

Dövlət Departamentinin aparıcı rəsmiləri Ukraynaya bildiriblər ki, növbəti on ildə NATO-ya üzvlüyün təsdiqlənəcəyi gözlənilmir. Bunu agentliyə özəl danışıqlardan agah bir nəfər deyib.

Ukraynadan şərq “əraziləri üzrə irəliyə addım atmaq” istənilə bilər, ABŞ-ın bu ölkədəki keçmiş səfiri Stiven Payfer belə düşünür. Məsələn, bir addım Donbasa səhiyyə, polis və məktəblərini idarə etmək icazəsinin verilməsi ola bilər.

“Ancaq Vaşinqtonun ukraynalılara öz suverenliyinə, hökumətinə zərbə vuracaq addımlar atmaq üçün təzyiq göstərəcəyini düşünmürəm”, – Payfer söyləyib.

Ukrayna “xüsusi status”un müəyyənləşdirilməsi üzrə danışıqlar aparmağa hazırdır. Bunu isə Ukrayna və Birləşmiş Ştatlar arasında gizli danışıqlardan xəbərdar şəxs deyib.

ABŞ:Ukraynaya hərbi müdaxilə Rusiyaya baha başa gələcək
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

Veto hüququndan başqa...

Ancaq Ukrayna bu regiona dövlət siyasətinə veto qoymaq hüququ verməyəcək, həmin şəxs söyləyib.

Agentlik yazır ki, Putinlə dekabrın 7-də iki saatlıq onlayn görüş zamanı Bayden danışıqlarda avropalılarla yanaşı iştirak təklif edib. Bu gün – dekabrın 9-da isə Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışmalıdır.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 mindən çox insan həlak olub.

Rusiyanın Ukrayna ilə sərhədə qoşun cəmləməsi isə Qərbin Ukraynaya mümkün hücumla bağlı əndişəsini artırıb. Putin belə bir niyyətinin olmadığını deyir, NATO-nu keçmiş sovet respublikalarında möhkəmlənərək Rusiyanı təhdid etməkdə suçlayır.

Rusiya “qarşılıq verərsə”

Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba isə "Sky News"a müsahibəsində deyib ki, “Rusiya qarşılıq verərsə” güzəştə getməyə hazırdırlar.

“Bizim yanaşmamış konstruktivdir. Rusiya tərədən qarşılıqlı addım atılarsa, güzəştə getməyə hazırıq. Ancaq Ukrayna dövlətinin inkişafı, məsələn, Avropaya və Avroatlantik inteqrasiyası üçün fundamental əhəmiyyət daşıyan məsələlərdə güzəştə getməyəcəyik”, – o deyib.

Kuleba deyir ki, Rusiyanın Ukraynadan xarici siyasətindən əl çəkməyi, Avropaya, NATO-ya inteqrasiyanın Rusiya ilə koordinasiyasını tələb etməyi qanunsuzdur. Tələblər məntiqli və legitim olmalıdır.

Kuleba onu da qeyd edib ki, Putin işğal qərarı verərsə, “xeyli rus əsgəri öldürüləcək”. O, Kremlin qarşısının alınmasından ötrü Birləşmiş Ştatlar və Böyük Britaniya kimi müttəfiqlərlə işlədiyini qeyd edib. Eyni zamanda Ukrayna ordusunun ölkəni qorumağa hazır olduğunu vurğulayıb.

Nazirin sözlərinə görə, tərəfdaşlarla birlikdə belə bir addımın bədəlini Putin üçün dözülməz etməlidirlər. “Onlar (müttəfiqlər) iqtisadi zərbə vurarlar. Biz də yerdə döyüşərik. Bunu deməyə üzgünəm, amma xeyli sayda rus əsgəri öldürüləcək. Ümid edirəm, Prezident Putin bunun baş verməsini istəməz”, – Kuleba söyləyib.

XS
SM
MD
LG