Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:21

Yeni sanksiyalar: ‘Putinin yaxtaları’, Qod Nisanov, Zaxarova...


Vladimir Putin və Alyaksandr Lukaşenkanı gəzdirən bu yaxtaya sanksiya qoyulub
Vladimir Putin və Alyaksandr Lukaşenkanı gəzdirən bu yaxtaya sanksiya qoyulub

Avropa İttifaqının səfirləri iyunun 2-də Rusiyanın Ukraynaya müdaxiləsinə görə Moskva üzərinə sanksiyalrın 6-cı paketini qəbul ediblər.

Bu paketə Rusiya neftinə qismən embarqo da daxildir.

AzadlıqRadiosunun müxbiri bildirir ki, sanksiya siyahısının son variantında Rusiya Pravoslav Kilsəsinin başçısı Kirilin adı yoxdur.

Bu da xəbər verilir ki, patriarxın adının siyahıya daxil edilməsinə qarşı neft embarqosunda olduğu kimi yenə də Macarıstan çıxıb.

Xəbər verilir ki, sanksiyaların yeni paketoi tam şəkildə iyunun 3-də dərc olunacaq.

Dəniz tankerlərində daşınan Rusiya neftinə embarqo bu ilin sonundan qüvvəyə minəcək. Avropa İttifaqı bu məsələdə Macarıstana güzəşt edərək boru kəmərləri ilə nəql edilən neftə qadağan qoymayıb.

Macarıstan, habelə Slovakiya və Çexiya Rusiyadan nefti sovet vaxtı tikilmiş Drujba kəməri ilə alır.

Buna baxmayaraq sanksiyalar Rusiya neftinin faktiki olaraq 90 faizini qadağan edir.

Yeni sanksiya paketi Rusiyanın Sberbank bankını SWIFT ödəniş sistemindən çıxaracaq.

Bundan başqa Avropa İttifaqı Rusiyanın fiziki və hüquqi şəxslərindən ibarət siyahını bir qədər də genişləndirib.

Bu da xəbər verilir ki, Aİ-nin sanksiya siiyahısna biznesmenlər Aleksey Mordaşov və Azərbaycan əsilli Qod Nisanovun da adları salınıb.

Kirili də Orban xilas edib

Patriarx Kirillin adının Aİ sanksiya siyahısına salınacağı barədə xəbərlər mediada yayılmışdı. Onun adının siyahıya salınmasını Litva təklif etmişdi.

Vilnüs bildirirdi ki, Kirilin bəzi bəyanatları Ukraynaya qarşı müharibəyə dəstək səciyyəsi daşıyır.

Lakin buna etiraz edən Macarıstan baş naziri Viktor Orban bildirmişdi ki, Kirilin adının siyahıya salınması din azadlığının ziddinə olardı.

Avropa İttifaqının xarici işlər komissiarı Jozep Borrell demişdi ki, 6-cı paketin siyahısına “dezinformasiya yayan” şəxslər də daxil ediləcək.

Siyahıda məhz kimlərin adlarının olması iyunun 3-də məlum olacaq.

Sergey Roldugin
Sergey Roldugin

Skripkaçı və onun müğnni arvadı

Lakin Birləşmiş Ştatların Rusiyaya qarşı iyunun 2-də açıqladığı sanksiyaların bütün hədəfləri məlumdur.

Yeni sanksiyalar Rusiya prezidenti Vladimir Putinlə bağlı hesab edilən superyaxtaları, yaxtasatan firmanı, Rusiyanın bir sıra hökumət rəsmilərini əhatə edir.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, sanksiyalardan məqsəd “Putin də daxil Rusiya elitasının pullarını gizlətmək üçün istifadə etdikləri şəbəkələri və onların dünya boyunca lüks aktivlərdən anonim istifadəsini” məhdudlaşdırır.

ABŞ-ın sanksiya siyahısına Putinin ofşor sərvətinin “baxıcısı” hesab edilən dirijor və skripkaçı Sergey Rolduginin, habelə onun arvadı – opera müğənnisi Yelena Mirtovanın adları salınıb.

Roldugin Putinlə yaxınlığına görə artıq bundan əvvəl Avropa İttifaqının, Britaniyanın, Avstraliyanın və Yeni Zelandiyanın sanksiya siyahılarına daxil edilib.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, yeni sanksiyalar ABŞ Dövlət Departamentinin beş oliqarxı və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanı hədəfləyən sanksiyaları ilə tandemdə elan olunur.

Lukaşenkanın gəzdiyi yaxta

Nazirlik bildirir ki, sanksiyalar habelə Rusiya bayrağı altında üzən Graceful və Kayman adalarının bayrağını daşıyan Olympia yaxtalarını hədəfləyir. Bu yaxtaların Putinin adı ilə bağlı olduğu bildirilir.

Rusiya prezidenti bu yaxtalarda çoxsaylı səyahətlər edib və ötən il onun Qara dənizdəki belə səfərlərindən birində yanında Belarus diktatoru Alyaksandr Lukaşenka da olub.

Sanksiyaların hədəflədiyi yaxta firması isə Monakoda yerləşən Imperial Yachts şirkətidir. Bu şirkətin də adı Kremllə bağlıdır.

Bu firma istifadəsiz qaldıqları vaxtlarda yaxtaları kirayəyə verməklə məşğul olur.

ABŞ sanksiyaları habelə San Marinodakı bir aviasiya şirkətinə də tətbiq olunur. Xəbər verilir ki, bu şirkət təyyarələri sanksiyalardan yayındırmaq üçün onları ofşorlara köçürən sxemin iştirakçısıdır.

XS
SM
MD
LG