Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:17

Putinin hakimiyyətində çəkişmə başlanıb - Qərb mediası


Vladimir Putin və onun administrasiya rəhbərinin birinci müavini Sergey Kiriyenko
Vladimir Putin və onun administrasiya rəhbərinin birinci müavini Sergey Kiriyenko

Prezident Vladimir Putinin Kreml müttəfiqləri arasında işğal olunmuş Ukrayna torpağında sərfəli taxıl ticarəti üzərində nəzarətə görə çəkişmə başlanıb

Prezident Vladimir Putinin Kreml müttəfiqləri arasında işğal olunmuş Ukrayna torpağında sərfəli taxıl ticarəti üzərində nəzarətə görə çəkişmə başlanıb.

Bunu Britaniyada çıxan The Times qəzeti onun ixtiyarında olan kəşfiyyat hesabatına istinadən yazır.

Qəzet yazır ki, Ukrayna kəşfiyyat rəhbərləri üçün hazırlanmış detallı təhlildən belə çıxır ki, Ukraynada əsir düşmüş iki britaniyalının taleyi də bu çəkişmənin nəticəsindən asılı olaraq həll olunacaq.

Onlar Ukraynadakı Rusiya separatçıları tərəfindən ölüm cəzasına məhkum ediliblər.

Ukrayna agenturasının düşmənin arxa cəbhəsindən əldə etdiyi məlumatlar göstərir ki, getdikcə təklənən Putin indi daha çox keçmiş baş nazir, hazırda isə prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya arxalanır.

Qəzet yazır ki, Putin Ukraynanın işğal olunmuş ərazilərini məhz Kiriyenkoya tapşırıb.

59 yaşlı Kiriyenko iyunun 6 və 8-i arası Berdyansk liman şəhərinə, Donetsk və Luqansk vilayətlərinə baş çəkib.

O bu səfər zamanı öz adamlarını qondarma DXR və LXR respublikalarında yüksək vəzifələrə yerləşdirib.

The Times yazır ki, əslində Kiriyenko bundan əvvəl Kremldə Ukrayna məsələlərini kurasiya edən Vladislav Surkovun adamlarını öz adamları ilə əvəzləyib.

Kəşfiyyat hesabatında deyilir ki, bu vəzifələrə adamları təyin etməklə Sergey Kiriyenko əslində öz hakimiyyətini möhkəmləndirib. Hesabata görə Kiriyenko vəzifələrə texnokrat hərəkatının adamlarını təyin edib.

Ukrayna taxılı uğrunda

Bu da qeyd olunur ki, Kiriyenkonu ilk növbədə port logistikası maraqlandırır, çünki taxıl ixracı Rusiya üçün əsas prioritet sayılır.

The Times hesabata istinadən yazır ki, taxıl Kiriyenkonu ağlasığmaz dərəcədə varlandıra bilər. Çünki Rusiya məmurları xaricə satılan mallardan korrupsiya sxemi ilə “otkat” alırlar və pul hakimiyyət nərdivanı ilə yuxarıya ötürülür.

Ukrayna dünyanın ən böyük taxil ixracatçılarından biridir. Bu ölkədə ötən il 87 milyon ton taxil məhsulu yetişdirilib.

Rusiya qüvvələri hazırda Ukrayna ərazisinin beşdə birinə, o cümlədən su ehtiyatları ilə zəngin Xersona və Donbasın münbit zəmilərinə nəzarət edir.

Afrika və Yaxın Şərq ölkələri Ukrayna taxılından xüsusilə asılıdırlar. Lakin hazırda Rusiya Ukraynanın Qara dəniz limanlarını blokadaya alıb.

Bu da öz növbəsində dünya bazarında taxılın qiymətini 30 faiz qaldırıb. BMT rəsmiləri qlobal ərzaq qıtlığı barədə xəbərdarlıq ediblər.

Volodin, Medvedev və başqaları…

ABŞ-ın məlumatına görə Rusiya indiyədək dəyəri 100 milyon dollar olan 500 ton Ukrayna taxılını müsadirə edib.

Bu taxıl Krımdakı portlarda gəmilərə doldurulub. Krım 2014-cü ildə Rusiya tərəfindən qanunsuz ilhaq edilib.

Kəşfiyyat hesabatında deyilir ki, Kiriyenko taxılın Krım vasitəsilə qanunsuz ixracı mexanizmini dayandırmağa çalışır. O bununla da özünün cəld və səriştəli olduğunu isbata yetirə bilər.

Hesabatda bildirilir ki, Kiriyenko Moskvada öz nüfuzunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodini və keçmiş prezident, hazırda isə Rusiya Təhlükəsizlik və Müdafiə Şurasının katibi Dmitri Medvedevi kənara sıxışdırmaq hesabına möhkəmlətməlidir.

Kəşfiyyat hesabatı diqqəti mayın 10 və 11-də birdən-birə 5 region qubernatorunun istefasına və hakimiyyətin müxtəlif hökumət qurumlarından alınaraq prezident administrasiyasına keçirən qanun dəyişikliklərinə çəkir. Hesabat bu prosesi Kremldə hakimiyyət çəkişməsinin təzahürü kimi izah edir.

Hesabatda qeyd olunur ki, Volodinin düşərgəsi qubernatorları, bütöv dövlət qurumlarını itirməkdə davam edir.

Donbasda dron savaşı
Gözlə
Embed

No media source currently available

0:00 0:03:56 0:00

Yoxa çıxan məqalə

Kəşfiyyat marteriallarına görə Kiriyenko hazırda Ukraynada döyüşlərin səngidilməsinə və diqqətin işğal olunmuş regionların iqtisadiyyatına cəlb olunmasına çalışır.

The Times yazır ki, bu çəkişmədə Volodin üstün gəlsə, əsir britaniyalılar böyük bir ehtimalla edam oluna bilərlər, amma Kiriyenko qalib çıxsa, onda əsirlərdən sanksiyaların yumşaldılması üçün danışıqlarda alver predmeti kimi istifadə oluna bilər.

Rusiyanın müstəqil mediası yazır ki, Kiriyenkonun rəqibləri artıq əks-hücuma keçiblər və onun səlahiyyətlərini aşaraq hətta Putinə rəqib olduğunu bəyan edirlər.

The Times yazır ki, ötən bazar günü Rusiyanın dövlət qəzetlərindən biri olan İzvestiya qəzetində Sergey Kiriyenkonun Rusiya Gününə həsr olunmuş məqaləsi dərc olunmuşdu.

O bu məqalədə yazırdı ki, “faşistlər” tərəfindən dağıdılmış Donbası bütün Rusiya yenidən quracaq və hətta Rusiyada həyat səviyyəsinin enməsi hesabına da olsa, büdcədən bu məqsədlərlə trilyonlarla rubl ayrılacaq.

Bu məqalə dərc edildikdən az sonra qəzetin saytından silinib, Kiriyenko isə onu yazdığını inkar edib.

Kremlə yaxın mənbələr Meduza qəzetinə deyiblər ki, bu məqaləni böyük bir ehtimalla Kiriyenkonu gözdən salmaq istəyən rəqibləri yerləşdiriblər.

XS
SM
MD
LG