Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:47

Qərbin Rusiyanı ‘önləmək’ siyasəti qayıdır – Qərb mediası


Xarkov, arxiv fotosu
Xarkov, arxiv fotosu

NATO iyunda 2010-cu ildən bəri ilk dəfə “strateji konsepsiya”sını açıqlayacaq

Çox az ekspert Ukraynada müharibənin necə qurtaracağını proqnozlaşdırmağa həvəs göstərir. Amma çoxları bu müharibənin uzanacağını gözləyir, özəlliklə də Rusiya qüvvələrinin ölkənin şərqində yenidən hücuma hazırlaşdığı bir dönəmdə. Prezident Volodimir Zelenski Rusiyanın ultimatumlarına boyun əyməkdənsə, illərlə savaşmaq andı içir.

“The Washington Post” qəzetinin təhlilçisi İshaan Tharoor yazır ki, Vaşinqtonda və Avropanın saysız paytaxtlarında rəsmilər Kremlə təzyiqi hələ bir neçə il saxlamağı planlaşdırırlar. Qısası, Rusiyanın Ukraynanı işğal etməsi Rusiya Prezidenti Vladimir Putinlə qarşıdurmada Qərbi yenidən səfərbər edib.

Bakının da 'dost olmayan ölkələr' siyahısı yaranır
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00

Prioritetlər dəyişir

Artıq ABŞ-ın Rusiyanı işğalına yönəlik uzunmüddətli strategiyası görünməkdədir. Son on ildə ABŞ administrasiyaları geostrateji prioritetləri Asiya-Sakit Okeana yönəldirdilər. Keçmiş prezident Barak Obama Rusiyanı məhdud təsir və gücə malik “regional ölkə” adlandırırdı.

Amma hazırda Co Bayden administrasiyası Rusiyanı Çinlə birlikdə əsas rəqib kimi görür, Moskvanın ambisiyalarını önləmək üçün Soyuq Müharibə erasının “önləmə” yanaşmasını canlandırır.

NATO iyunda 2010-cu ildən bəri ilk dəfə “strateji konsepsiya”sını açıqlayacaq. Alyans 12 il qabaq Rusiya ilə “gerçək strateji tərəfdaşlığ”a ümid edirdi. İndi isə onun Putin rejiminə qarşı daha aqressiv mövqe tutacağı gözlənir. NATO ölkələri Rusiya sərhədi boyunca hərbi qüvvələri möhkəmləndirməyə çalışırlar. Üstəlik, Finlandiya və İsveçin də bloka üzv olacağı gözlənir. Avropa İttifaqı üzvləri isə qitənin Rusiya enerjisindən asılılığını tədricən azaltmaq yönündə çalışırlar.

Latviyanın Xarici işlər nazir Edqars Rinkeviç “The Washington Post”a müsahibəsində deyib ki, bu uzunmüddətli vəziyyətdə “önləmə strategiyası”, “müdafiə strategiyası” formalaşmaqdadır.

İki məhvər

Məqalədə Qərbdən uzaqlaşdıqca fərqli mənzərənin göründüyü qeyd edilir. Braziliya, Hindistan, Cənubi Afrika kimi böyük demokratiyalar Moskva ilə tarixi dostluğa istinad edir, Qərbin sanksiyalarına qoşulmur, BMT-də Rusiyaya qarşı səs vermirlər.

“Financial Times” qəzetinin köşə yazarı Gideon Raçman yazır ki, dünya heç də bütünlükdə Rusiyaya qarşı birləşməyib. “Qərb alyansına mərkəzlənən ‘divantutma məhvəri’ və mərkəzi Qlobal Cənuba düşən ‘laqeydlik məhvəri’ yaranıb”, – o qeyd edir.

Elə Putin də ötən həftə Rusiya dövlət televiziyasına deyirdi ki, təcrid olunmaq fikirləri yoxdur. “Müasir dünyada heç kəsi tam təcrid eləmək mümkün deyil, xüsusilə də Rusiya kimi nəhəng ölkəni”, – o qeyd edib.

Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Qərb Moskvaya sərt maliyyə sanksiyaları tətbiq edir.

XS
SM
MD
LG