Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:43

ABŞ dövlət katibi İlham Əliyevə zəng edib


ABŞ dövlət katibi Entoni Blinken (solda) və Azərbaycan prezidenti İlham Əliyev
ABŞ dövlət katibi Entoni Blinken (solda) və Azərbaycan prezidenti İlham Əliyev

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə, Azərbaycana təşəkkürünü bildirib

ABŞ Dövlət Departamentinin məlumatına görə, Entoni Blinken ABŞ-la Azərbaycanın ikitərəfli tərəfdaşlığının əhəmiyyətini, ABŞ-ın Cənubi Qafqazda dinc, demokratik və çiçəklənən gələcəyə sadiqliyini vurğulayıb. Dövlət katibi Ermənistan və Azərbaycan qüvvələri arasında eskalasiya ilə bağlı xəbərlərə diqqət çəkərək tərəfləri təmkin göstərməyə, bütün vacib məsələlərin hərtərəfli həllinin tapılması üçün diplomatik fəaliyyəti gücləndirməyə çağırıb.

Dövlət katibi həmçinin Azərbaycanda insan haqları və fundamental azadlıqlara hörmət göstərilməsinin vacibliyini vurğulayıb. O, ABŞ və tərəfdaşlarının, Moskvanı və onun tərəfdarlarını, o cümlədən Belarusdakı Lukaşenka rejimini Kremlin Ukraynaya səbəbsiz və əsaslandırılmamış müharibəyə görə məsuliyyətə cəlb etmək öhdəliyini vurğulayıb.

***

Martın 15-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.

Xidmətin bildirməsinə görə, telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib:

“Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə, Azərbaycana təşəkkürünü bildirib.”

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Bu müharibədən bir neçə gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı.

Rusiya altı il əvvəl Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı.

Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

Azərbaycan sanksiyalara qoşulmasa da Ukraynaya hümanitar yardımlar göndərdiyini açıqlayıb.

Bakıdan Yerevana göndərilən sülh şərtlərinə Yerevan və ABŞ-dan şərhlər gəlir
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Xatırlatma

Azərbaycan Ermənistan münasibətlərinə gəldikdə isə 2020-ci ildə İkinci Qarabağ müharibəsi baş vermişdi. Nəticədə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında qəbul edilib) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində ( Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağda Rusiya sülhməramlılarının yerləşdirildiyi açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG