Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:55

Zelenski NATO-nu ‘zəiflikdə’ günahlandırıb


NATO Ukraynanın 'uçuşsuz zona' müraciətini rədd edir
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

NATO Ukraynanın 'uçuşsuz zona' müraciətini rədd edir

Ukraynanın Baş naziri Denis Şmihal martın 3-də bəyanatında bildirib ki, ölkənin nüvə zavodları üzərində səma qapadılmalıdır

Ukrayna prezidenti Volodimir Zelenski martın 4-də yazdığı növbəti videomüraciətində NATO-nu, onun ölkəsi üzərində uçuşsuz zona elan etməkdən imtina etdiyinə görə zəiflikdə və sıralarında həmrəyliyin olmamasında günahlandırıb.

NATO bundan əvvəl alyansın Brüsseldə keçirilən iclasında uçuşsuz zona yaratmaq ideyasını rədd etməsini belə əsaslandırmışdı ki, bu, faktiki olaraq Rusiyaya müharibə elan edilməsi sayıla bilərdi.

Beləki uçuşsuz zonanın saxlanması üçün Rusiya təyyarə və raketlərini vurmaq tələb olunacaqdı.

Zelenski belə bir əsaslandırmanı uydurma adlandırıb və deyib ki, Rusiya alyansla genişmiqyaslı münaqişəyə cəsarət etməzidi:

"Bugündən sonra həlak olanların hamısı həm də sizin ucbatınızdan həlak olacaq...Bugün NATO rəhbərliyi Ukrayna şəhər və kəndlərinin bombardmanının davamına “yaşıl işıq” yandırdı”.

Lakin NATO-nu tənqid edən Zelenski Avropa İttifaqını Rusiyanın Ukraynaya hücumu məsələsində daha sərt mövqe tutduğuna görə təqdir edib.

Ukrayna prezidenti deyib ki, Avropa İttifaqı öz birliyini nümayiş etdirib, Rusiyaya qarşı sərt sansksiyalar qoyub və Ukraynaya silah dəstəyi verməyə başlayıb.

NATO Ukraynanın 'uçuşsuz zona' müraciətini rədd edir

NATO müttəfiqləri Ukraynanın ölkə üzərində uçuşsuz zona yaradılmasına dair müraciətini rədd ediblər.

Qərarda deyilir ki, uçuşsuz zonanın yaradılması NATO-nu birbaşa bu münaqişənin tərəflərindən birinə çevirə bilərdi.

NATO-nun baş katibi Yens Stoltenberq martın 4-də keçirilən mətbuat konfransında bu barədə deyib:

“Biz bu münaqişənin tərəfi deyilik. Bizim NATO müttəfiqləri kimi məsuliyyətimiz bu müharibənin Ukrayna sərhədlərindən kənara eskalasiya etməsinin qarşısını almaqdır. Bundan artığını etmək daha təhlükəli, daha dağıdıcı və insanlar üçün daha iztirablı nəticələrə səbəb olardı”.

ABŞ Ukraynanın bu istəyini yerinə yetirə bilməyəcəyini deyir

Kiyevdən yeni çağırışlara baxmayaraq Vaşinqton Ukrayna üzərində uçuşsuz zona yaradılmasını dəstəkləməyə hazır olmadığını bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski və və başqa Kiyev rəsmiləri Ukrayna üzərində qeyri-uçuş zonası yaradılmasına çağırırlar.

Onlar bildirirlər ki, yalnız bu, Ukrayna şəhərlərinin Rusiya tərəfindən hava bombardmanına son qoya bilər.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays martın 4-də bir daha bəyan edib ki, ABŞ buna hazır deyil, çünki bu, müharibəni “tamamilə yeni mərhələyə” çıxara bilər.

Lakin Prays AzadlıqRadiosuna Brüsseldən verdiyi müsahibədə deyib ki, Qərb Ukraynanın özünü müdafiə etməsi üçün Kiyevə bacardığı qədər kömək edir. Onun sözlərinə görə, bununla belə, “NATO qüvvələrinin Rusiya ilə birbaşa potensial təmasa çıxarılması münaqişəni tam yeni mərhələyə qaldıra bilər”.

Prays bildirib ki, bu, Birləşmiş Ştatların istəmədiyi variantdır.

"Ümidsiz diplomatiya qapısı"

Hazırda NATO-nun xarici işlər nazirləri Rusiyanın Ukraynaya “əsassız, səbəbsiz və əvvəlcədən planlaşdırılmış” müdaxiləsini müzakirə etmək üçün Brüsseldə təcili iclas keçirirlər.

Bu iclası təcili edən həm də Ukrayndakı Zaporojya atom elektrik stansiyası olan ərazinin atəşə tutulması olub.

Prays bildirib ki, Rusiya artilleriyasının nüvə stansiyası ərazisini atəşə tutması “dərin narahatlıq” doğuran haldır və bu səbəbdən müharibə dərhal dayandırılmalıdır.

Sözçü bunu da vurğulayıb ki, ABŞ Moskvaya qarşı sanksiyalarını sərtləşdirməkdə davam edəcək:

“Əgər Putin eskalasiyanı artırsa, biz da cavabımızı eskalasiya edəcəyik”.

O əlavə edib ki, Qərb “hətta diplomatiyanın uğur qazanacağına ümidin olmadığı vaxtlarda da” diplomatiya qapısını “açıq” qoymalıdır:

“Bizə lazım olan de-eskalasiyadır, döyüşlərin dayandırılması, Rusiya qoşunlarının çıxarılmasıdır”.

Kuleba NATO ilə görüşdə qeyri-uçuş zonasına çağıracaq

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba deyir ki, martın 4-də NATO üzvləri ilə görüşdə Ukrayna üzərində qeyri-uçuş zonası məsələsini qaldıracaq.

Kiyev Rusiya hərbi təyyarələrinin girişinin önlənməsindən ötrü Qərb liderlərini qeyri-uçuş zonası elan etməyə çağırır. Amma Vaşinqton və NATO müttəfiqləri bu ideyanı rədd edib, bunun Rusiya ilə birbaşa qarşıdurmaya aparacağından ehtiyatlanırlar.

Zelenski: 'Dünya birliyi gecikdi'
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Ukrayna liderləri bu cavabı qəbul etmirlər. Prezident Volodimir Zelenski martın 3-də mətbuat konfransında bu məsələni yenidən qaldırıb. Prezidentin müşaviri Mixaylo Podolyak isə daha öncə Twitter-də bu haqda yazıb.

Digər rəsmilərin çağırışları

“Müharibənin 7 günü ərzində bir milyona yaxın qaçqın yaranıb, Ukraynanın böyük şəhərlərinin tarixi mərkəzləri tamamilə dağıdılıb. Bu, NATO-nun Ukrayna üzərində səmanı bağlamamasının nəticəsidir”, – Podolyak yazıb.


Ukraynanın Baş naziri Denis Şmihal martın 3-də bəyanatında bildirib ki, ölkənin nüvə zavodları üzərində səma qapadılmalıdır. O, NATO-ya Beynəlxalq Atom Enerjisi Agentliyinə müraciət etdiyini deyib.

“Ukrayna üzərində səmanı bağlayın! Bu, bütün dünyanın təhlükəsizlik məsələsidir!” – Şmihal bəyanatında vurğulayıb.

Silah təminatı

Martın 3-də AzadAvropa/AzadlıqRadiosu-na müsahibəsində Kuleba deyib ki, NATO üzvləri ilə görüşdə qeyri-uçuş zonası və “Ukraynanın Hava Qüvvələri və havadan müdafiə avadanlığına yardım” məsələlərini qaldıracaq.

O həmçinin Qərbin Ukraynaya silah təminatını davam etdirməsindən danışacaq.

Qərb ölkələri hazırda Ukraynanı zenit və antitank raketləri ilə təmin edirlər.

Qeyri-uçuş zonası yaradılması xahişinin rədd edilməsi ilə bağlı sualı Kuleba belə cavablandırıb: “Hələlik, detalları açıqlamaq istəmirəm. Bu çox mürəkkəb məsələdir və ən yüksək səviyyədə müzakirə edilməlidir. Buna görə də sabah alyansla bu haqda danışacağıq”.

Sanksiyalar

Kuleba qərbin Rusiyaya sanksiyalarını “misli görünməmiş” adlandırıb, Rusiya iqtisadiyyatına ciddi ziyan vuracağını, yeni sanksiyaların tətbiq ediləcəyini deyib. Onun sözlərinə görə, Ukraynanın təklif etdiyi heç bir sanksiya rədd edilməyib.

Amma nazir sanksiyaların Rusiyanın müharibəni dayandırması, Ukraynanın itkilərini kompensasiya etməsi üçün yetərli olmadığını söyləyib.

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-dən Ukraynaya hücum əmri verib, böyük şəhərlər atəşə tutulub. Hazırda bir neçə şəhərin mühasirəyə alındığı xəbər verilir.

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edərək ölkənin şərqindəki separatçı qurumları dəstəkləməyə başlayıb. “DXR” və “LXR” adlı qondarma qurumları Putin fevralın 22-də tanıyıb.

XS
SM
MD
LG