Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:35

Azərbaycan mətbuat azadlığı indeksində irəliləyib, amma...


Azərbaycanda yeni media qanununa etiraz aksiyası, dekabr, 2021-ci il
Azərbaycanda yeni media qanununa etiraz aksiyası, dekabr, 2021-ci il

2021-ci ildə 60-cı olmuş Gürcüstan isə 29 pillə geriləyərək 89-cu yeri tutub

Rusiyanın Ukraynaya qarşı müharibəsi regionda mətbuat azadlığına dağıdıcı təsirlər göstərir. Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) mayın 3-də açıqladığı Dünya Mətbuat Azadlığı İndeksində belə deyir.

Parisdə yerləşən media qurumu bildirir ki, müharibəni işıqlandıran reportyorlar öldürülür, yaralanır, sovet dövründə bəri görünməmiş senzura baş verir, dezinformasiya yayılır.

Rusiya və Belarus

Rusiya ordusu işğal etdiyi ərazilərdə xəbər mənbələrini bilərəkdən hədəfə alır, yerli medianı əməkdaşlığa məcbur etməyə çalışır.

Rusiya 180 ölkə içində media azadlığına görə 155-ci olub.

“Rusiyanın özündə hökumət xəbər və informasiyanı tam nəzarətə alır, geniş hərbi senzura yaradır, medianı bloklayır, tabe olmayan jurnalistləri təqib edir, onları mühacirətə vadar edir”, – RSF vurğulayır.

Müstəqil jurnalistlərin təqibə məruz qaldığı digər ölkə Belarus indeksdə 153-cü olub. 2020-ci ilin avqustunda mübahisəli prezident seçkisindən bəri müstəqil jurnalistlər işinə görə təqibə məruz qalıb, ölkədə 20-dən artıq media işçisi həbsxanadadır. Ötən ilin mayında kommersiya təyyarəsini Minskdə enişə məcbur edən Belarus hakimiyyəti müxalifət jurnalistini saxlayıb. Bu, ölkənin avtoritar başçısı Alyaksandr Lukaşenkanın media azadlığına daha bir nəzarət cəhdi idi.

Ukrayna indeksdə 106-cıdır, ötən ildən (97) 9 pillə geriləyib.

Azərbaycan, qonşuları

Azərbaycan isə mətbuat azadlığına görə 180 ölkə içində Rusiya ilə Belarusun arasında, yəni, 154-cü yerdə qərarlaşıb və ölkədə mətbuat azadlığı “çox ağır” hesab olunub. Ötən il 167-ci olmuş Azərbaycan reytinqdə 13 pillə irəliləmiş hesab olunur.

Hakimiyyət təmsilçiləri indiyədək oxşar indekslərdə ölkəyə verilən qiyməti qərəzli hesab ediblər. Onların fikrincə, Azərbaycanda bütün digər azadlıqları kimi mətbuat azadlığı da tam təmin edilir.

Ancaq bu ilin əvvəlindən qüvvəyə minmiş yeni media qanunu ölkədəki müstəqil jurnalistlər, eləcə də beynəlxalq qurumlar tərəfindən tənqid olunub. Tənqidçilər hökumətin mediaya nəzarəti sərtləşdirdiyini deyirlər.

Masallıda 'soyuq müharibə': Jurnalisti niyə tutdurmaq istəyirlər
Gözlə

No media source currently available

0:00 0:05:30 0:00

Qonşulardan Ermənistan 51-ci pillədədir, ötən ildən (63) 12 pillə irəliləyib.

2021-ci ildə 60-cı olmuş Gürcüstan isə 29 pillə geriləyərək 89-cu yeri tutub.

Türkiyə indeksdə 149-cu, İran 178-ci yerdədir.

RSF qeyd edir ki, Orta Asiyada hökumətlər mediaya Ukrayna müharibəsini “neytral” işıqlandırmaq üçün təzyiq göstərir. İndeksdə 177-ci yerdə olan Türkmənistanda media hökumətin tam nəzarəti altındadır və müharibəni gözardı edir.

Avropa

Norveç artıq altıncı ildir reytinqdə birincidir. 2021-ci ildə dördüncü pillədə olmuş Danimarka ikinci yerə keçib, İsveç üçüncü olub.

Dünyada mətbuat azadlığına görə son beş yeri Myanma, Türkmənistan, İran, Eritreya və Şimali Koreya tutub.

RSF bu il sayca 20-ci indeksini yayıb. Qurum bildirir ki, mediada qütbləşmə demokratik ölkələrdə bölücülüyü və beynəlxalq səviyyədə qütbləşməni qızışdırır.

Məsələn, 42-ci yerdə olan ABŞ-da media qütbləşməsi ölkə daxilində sosial ziddiyyətləri qidalandırır və gücləndirir. 26-cı pilləni tutmuş Fransada isə sosial media və yeni baxış mediası sosial və siyasi gərginliyi alovlandırır.

XS
SM
MD
LG