Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:52

Ukraynaya gələn ay Aİ üzvlüyünə namizəd statusu verilə bilər


Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Ukrayna prezidenti Volodimir Zelenski (Arxiv fotosu)
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Ukrayna prezidenti Volodimir Zelenski (Arxiv fotosu)

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib ki, “Avropanın gələcəyi həm də Ukraynanın gələcəyidir”

Avropa Komissiyası Ukraynanın Avropa İttifaqı üzvlüyünə müraciətinə gələn ay cavab verəcək.

Komissiyanın prezidenti Ursula von der Leyen mayın 9-da Twitterdə yazıb ki, o bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıb və Kiyevə verilmiş üzvlük üçün sorğu anketinin cavabını alıb.

Xanım Von der Leyenin sözlərinə görə bu, Avropa İttifaqı Komissiyasına Kiyevə “rəy” sənədlərinin iyun ayında verilməsinə imkan yaradacaq.

O daha sonra Avropa Parlamenti qarşısında çıxışında deyib ki, “Avropanın gələcəyi həm də Ukraynanın gələcəyidir”.

Zelenski Ukraynanın Avropa İttifaqı üzvlüyü üçün doldurulmuş anketi aprelin 18-də təqdim edib.

Hazırda Ukraynaya üzvlüyə namizəd statusunun verilməsi məsələsi nəzərdən keçirilir.

Ukraynaya belə bir statusun verilməsi üçün Aİ-yə üzv 27 ölkənin razılığı tələb olunur.

Əgər namizəd statusu təsdiqlənərsə Kiyevi Aİ üzvlüyünə çətin islahat və dəyişikliklərdən keçən uzun yol gözləyir.

Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumu Avropa İttifaqını Ukrayna, habelə Gürcüstan və Moldovanın bloka üzvlüyü məsələsini sürətləndirməyə vadar edib.

Rusiyanın pulunu Ukraynanın bərpasına yönəltmək...

Avropa İttifaqının (Aİ) Xarici siyasət rəhbəri Jozep Borrel deyir ki, blok Rusiyanın dondurulmuş xarici valyuta ehtiyatlarını müsadirə etməyi, onlardan Ukraynada postmüharibə bərpa işində istifadəni nəzərdən keçirməlidir.

Borrel “Financial Times” qəzetinin mayın 9-da dərc etdiyi müsahibədə Vaşinqtonun Əfqanıstan mərkəzi bankının aktivləri ilə bağlı tədbirini yada salıb. Ötən il Əfqanıstanda Taliban silahlı qruplaşması hakimiyyətə gələndən sonra ölkənin mərkəzi bankının aktivləri dondurulub.

“Pul cibimizdədir”

Rusiyanın martda bildirdiyinə görə, müharibəylə əlaqədar mərkəzi bankın xaricdəki 300 milyard dollarlıq aktivi dondurulub, bunun yarıya qədəri qızıl və xarici valyuta ehtiyatlarıdır.

“Avropa Komissiyası bərpanın yüzmilyardlarla dollara başa gələ biləcəyini bildirib. Aİ paytaxtları Rusiyanın dondurulmuş xarici valyuta ehtiyatlarını müsadirə edərək müharibədən sonra Ukraynanın bərpasına yönəltməyi nəzərdən keçirməlidir”, – Borrel vurğulayıb.

“Pul cibimizdədir, kimsə mənə izah eləsin ki, niyə bu Əfqanıstanın pulu üçün yaxşı fikirdir, Rusiyanın pulu üçün yox”, – Borrel sözlərinə əlavə edib.

7 milyard dollar

Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra ABŞ Prezidenti Co Bayden bu ölkənin mərkəzi bankının Nyu Yorkdakı Federal Ehtiyat Bankındakı 7 milyard dollarlıq aktivini dondurub.

Ağ ev fevralda bəyan edib ki, bu pulun yarısını humanitar yardıma xərcləməyi, digər hissəsini isə 2001-ci il 11 sentyabr hücumu ilə bağlı məhkəmə iddialarını təmin etmək üçün saxlamağı planlaşdırır.

Borrelin sözlərinə görə, belə bir addım Rusiyanın fevralın 24-də Ukraynaya qarşı səbəbsiz işğalına görə “müharibə kompensasiyası” ödəməyə məcbur etməyin yollarından biridir:

“Bu gün masadakı vacib siyasi suallardan biri budur: Ukraynanın bərpasına görə pulu kim verəcək?”

XS
SM
MD
LG