Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:52

ABŞ hipersonik raketi sınaqdan çıxarıb


B-52H “Stratofortress” starteji bombardmançısı
B-52H “Stratofortress” starteji bombardmançısı

Raketin atışı mayın 14-də cənubi Kaliforniya sahillərində həyata keçirilib

ABŞ-ın hərbi-hava qüvvələri səsdən iti uçan ARRW raketini uğurla sınaqdan çıxarıb.

Raketin atışı mayın 14-də cənubi Kaliforniya sahillərində həyata keçirilib.

Xəbər verilir ki, raket B-52H strateji Stratofortress bombardmançısından atılıb.

Raket təyyarədən ayrıldıqdan sonra səs sürətindıən beş dəfə artıq sürət kəsb edib.

Bu, belə bir silahın təyyarədən atışının ilk sınağı idi.

ABŞ hərbi-hava qüvvələri silahlarının proqramına rəhbərlik edən Hit Kollins sınağın nəticəsini “böyük nailiyyət” asdlandırıb.

Bu da məlıumdur ki, ABŞ ötən il iki dəfə bu tip raketlərin sınağını keçirsə də, nəticə uğurlu olmamışdı.

CNN xəbər verir ki, bu sınaqlar mart ayında keçirilsə də, ABŞ Rusiya ilə münasibətləri daha da gərginləşdirməmək üçün informasiyanı açıqlamayıb.

Analoqu var imiş

Aprel ayında Ukrayna ilə müharibə şəraitində Rusiya “Sarmat” tipli raketin uğurlu sınağı barədə məlumat vermişdi.

Rusiya prezidenti Vladimir Putin demişdi ki, bu raketin analoqu yoxdur və o bütün mövcud antiraket radarlarından keçə bilir.

Putin “Sarmat” qitələrarası ballistik raketi barədə ilk dəfə məlumatı 2018-ci ildə Federasiya Şurasındakı çıxışı zamanı vermişdi.

Sonradan məlum olmuşdu ki, Putinin çıxışı zamanı raket zərbəsinin 11 il bundan əvvəl çəkilmiş videosu göstərilib.

Videoda raket ABŞ-ın Florida ştatını vurmuşdu.

O vaxt ABŞ-ın kütləvi informasiya vasitələri xəbər verirdilər ki, “Sarmat” raketinin 2017-2018-ci illərdə keçirilmiş dörd sınağının hamısı uğursuzluqla nəticələnib.

XS
SM
MD
LG