Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:02

Putin Qərbdən 'dərhal' təhlükəsizlik təminatı istəyir


Vladimir Putin
Vladimir Putin

2020-ci il rusiyalı jurnalistlər üçün “qarabasma ili” olub

Prezident Vladimir Putin Qərbdən tələb edir ki, Rusiyaya “dərhal” təhlükəsizlik təminatı versin. O, ayın əvvəlində Rusiya rəsmilərinin açıqladığı tələblər siyahısına istinad edib.

“Siz bizə zəmanət verməlisiz. Siz! Və yubanmadan! İndi!” – Putin “Sky News” müxbirinin sualına cavabında deyib.

Raket sistemləri

Prezident Birləşmiş Ştatların Rusiya ilə sərhədə guya raket sistemləri yerləşdirməsi haqda Kremlin daha öncəki iddialarını bir daha dilə gətirib.

Son illər ABŞ NATO müttəfiqləri Rumıniya və Polşa ərazisinə raket əleyhinə “Aegis Ashore” sistemləri yerləşdirib. Vaşinqton bu ssistemlərin Avropanı İranın raketlərindən qorumaq üçün gərəkdiyini, Rusiyanın arselanına qarşı təsirli olmadığını vurğulayıb.

“ABŞ sərhədləri yaxınlığına bizmi raket yerləşdirmişik? Xeyr. Bizim evimizə, evimizin kandarına gələn ABŞ raketləridir… Bu, qeyri-adi tələbdir? Evimizin yanına daha hücum sistemi yerləşdirməmək? Burda qeyri-adi nə var?” – Putin bildirib.

Müsbət siqnal

Rusiyanın ABŞ, ola bilsin digər Qərb müttəfiqləri arasında gözlənən danışıqlara gəlincə, Putin bu haqda müsbət danışıb.

“Müsbət reaksiya görmüşük. ABŞ-dan tərəfdaşlarımız bizə dedilər ki, müzakirəyə, bu danışıqlara gələn ilin əvvəlində hazırdılar”, – o deyib.

Putin Ukraynaya qarşı keçmiş ittihamları bir daha səsləndirib, Kiyevin şərq regionlarına yeni hərbi hücuma hazırlaşdığını söyləyib.

“İndi bizə elə hey müharibə, müharibə, müharibə deyirlər. Görünür, Donbasda yeni bir əməliyyata hazırlaşırlar, bizi yollarına çıxmamağa çağırırlar, yoxsa sanksiya olacaq”, – deyən Putin Qərbi Ukraynanı silahlandırmaqla “əhalinin beynini yumaqla” bu ölkədə “anti-Rusiya” əhval-ruhiyyəsi yaratmaqda suçlayıb.

“Biz Ukrayna ilə yaxşı qonşuluq əlaqələri yaratmaq üçün əlimizdən gələni edirik. Amma indiki rəhbərliklə bunu etmək mümkün deyil. Ukraynada bizimlə işləmək istəyənlər təzyiqlə üzləşir, hətta öldürülür”, – Putin deyib.

***

Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında hökumətinin COVID-19 pandemiyası ilə mübarizədə, ölkənin iqtisadi artımın gücləndirilməsi yönündə işini tərifləyib. Konfransın əvvəlində o, rusiyalıları peyvənd vurdurmağa çağırıb.

Bir çox ölkələr kimi Rusiya da COVID-19-a yoluxmaları nəzarətə almağa çalışır. Ancaq ölkədə vaksinasiya ilə bağlı genişmiqyaslı tərəddüd bunu əngəlləyib.

İndiyədək 146 milyonluq əhalinin 50 faizindən də azı tam peyvəndlənib. Dekabrın 23-nə olan məlumata görə, Rusiyada koronavirusa 10.2 milyon yoluxma, 300 min ölüm qeydə alınıb.

***

Dekabrın 23-də Rusiya Prezidenti Vladimir Putin Moskvada ilsonu mətbuat konfransı keçirəcək. Bu tədbir Rusiyanın Qərblə münasibətlərində gərginlik yaşandığı bir dönəmə düşür. Rusiya Ukrayna ilə sərhədə qoşun cəmləyir, NATO-nun genişlənməsini bloklayacaq “təhlükəsizlik zəmanətləri” istəyir.

Üzbəüz mətbuat konfransı Manej Sərgi Mərkəzində, sərt COVID-19 qaydaları çərçivəsində gerçəkləşdiriləcək. Kremlin sözçüsü Dmitri Peskovun dekabrın 22-də bildirdiyinə görə, tədbirə 500-cən xarici və yerli jurnalist dəvət olunub. Son illər onların sayı mini keçirdi.

Zala girəcək jurnalistlərdən üç mənfi PCR testi istənilib.

Gələn il danışıqlar olacaq

Birləşmiş Ştatlar, NATO və Kiyev son həftələr Rusiyanın Ukrayna ilə sərhədə və ilhaq etdiyi Krıma 100 minədək əsgər cəmləməsindən narahatdır. ABŞ rəsmiləri Moskvanın mümkün hərbi hücum planlaşdırdığını bildirir.

2014-cü ildən, Ukraynanın şərqində hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçıların münaqişəsində 13 min 200-dən çox insan öldürülüb.

Putin isə ABŞ və NATO-dan hərbi alyansın şərqə doğru genişlənməyəcəyinə “təhlükəsizlik zəmanəti” istəyir. Rusiya lideri müharibə istəmədiyini, döyüşlər başlarsa, bunun Kiyevlə Qərbin günahı olacağını bildirir. O, arqumentini əsaslandırmaq üçün ABŞ və Ukraynanın qüvvələr yerləşdirməsi haqda əsassız iddialar səsləndirib.

Kreml və ABŞ administrasiyası gələn ay təhlükəsizlik məsələləri ilə bağlı ikitərəfli danışıqlar planlaşdırdıqlarını açıqlayıblar.

“Qarabasma ili”

Rusiya hökuməti 2020-ci ildə onlarla təşkilat və fərdə “xarici agent” damğası vuraraq onları məhdudiyyətlərə məruz qoyub. Tənqidçilər Kremlin “xarici agent” qanunlarından narazıları susdurmaq, siyasi opponentlərini təqib etmək üçün faydalandığını deyirlər.

“Novaya Gazeta”nın baş redaktoru, bu il Nobel Sülh Mükafatına layiq görülmüş Dmitri Muratov dekabrın 22-də “Current Time”a deyib ki, 2020-ci il rusiyalı jurnalistlər üçün “qarabasma ili” olub.

İllik mətbuat konfransına “Novaya Gazeta”dan jurnalist dəvət almayıb.

Putin 2001-ci ildən bəri prezidentliyinin hər ilində mətbuat konfransı keçirib. Bu konfrans onun hər il xüsusi ehtiyatlılıqla düzənlənən üç ictimai tədbirindən biridir. Putin hər il parlamentdə xalqa müraciət edir və “Birbaşa Xətt” adlı sual-cavab sessiyası təşkil edir.

Ötən il mətbuat konfransı 4 saat yarım çəkmişdi.

XS
SM
MD
LG