Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:40

Ekspertlər: Rusiya uzun müharibə aparmaq iqtidarındadır


Ekspertlər bildirirlər ki, müharibə uzandıqca sıradan çıxan canlı qüvvənin yerinin doldurulması son dərəcə çətin ola bilər

Rusiya onun üzərinə qoyulmuş ağır Qərb sanksiyalarına baxmayaraq Ukraynada uzunmüddətli hərbi kampaniya aparmaq iqtidarındadır.

Bunu Reuters agentliyi iqtisadiyyat və hərbi ekspertlərə istinadən yazıb.

Onların fikrincə Rusiyanın Ukraynaya müdaxiləsi onun ixrac etdiyi neftin, qazın və taxılın qiymətini qaldırıb və beləliklə də Moskvaya “xüsusi əməliyyat” adlandırdığı müharibəni uzun müddətdə maliyyələşdirmək imkanı yaradıb.

Rusiya hazırda Ukraynada hərbi əməliyyatların ikinci fazasına daxil olduğunu və əsas diqqətini Donbas regionuna yönəldəcəyini bildirib.

Lakin əksər hərbi ekspertlər Rusiyanın yeni fazaya keçməsini onun sadəcə olaraq Ukraynanın paytaxtı Kiyevi ələ keçirə bilməməsi pərtliyi ilə bağlayırlar.

Ekspertlər bildirirlər ki, müharibə uzandıqca sıradan çıxan canlı qüvvənin yerinin doldurulması son dərəcə çətin ola bilər.

Bahalı neft, ucuz müharibə

Vaşinqtonda mənzillənmiş Peterson Beynəlxalq İqtisadiyyat İnstitutundan ekspert Cekob Kirkeqaard deyib:

“Belə aşağı texnologiyalı müharibə tamamilə rublla maliyyələşdirilə bilər. Bu o deməkdir ki, onlar hələ iqtisadiyyatları tam çökənədək uzun müddətdə Ukraynaya qoşun və texnika tökməkdə davam edə bilərlər”.

İsveçdəki Müdafiə Tədqiqatları Agentliyindən baş təhlilçi Yohan Norberq deyib:

"Sanskiyalar yaxın müddətdə bu müharibəni təsirləndirməyəcək, çünki Rusiya müharibəni artıq istehsal olunmuş tankları və təlim görmüş qoşunları ilə aparır”.

Dünya Bankının məlumatına görə Rusiya iqtisadiyyatında bu il 11 faiz azalma gözlənilir. Amma buna baxmayaraq Moskvanın neftdən gələn gəlirləri əksinə artmaqdadır.

Rusiya Maliyyə Nazirliyi bugünlərdə bildirmişdi ki, ölkəyə bu il təkcə neftdən 9.6 milyard dollar gəlir daxil olmalıdır. Bu da nəzərə alınmalıdır ki, neftin qiyməti bir barrel üçün 100 dollar civarında qalır.

Lakin bütün bunlara baxmayaraq Rusiyanın nimdaş hərbi maşınına çox böyük zərbə dəyib.

Birləşmiş Ştatların təxminlərinə görə Rusiya Ukraynaya müdaxilə dövründə hərbi qüdrətinin 15-20 faizini itirib.

Bura sıradan çıxarılmış tanklar, zirehli maşınlar, qırıcı və bombardmançı təyyarələr, helikopter və raketlər daxildir.

Rusiya ən müasir silahları sonraya saxlayıb?

Hər iki tərəfin itkilərini monitorinq edən Oryx bloqunun məlumatına görə Rusiya bugünədək Ukraynada 2770 ədəd hərbi texnika itirib. Bura təkcə vurulan və əzilən yox, həm də tərk edilən texnika daxildir. Bunlardan 476-sı tanklardır.

Beynəlxalq Strateji Tədqiqiatlar İnstitutundan Yohan Mişel deyir ki, NATO üzvləri Britaniya və Fransanın elə toplam bu qədər tankı var.

Ekspertlərin firkincə, bununla belə müharibədən əvvəl 3000 tankı olan Rusiyanın hərbi texnikası tükənməyəcək.

Lakin ekspertlər bunu da deyirlər ki, hələki döyüşə girməyən tank və texnikaların əksərən nasaz və köhnə olduğu ehtimal edilir.

Amma Londondakı Chatham House mərkəzindən Metyu Buleq bu fikirdədir ki, əksinə Rusiya ən müasir texnikalarını hələ sonraya saxlayıb və indiyədək sovet erasından qalmış sınıq-salxaq vahidlərdən istifadə edib.

Ekspertin fikrincə Rusiya müasir texnikaya qənaət etmək istəyir, çünki onun təzələnməsi və müharibəyəqədərki səviyyədə bərpası üçün ən azı iki onillik lazım gələ bilər.

Rusiyanın ən böyük problemlərindən biri də ən təkmil hərbi texnikanın istehsalı üçün Qərb texnologiyalarının çatışmazlığıdır.

Ukrayna və Rusiya qüvvələri Mariupolda üz-üzə dayanıb
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

50 yaşdan cavan kişilərin səfərbərliyi

Ekspertlər bu qənaətdədirlər ki, Rusiya Ukrayna ilə uzun müharibə aparmaq üçün, habelə NATO ilə qarşıdurmaya görə hərbi xərclərini qat-qat artırmalı olacaq.

İndiyədək ÜDM-in 4 faizini təşkil edən hərbi xərclərin iki dəfədən də çox artacağını gözləmək olar.

Hərbi ekspert Riçard Konnoli deyir ki, sadə rusiyalılar müharibənin yükünü hiss etsələr də, dövlət bu kampaniyanı uzun müddətdə maliyyələşdirməyə qabildir.

Lakin ekspertin fikrincə, ən çətin məsələ hazırda 150 min nəfərə çatan qoşunun məruz qaldığı itkilərdir.

Rusiya rəsmən 1351 hərbçi itirdiyini bəyan etsə də, Ukrayna və Qərb bu rəqəmin dəfələrlə yüksək olduğunu deyirlər.

Konnoli bu qənaətdədir ki, çox böyük itkilər verərsə, Rusiya olduqca qeyri-populyar addım ataraq son beş ildə hərbi xidmətdə olmuş 50 yaşdan cavan kişilərin tam səfərbərliyini elan edə bilər. Bunların sayının 2 milyon olduğu təxmin edilir.

XS
SM
MD
LG