Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:26

Ermənistan XİN Marağa hadisələrinin ildönümünü yada salır


Ermənistan 1992-ci ilin aprel hadisələrini "Marağa qətliamı" adlandırır.
Ermənistan 1992-ci ilin aprel hadisələrini "Marağa qətliamı" adlandırır.

Ermənistan "Dağlıq Qarabağ xalqının öz vətənində azad, təhlükəsiz və ləyaqətli yaşamaq hüququnun təmin edilməsinə" sadiqliyini təsdiqləyib. Ermənistan Xarici İşlər Nazirliyi (XİN) aprelin 11-də yaydığı bəyanatda belə deyir.

Qurum Ağdərə (Mardakert) rayonunun Marağa kəndində 30 il öncəki hadisələrlə əlaqədar bəyanat yayıb.

Etnik təmizləmə iddiası

"30 il qabaq, 1992-ci il aprelin 10-da Azərbaycanın silahlı qüvvələri Artsaxın Mardakert rayonunun Marağa kəndində dinc əhaliyə qarşı görünməmiş qəddarlıq törədib. Nəticədə erməni yaşayış məntəqəsində 5 min əhali evindən çıxarılıb", – bəyanatda deyilir.

Yerevandakı təhlilçilər Rusiyanın təsirindən çıxmağın zamanı çatdığını deyirlər
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Qurum Marağadakı hərbi cinayətlərin "Human Rights Watch" və "Amnesty International" kimi beynəlxalq təşkilatların hesabatlarına salındığını, hadisələr zamanı azı 50 nəfərin öldürüldüyünü bildirir.

Ermənistan XİN iddia edir ki, "hazırda Dağlıq Qarabağda humanitar böhran yaradılması məqsədilə dinc erməni əhalinin sistematik atəşə tutulması, martın 24-də Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına müdaxiləsi və nəticədə 400-dən çox insanın məcburi köçürülməsi rəsmi Bakının real məqsədini – Artsaxda tam etnik təmizləmə aparmasını göstərir".

Azərbaycanın cavabı...

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan XİN-in bəyanatına münasibət bildirib. Mətbuat xidməti Ermənistan XİN-in açıqlamasını növbəti əsassız, hüquqazidd bəyanat sayaraq qəbul etmir: "İki dövlət arasında normallaşma addımlarının atılması qərarları verildiyi bir vaxtda Ermənistan tərəfinin dağıdıcı mövqeyini qətiyyətlə qınayırıq".

Xocalıdan özəl reportaj: 'Qorxuruq. Qaçmağa məhkumuq'
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

Qurum hesab edir ki, bu münaqişə zamanı 1 milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qalıb, bu insanların 30 ilə yaxın fundamental hüquqları kobudcasına pozulub.

İdarə daha sonra Azərbaycanın Xocalı rayonunun 1992-ci ildə işğalını yada salaraq bir gecədə 613 mülki şəxsin qətlə yetirildiyini vurğulayır. Qurum sual edir ki, "hələ 90-cı illərin əvvəllərində itkin düşən və bir hissəsinin kütləvi məzarlıqları indi tapılan 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı cavabdehlik daşıyan…Ermənistan tərəfi hansı əsasla kütləvi qətldən, etnik təmizləmədən danışır?!".

Son vaxtlar Qarabağda baş verənlərə gəlincə, Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi həyata keçirilib.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə əldə edilən atəşkəs razılaşmasına qədər Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal edilmişdi.

XS
SM
MD
LG