Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:57

Moskva müharibəyə fəhlə və məhkumları səfərbər edir - Rusiya mediası


Bu barədə məlumatı sözü gedən müəssisələrin adlarının çəkilməsini istəməyən işçilərinə istinadən The Moscow Times qəzeti yazır

Rusiya dövlət Birləşmiş Gəmiqayırma Korporasiyasında (OSK) və Lebedinsk dağ-mədən kombinatında işçilərə Ukrayna ərazisindəki hərbi əməliyyatlarda iştirak etmək təklif olunur.

Bu barədə məlumatı sözü gedən müəssisələrin adlarının çəkilməsini istəməyən işçilərinə istinadən The Moscow Times qəzeti yazır.

Mənbələrdən birinin dediyinə görə işçilərə Vaqner özəl hərbi şirkəti və ya Müdafiə Nazirliyi ilə müqavilələr bağlamaq təklif edilir.

Mənbə əlavə edir ki, “Admiral tərsanəsində” işləyənlərə ayda 300 min rubl (4754 dollar) maaş təklif edilir.

Qəzet yazır ki, belə təkliflər habelə OSK-ya daxil Baltika zavodunun fəhlələrinə edilir.

Həmin mənbənin sözlərinə görə Ukraynaya getmək həm döyüş təcrübəsi olan yaşlı kişilərə, həm də hərbi xidmətdən yenicə qayıtmış gənclərə təklif olunur.

“Üstüörtülü səfərbərlik”

Milyarder Alişer Usmanovun Lebedinsk dağ-mədən kombinatına daxil Metalinvest qrupunun əməkdaşı qəzetə deyib ki, onun özü iki ay Ukraynadakı Vaqner qrupunda ezamiyyətdə olub.

Həmin əməkdaş deyir ki, səfərbərlərə iş yerlərinin saxlanması ilə ayda 205 min rubl məvacib təklıif edilir.

Bu kombinat Belqorod vilayətində yerləşir. Belə bir xəbəri bundan əvvəl Verstka saytı da vermişdi.

Şirkətin mətbuat xidmətindən bu xəbərləri təkzib ediblər.

Bundan əvvəl “Vajnıye istorii” saytı Sankt Peterburq şəhəri və Leninqrad vilayətinin islah-əmək koloniyalarındakı məhkumlara Ukrayna müharibəsində iştirak etməyin təklif olunduğunu yazmışdı.

Rusiyanın bir çox mediaları ölkədə “üstüörtülü səfərbərliyin” aparıldığını bildirirlər.

Kreml ümumi səfərbərlik elan edilə bilcəyinə dair xəbərləri bir qayda olaraq təkzib edir.

Şərhçilərin fikrincə Vladimir Putin rəsmi səfərbərlik elan etməkdən çəkinir.

Bunun həm cəmiyyətdə mənfi əhval-ruhiyyə yaradacağı və ya adamların səfərbərlikdən kütləvi yayınacağı düşünülür.

XS
SM
MD
LG