Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:57

Sanksiyaların təsiri olacaqmı [Qərb mediası]


Kiyevdə Rusiya səfirliyi
Kiyevdə Rusiya səfirliyi

Putinin dostları və onların ailələri Qərbdən idxalın Rusiya və qeyri-Qərb məhsulları ilə əvəzlənməsindən qazanıblar.

Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqindəki separatçı qurumları tanıyandan sonra ABŞ, Britaniya daxil bir sıra ölkələr, Avropa İttifaqı Moskvaya sanksiyalar açıqlayır. “The New York Times” qəzeti 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq etdiyinə görə Obama administrasiyasının Rusiyaya sanksiyalarınıyada salır. Onda da ABŞ rəsmiləri ümid edirdilər ki, sanksiyalar Putini əlavə təcavüzdən çəkindirəcək.

“Amerika rəsmiləri 2014-cü ildən bəri sanksiyaların təsirini öyrənərək texnikanı kəskinləşdiriblər. Amma Putin də illərdir ölkəsinin 1.5 trilyon dollarlıq iqtisadiyyatını daha da təcrid edərək sərt cərimələrdən qorunmağın yollarını öyrənib. O, cümə günü jurnalistlərə deyirdi ölkəsi Qərbin ‘qanunsuz’ sanksiyalarına qarşı müstəqilliyini gücləndirib... Onu da əlavə edib ki, iqtisadi suverenlik səviyyəmizi artırmaq vacibdir”, – məqalədə deyilir.

Zərbə kimə dəyəcək

Təhlilçilər Putinin, onun Moskvadakı köməkçiləri və tərəfdaşlarının sanksiyalardan çox əziyyət çəkməyəcəyini düşünürlər.

Artıq Putinin yaxın ətrafında bəzi millətçilər ABŞ Xəzinədarlığının sanksiya siyahısına düşüb. Onlar özlərinin və ailələrinin ömürlərinin sonuna qədər Birləşmiş Ştatlar və Avropayla davamlı əlaqələri olmayacağı qəbul ediblər. Bunu Karnegi Moskva Mərkəzində Asiya-Sakit Okean Proqramından Aleksandr Qabuyev deyir.

Bu şəxslərin dövlət müəssisələrində, bizneslərindəki böyük rolu “iqtisadiyyatın təcrid olunmasından, kənar dünyadan ayrı düşməsindən birbaşa qazanc götürmələrinə səbəb olacaq”, o sözlərinə əlavə edib.

Bayden administrasiyasının fevralın 22-də açıqladığı sanksiya siyahısında Putinə yaxın aparıcı rəsmilərin oğlanları, iki dövlət bankı da var. Bu sanksiyaların acısı çox hiss olunmaya bilər, amma ABŞ daha sərt tədbirlərə əl ata bilər. Məsələn, Sberbank və VTB daxil əsas banklara sanksiya qoyularsa, bunun zərbəsini təkcə milyarder oliqarxlar deyil, orta sinif, hətta azgəlirli ailələr də hiss edər. Bu zaman Rusiya qurumları enerji ixracına görə ödənişləri qəbul edə bilməz.

Putinin Ukrayna separatçıları ilə bağlı qərarına Bakıdan reaksiyalar
Gözlə

No media source currently available

0:00 0:07:04 0:00

631 milyard dollarlıq xarici valyuta ehtiyatı

Ancaq Rusiya hökuməti sanksiyaların qarşısında duruş gətirə bilmək üçün büdcəsini və maliyyə sistemini rekonfiqurasiya edib, neft və qazın dünya bazarlarında bahalanması da buna töhfəsini verib. Ölkənin borcu nisbətən azdır, xarici qurumların kreditlərindən 2014-cü ildən öncəylə müqayisədə daha az asılıdır. Mərkəzi bank 631 milyard dollarlıq xarici valyuta ehtiyatı yığıb və bu, dünyada həcminə görə dördüncü yerdədir.

Putinin dostları və onların ailələri Qərbdən idxalın Rusiya və qeyri-qərb məhsulları ilə əvəzlənməsindən qazanıblar. Məsələn, kənd təsərrüfatı naziri Dmitri Patruşevin ailəsi kənd təsərrüfatı sənayesində yeni siyasət nəticəsində zənginləşib, Qabuyev deyir.

Qəzet Çin Prezidenti Si Tsinpinqin Rusiyadan daha çox enerji almaqla onun sanksiyalardan yan keçərək güclənməsinə kömək edəcəyini yazır. Pekində Qış Olimpiya oyunları başlanmazdan öncə görüşən iki lider 30 illik kontrakt imzalayıblar. Çin Sibirdən keçəcək yeni kəmər vasitəsilə qaz əldə edəcək.

“Putin tarixi səhv edir”

1997-2001-ci illərdə ABŞ-ın Dövlət katibi olmuş Madlen Olbrayt “The New York Times” qəzetində Putinlə ilk dəfə 2000-ci ilin əvvəlində görüşdüyünü yazır. O, Putinlə sələfi Boris Yeltsin arasındakı kontrastı dərhal sezdiyini qeyd edir.

“Putin balaca, solğundur. Lap ilan soyuqluğu var. O, Berlin Divarının niyə dağıldığını anladığını deyir, amma Sovet İttifaqının iflasını gözləmirmiş. Putin ölkəsinin başına gələnlərdən xəcalət çəkir, onun böyüklüyünü bərpa etmək istəyir”, – dövlət katibi xatirəsində yazırdı.

Madlen Olbrayt Putinin Ukraynaya tammiqyaslı hücuma keçəcəyi halda tarixi səhvə yol verəcəyini qeyd edir.

“Putin illərdir ölkəsinin beynəlxalq nüfuzunu cilalamağa, Rusiyanın hərbi və iqtisadi gücünü genişləndirməyə, NATO-nu zəiflətməyə, Avropanı parçalamağa çalışıb. Ukrayna bütün bunların hamısının içində var.

Ukraynanın işğalı Rusiyanın böyüklüyə yolunu açmaq əvəzinə, Putin üçün rüsvayçılıqla bitər. Ölkəsi diplomatik baxımdan təcrid vəziyyətinə düşər, iqtisadiyyatı əzilər, daha güclü, birləşmiş Qərb qarşısında strateji baxımdan zəif duruma düşər”, – keçmiş dövlət katibi yazır.

XS
SM
MD
LG