Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:29

Xarkov ətrafında mühüm döyüşlərin getdiyi xəbər verilir


Ukrayna əsgəri minaatandan atəş açır
Ukrayna əsgəri minaatandan atəş açır

Ukrayna mayın 10-da bildirib ki, onun silahlı qüvvələri Xarkov şəhərindən şimalda və şimal-qərbdə bir neçə yaşayış məntəqəsini Rusiya qoşunlarından geri alıb.

Ukrayna mayın 10-da bildirib ki, onun silahlı qüvvələri Xarkov şəhərindən şimalda və şimal-qərbdə bir neçə yaşayış məntəqəsini Rusiya qoşunlarından geri alıb.

Reuters agentliyi yazır ki, bu əks-hücumlar müharibədə üstünlüyün dəyişməyə başlamasından və Rusiyanın əsas hücumunun axsamasından xəbər verə bilər.

Agentlik bu ərazidəki Ukrayna silahlı qüvvələrinin mətbuat katibi Tetyana Apatçenkoya istinadən xəbər verir ki, Ukrayna qoşunları ölkənin ikinci böyük şəhəri olan Xarkov yaxınlığında son günlərdə Çerkaskiye Tişki, Ruskiye Tişki, Borşova və Slobojansk qəsəbələrinə nəzərəti bərpa edib.

Ukrayna Müdafiə Nazirliyinin müşaviri Yuriy Saks Reuters-ə bildirib ki, Ukrayna qüvvələrinin bu uğurları nəticəsində Rusiya qoşunları Xarkovun şimalından şəhəri artilleriya atəşinə tuta bilməyəcəyi məsafədə geri oturdulub.

Rusiya qoşunlarının Rusiya sərhədlərinə sıxışdırılması

Hərbi ekspertlər deyirlər ki, Rusiya qoşunlarının Rusiyanın öz sərhədlərinə doğru sıxışdırlması Ukrayna qüvvələrini onların təchizat xətlərinə yaxınlaşdırır.

Londondakı RUSI institutundan ekspert Neyl Melvin Reuters-ə deyib:

"Ukraynalılar Rusiya sərhədinə yaxınlaşırlar. Beləliklə də Rusiya qüvvələrinin müdaxilənin ilk günlərində qazandığı mövqelər əldən çıxır”.

Reuter yazır ki, Rusiya qüvvələri martın axırlarında Kiyev ətrafından çəkilib getməli olduqdan sonra Moskva əsas qüvvələrini Donbasa yönəltməyə çalışır.

Xarkov ətrafında geri alınmış Vilkivka kəndi ərazisində Ukrayna istehkamçısı Rusiya əsgərlərinin cəsədlərinin yanında mina axtarır
Xarkov ətrafında geri alınmış Vilkivka kəndi ərazisində Ukrayna istehkamçısı Rusiya əsgərlərinin cəsədlərinin yanında mina axtarır

Rusiya qoşunları İzyum şəhərindən baza kimi istifadə edərək Ukrayna döyüşçülərini mühasirəyə almağa çalışır. Xəbərdə deyilir ki, hələlik Ukrayna qüvvələri bu hücumları dəf edə bilib.

Lakin təqaüddə olan keçmiş ABŞ generalı, hazırda isə Müharibə Araşdırmları (Institute for the Study of War) analitik mərkəzinin sədri Reuters agentliyinə deyib ki, Ukrayna qüvvələrinin əks-hücumları Moskvanın diqqətini İzyuma gedən uzun təchizat xətlərinə yönəldə bilər:

"Bizim qiymətləndirməmizə görə Xarkov yaxınlığında baş verənlər rusları Donbas regionu üzərində nəzarəti təmin edəcək istiqamətlərdən yayındıra bilər”.

Ekspert: Ukraynada müharibənin yeni mərhələsi başlayır
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Cənub istiqamətində

Ölkənin cənubunda isə Rusiya qüvvələri Mariupolda mühasirədə olan Azovstal zavoduna hücumları davam etdirir.

Bu zavodda minədək ukraynalı əsgərin olduğu və qızğın müqavimət göstərdiyi xəbər verilir.

Azovstalda son istehkamını qurmuş Azov alayı sosial media postlarında bildirib ki, son 24 saat ərzində onların başı üzərindən strateji bombardmançılar da daxil 34 Rusiya hərbi təyyarəsi uçub.

Odessa səhər saatlarında Rusiyanın raket zərbələrinə məruz qalıb. Bu hücum nəticəsində bir nəfərin öldüyü, 5 nəfərin xəsarət aldığı bildirilir.

Odessaya raket hücumuna görə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Ukraynanın baş naziri Denis Şmıhal arasında aparılan danışıqlarda fasilə elan etmək lazım gəlib.

Ukrayna hərbçiləri bildirirlər ki, mayın 10-da Donbasda Rusiyanın 12 tankı və 19 PDM-i məhv edilib.

XS
SM
MD
LG